Bizi İzləyin :

Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı

«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» 20 noyabr 2009-cu ildə təsis edilib. 2010-cu ilin mart ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İlk təsis olunduğu illərdə 39 təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatını özündə cəmləşdirən İttifaq hazırda Azərbaycan Respublikasının 100 Ali və Orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır.

Daha Ətraflı

KATİBLİK

Daha Ətraflı

ATGTİ Haqqında Statistika

Təşkilatçısı Olduğumuz Tədbirlər

İştirak Etdiyimiz Tədbirlər

İcra Olunmuş Tapşırıqların Sayı

0

Cəlb edilən tələbə sayı

0

Tədbir sayı

0

Cəlb edilən tələbə sayı

0

Tədbir sayı

0

Təşkilatçısı Olduğumuz Tədbirlər

Cəlb edilən tələbə sayı

210000

Tədbir sayı

590

İştirak Etdiyimiz Tədbirlər

Cəlb edilən tələbə sayı

160000

Tədbir sayı

547

İcra Olunmuş Tapşırıqların Sayı

4000




TƏDBİRLƏR

"Hədəf 5%" proqramı çərçivəsində Miniatür Kitab Muzeyinə ekskursiya 20 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Kitab Qurdu” Klubunun təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunmuşdur.
Tarix: 2021-11-20



Daha Ətraflı

Dayanıqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum keçirilib   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib. Forumda ilk öncə Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyacların qarşılanmasına imkan verən üç təməl elementin bir-biri ilə uzlaşdırılmasından danışıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış edərək ÜST-ün Azərbaycan Respublikasındakı hazırkı fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan  səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb. Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin, ARPDİA-nın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib. Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini bildirib. Sonda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirin moderatorluğunu ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Ramin Həbibzadə edib. Həmçinin, sonda Forum iştirakçılarının suallarını cavablandırılıb.
Tarix : 2018-11-02



Daha Ətraflı

Azərbaycan tələbələrinin II qurultayı keçirilib Azərbaycan Respublikasının Təhsil Nazirliyi və  Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.   Qurultayın keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.   Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb.   Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. C.Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.   Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib. O bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi rəhbər çıxışlarında gəncliyin ölkə və xalq üçün hər şeydən qiymətli olduğunu qeyd edirdi. Bu gün dövlətimizin başçısı İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir. Həmçinin, Şahin İsmayılov qeyd edib ki, Azərbaycan gəncliyinin avanqard pilləsi sayılan tələbələr dövlət gənclər siyasətinin daim tərkib hissəsi və maraq dairəsi olmuşdur.   Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub.   Qurultay tələbələrin çıxışları ilə davam edib   Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub.   Qurultay tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb.  
Tarix : 2018-12-22



Daha Ətraflı

“Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük” Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Erasmus+ Gənclik və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda Məlumat mərkəzinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera mərkəzinin Sumqayıt Nümayəndəliyinin, Sağlam Düşüncə Gənclər Təşkilatı İB-nin və Sumqayıt Gənclər Evinin təşəbbüsü ilə “Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük” adlı infosessiya baş tutdu. Sessiya zamanı Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova #tələbələrimİZ-ə Erasmus+ proqramının imkanları və könüllülük haqda ətraflı məlumat verdi.
Tarix : 2021-11-23



Daha Ətraflı

Tədbirlər Təqvimi

“Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” elmi konfransı keçirilib

Tarix: 2018-12-17

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 6 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni ideyalar ortaya çıxarmaq olub. Elmi-praktik konfransı giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb. Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd etmişdir ki, fəaliyyət göstərdiyi 13 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görmüşdür. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib və tələbə-gənclər üçün bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra konfransda tələbələr tərəfindən  “Ekoloji fövqəladə hallar və onların qarşısının alınması yolları”, “Bakı şəhərində yağış sularının idarə olunması: mövcud vəziyyət,  təhdidlər və istifadə olunmamış imkanlar”, “Neftlə çirklənmiş ərazilərin müasir üsullarla təmizlənməsi”, “Alternativ enerji mənbələrinin yarada biləcəyi fövqəladə hallar və onların aradan qaldırılması yolları” və.s mövzularda təqdimatlarla müşayiət olunan çıxışlar səsləndirilmişdir.    

Daha Ətraflı
Hamısı
10
06
04
28
11
29
24
24
13
16
12
22
27
17
04
27
03
29
11
27
27
17
28
27
12
23
25
22
12
16
Hamısı
10
06
04
28
11
29
24
24
13
16
12
22
27
17
04
27
03
29
11
27
27
17
28
27
12
23
25
22
12
16

YENİLİKLƏR

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 20 ...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) seçki proseslərinə qoşulmaqla ən layiqli namizədi dəstəkləmək istəyirsinizsə, ATGTİ İdarə Heyəti və Sədr seçkilərinin qaydaları ilə tanış ola bilərsiniz!   Seçkilərdə namizədliyini yaşı 29-dan aşağı olan ali təhsil müəssisələrindən birində təhsil alan hər bir tələbə irəli sürə biləcək.   Seçki prosesinin şəffaflığının və obyektivliyinin təmin olunması məqsədi ilə Seçki Komissiyası yaradılır. Komissiya Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarınından ibarət olacaqdır. Aşağıda seçki haqqında ətraflı məlumatları toplaya bilərsiniz   Seçki Komissiyasının tərkibi:   Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev   "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov    “CAVAN” Gənclər Hərəkatının icraçı direktoru Ənvər İsmayılzadə   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin Katibi Fidan Həsənova   ATGTİ-nin yeni idarə heyətinin tərkibi:   İdarə heyətinin say tərkibi sədr də daxil olmaqla 9 nəfərdən ibarət olacaqdır.    ATGTİ sədrliyinə namizədlər üçün tələblər:   Ali təhsil müəssisələrindən birində tələbə olmalıdır    Təhsillinin sonuncu ilində olmamalıdır   ATGTİ-yə üzv olan ən azı 20 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı Seçki Komissiyası tərəfindən yoxlanılacaqdır)   Ən azı 1 xarici dili (İngilis dili üstünlükdür) professional səviyyədə bilməlidir   Azı 3 il gənclərlə iş sahəsində çalışmalı, təcrübəli olmalıdır   İdarə Heyətinə namizədlər üçün tələblər:   ATGTİ-yə üzv olan TGT-nin sədri olmalıdır   ATGTİ-yə üzv olan ən azı 6 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı ATGTİ katibliyi tərəfindən yoxlanılacaqdır)   Müraciət üçün link: https://forms.gle/CxpwLApcaRCifYW58 Son müraciət tarixi: 27 noyabr | 21:00

Daha Ətraflı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 20 ...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) seçki proseslərinə qoşulmaqla ən layiqli namizədi dəstəkləmək istəyirsinizsə, ATGTİ İdarə Heyəti və Sədr seçkilərinin qaydaları ilə tanış ola bilərsiniz!   Seçkilərdə namizədliyini yaşı 29-dan aşağı olan ali təhsil müəssisələrindən birində təhsil alan hər bir tələbə irəli sürə biləcək.   Seçki prosesinin şəffaflığının və obyektivliyinin təmin olunması məqsədi ilə Seçki Komissiyası yaradılır. Komissiya Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarınından ibarət olacaqdır. Aşağıda seçki haqqında ətraflı məlumatları toplaya bilərsiniz   Seçki Komissiyasının tərkibi:   Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev   "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov    “CAVAN” Gənclər Hərəkatının icraçı direktoru Ənvər İsmayılzadə   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin Katibi Fidan Həsənova   ATGTİ-nin yeni idarə heyətinin tərkibi:   İdarə heyətinin say tərkibi sədr də daxil olmaqla 9 nəfərdən ibarət olacaqdır.    ATGTİ sədrliyinə namizədlər üçün tələblər:   Ali təhsil müəssisələrindən birində tələbə olmalıdır    Təhsillinin sonuncu ilində olmamalıdır   ATGTİ-yə üzv olan ən azı 20 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı Seçki Komissiyası tərəfindən yoxlanılacaqdır)   Ən azı 1 xarici dili (İngilis dili üstünlükdür) professional səviyyədə bilməlidir   Azı 3 il gənclərlə iş sahəsində çalışmalı, təcrübəli olmalıdır   İdarə Heyətinə namizədlər üçün tələblər:   ATGTİ-yə üzv olan TGT-nin sədri olmalıdır   ATGTİ-yə üzv olan ən azı 6 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı ATGTİ katibliyi tərəfindən yoxlanılacaqdır)   Müraciət üçün link: https://forms.gle/CxpwLApcaRCifYW58 Son müraciət tarixi: 27 noyabr | 21:00

Daha Ətraflı

Təklif və ya iradınız var?

Müraciət formunu doldurub, bizə göndərin!

Tərəfdaşlar