Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 22.03.2019-cu il tarixində "Tələbələrin Liderlik Akademiyası" adlı layihəyə start verilib.
Tələbələrdən ibarət dörd komanda saat 07:00-da Bakıdan layihənin keçiriləcəyi məkana, Daşkəsənə yola düşüblər.
Səfər zamanı komandalar bir birindən maraqlı təşəbbüslər nümayiş etdirərək, layihənin ilk gününə tam hazırlıqlı olduqlarını ifadə etmişlər.