Bizi İzləyin :

Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı

«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» 20 noyabr 2009-cu ildə təsis edilib. 2010-cu ilin mart ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İlk təsis olunduğu illərdə 39 təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatını özündə cəmləşdirən İttifaq hazırda Azərbaycan Respublikasının 100 Ali və Orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır.

Daha Ətraflı

KATİBLİK

Daha Ətraflı

ATGTİ Haqqında Statistika

Təşkilatçısı Olduğumuz Tədbirlər

İştirak Etdiyimiz Tədbirlər

İcra Olunmuş Tapşırıqların Sayı

0

Cəlb edilən tələbə sayı

0

Tədbir sayı

0

Cəlb edilən tələbə sayı

0

Tədbir sayı

0

Təşkilatçısı Olduğumuz Tədbirlər

Cəlb edilən tələbə sayı

210000

Tədbir sayı

590

İştirak Etdiyimiz Tədbirlər

Cəlb edilən tələbə sayı

160000

Tədbir sayı

547

İcra Olunmuş Tapşırıqların Sayı

4000

TƏDBİRLƏR

ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub 22 fevral 2020-ci il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin yanvar ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb:  1. “Könüllülər ili” çərçivəsində TGT fəalları ilə görüş; 2. 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri; 3. 20 Yanvar - Şəhidlər Xiyabanını ziyarət; 4. Azərbaycan Tələbə Kartının tanıtım videolarının çəkilməsi; 5. İntellektual klubların II Gənclər kuboku; 6. XII Liderlik Məktəbi; 7. ATV KVN Liqasının 8/1 final mərhələsi; Həmçinin, iclas çərçivəsində aşağıdakı mövzular müzakirə olunub:                                                                                                 1. Tələbə Gənclər Təşkilatları üçün ayrılan Resurs Mərkəzi; 2. Klubların fəaliyyətininn təkminləşdirilməsi, onların işinin vacibliyi; 3. İttifaqa TGT-lərdə təcrübəçilərin cəlb edilməsi; İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.  
Tarix: 2020-02-29

Daha Ətraflı

Yay Fest iştirakçıları Şahdağa yola düşüb 500 nəfərdən ibarət iştirakçı heyəti Azərbaycanda ilk dəfə keçirilən "Yay Fest-Gənclər Festivalı"-da iştirak etmək üçün Şahdağa yola düşüb. 2 Mərhələli müsabiqə prosesindən uğurla keçən iştirakçılar 5 gün ərzində festivalda iştirak edəcək.                
Tarix : 2019-07-14

Daha Ətraflı

“Gənclər – sağlamlığınızı qoruyun!” şüarı altında tədbir keçirilmişdir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Tutu Diet” Mərkəzinin təşkilatçılığı ilə “Gənclər - Sağlamlığınızı qoruyun!” adlı layihə baş tutmuşdur.   Tədbirin ilkin mərhələsi 20 sentyabr Azərbaycan Dillər Universitetində, növbəti mərhələsi isə 21 sentyabr Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutmuşdur. Hər iki tədbirdə ilk öncə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Şahin Alxazov çıxış edərək tələbələri salamladı. Ardınca Avropa oyunlarının qalibi və "Şöhrət" ordeni ilə təltif edilmiş yunan-roma güləşçisi Elvin Mürsəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə peşəkar idmançı və məşqçi Kamil Zeynallı çıxış edərək gənclərə idmanın mahiyyətindən söz açdı. Sonda Azərbaycan Tibb Universitetinin Tədris Terapiya klinikası, ESPEN və IFSO-nun üzvü həkim-diyetoloq Tutu Zeynalova nəzəri və praktiki hissədən ibarət, “Düzgün qidalanma haqqında məlumat” , “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzularında təlimlər keçmişdir. Layihənin həyata keçirilməsində məqsəd – gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə,  sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər, valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir. Tədbirin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur. Açar sözlər: adutgt, azmiu tgt  
Tarix : 2018-09-21

Daha Ətraflı

Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib 30 may 2019-cu il tarixində ADPU Şamaxı filialında ATGTİ sədri və katiblik nümayəndələrinin iştirakı ilə Şamaxı şəhəri və ətraf rayonların TGT fəallarının təltifetmə mərasimi keçirilib. Təhsil aldıqları müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdikləri uğurlu fəaliyyətə görə 100 nəfər TGT fəalı diplomla mükafatlandırılıb. Bununla yanaşı onların problem və qayğıları dinlənilib, bəzi problemləri yerindəcə həll olunub. Daha sonra TGT sədrlərinin bir-birini yaxından tanıması, TGT sədrləri və İttifaq nümayəndələri arasında səmimi əlaqələrin yaranması məqəsədilə sədrlər birgə nahar edib.        
Tarix : 2019-07-01

Daha Ətraflı

Tədbirlər Təqvimi

“Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” elmi konfransı keçirilib

Tarix: 2018-12-17

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 6 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə-gənclərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan nəslin - tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni ideyalar ortaya çıxarmaq olub. Elmi-praktik konfransı giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi tədbirin əhəmiyyətindən və hər kəsin fövqəladə hallara hazır olmasının vacibliyindən danışıb. Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qeyd etmişdir ki, fəaliyyət göstərdiyi 13 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görmüşdür. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib və tələbə-gənclər üçün bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra konfransda tələbələr tərəfindən  “Ekoloji fövqəladə hallar və onların qarşısının alınması yolları”, “Bakı şəhərində yağış sularının idarə olunması: mövcud vəziyyət,  təhdidlər və istifadə olunmamış imkanlar”, “Neftlə çirklənmiş ərazilərin müasir üsullarla təmizlənməsi”, “Alternativ enerji mənbələrinin yarada biləcəyi fövqəladə hallar və onların aradan qaldırılması yolları” və.s mövzularda təqdimatlarla müşayiət olunan çıxışlar səsləndirilmişdir.    

Daha Ətraflı
Hamısı
10
06
04
28
11
29
24
24
13
16
12
22
27
17
04
27
03
29
11
27
27
17
28
27
12
23
25
22
12
16
Hamısı
10
06
04
28
11
29
24
24
13
16
12
22
27
17
04
27
03
29
11
27
27
17
28
27
12
23
25
22
12
16

YENİLİKLƏR

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 20 ...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) seçki proseslərinə qoşulmaqla ən layiqli namizədi dəstəkləmək istəyirsinizsə, ATGTİ İdarə Heyəti və Sədr seçkilərinin qaydaları ilə tanış ola bilərsiniz!   Seçkilərdə namizədliyini yaşı 29-dan aşağı olan ali təhsil müəssisələrindən birində təhsil alan hər bir tələbə irəli sürə biləcək.   Seçki prosesinin şəffaflığının və obyektivliyinin təmin olunması məqsədi ilə Seçki Komissiyası yaradılır. Komissiya Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarınından ibarət olacaqdır. Aşağıda seçki haqqında ətraflı məlumatları toplaya bilərsiniz   Seçki Komissiyasının tərkibi:   Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev   "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov    “CAVAN” Gənclər Hərəkatının icraçı direktoru Ənvər İsmayılzadə   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin Katibi Fidan Həsənova   ATGTİ-nin yeni idarə heyətinin tərkibi:   İdarə heyətinin say tərkibi sədr də daxil olmaqla 9 nəfərdən ibarət olacaqdır.    ATGTİ sədrliyinə namizədlər üçün tələblər:   Ali təhsil müəssisələrindən birində tələbə olmalıdır    Təhsillinin sonuncu ilində olmamalıdır   ATGTİ-yə üzv olan ən azı 20 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı Seçki Komissiyası tərəfindən yoxlanılacaqdır)   Ən azı 1 xarici dili (İngilis dili üstünlükdür) professional səviyyədə bilməlidir   Azı 3 il gənclərlə iş sahəsində çalışmalı, təcrübəli olmalıdır   İdarə Heyətinə namizədlər üçün tələblər:   ATGTİ-yə üzv olan TGT-nin sədri olmalıdır   ATGTİ-yə üzv olan ən azı 6 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı ATGTİ katibliyi tərəfindən yoxlanılacaqdır)   Müraciət üçün link: https://forms.gle/CxpwLApcaRCifYW58 Son müraciət tarixi: 27 noyabr | 21:00

Təklif və ya iradınız var?

Müraciət formunu doldurub, bizə göndərin!

Tərəfdaşlar