BİZ MƏTBUATDA
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib. Tədbirdə açılışı rektorun məsləhətçisi, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov etmişdir. O, tələbələri salamlayaraq belə tədbirlərin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra FHN-nin müxtəlif qurumlarının əməkdaşları çıxış edərək fövqəladə hallar - zəlzələ, daşqın, torpaq sürüşməsi və s. zamanı təhlükədən qorunmaq üsullarından bəhs etmiş, yanğın zamanı qaz balonundan düzgün istifadə qaydalarını tələbələrə izah etmişlər. Mülki müdafiə ilə bağlı müxtəlif fotoşəkillər və maarifləndirici videoçarxlar nümayiş etdirilib. Sonda Ə.Həsənov çıxış edərək tədbirin təşkil edilməsində əməyi keçən qurumlara təşəkkürünü bildirmiş və tələbələrin suallarını cavablandırmışdırlar. Daha sonra xatirə fotoşəkli çəkilib.
“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirən “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nə oldu. Səfər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri qurumun rəhbər şəxsləri və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuşlar. Daha sonra tələbələrə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçirilmişdir. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
"Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri" adlı tədbir keçirilib
Fransanın Strasburq şəhərində 21-25 yanvar tarixlərində “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Beynəlxalq Əməkdaşlıq və Donorlarla İş şöbəsində mütəxəssis Elmira Allahverdiyeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak edib. İştirakçılar ilk öncə Avropa Şurasının binasını ziyarət edib və tədbirin ilk günündə Avropa Şurası Parlament Assambleyasının açılış mərasimi baş tutmuşdur. Daha sonra tədbir iştirakçıları Avropa Şurası və Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti haqqında ətraflı məlumatlandırılmış, Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşüb gənclik siyasəti və gənclər mərkəzi barədə geniş müzakirələr aparıblar. Eyni zamanda onlar Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə səfərlərdə iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və Azərbaycan Respublikası ilə əlaqələri daha da gücləndirməkdən ibarət olub.
"Hədəf 5%" proqramı çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya.
24 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən Layihələr klubunun təşkilatçılığı ilə YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya baş tutmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.
ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub
22 fevral 2020-ci il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin yanvar ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1. “Könüllülər ili” çərçivəsində TGT fəalları ilə görüş; 2. 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri; 3. 20 Yanvar - Şəhidlər Xiyabanını ziyarət; 4. Azərbaycan Tələbə Kartının tanıtım videolarının çəkilməsi; 5. İntellektual klubların II Gənclər kuboku; 6. XII Liderlik Məktəbi; 7. ATV KVN Liqasının 8/1 final mərhələsi; Həmçinin, iclas çərçivəsində aşağıdakı mövzular müzakirə olunub: 1. Tələbə Gənclər Təşkilatları üçün ayrılan Resurs Mərkəzi; 2. Klubların fəaliyyətininn təkminləşdirilməsi, onların işinin vacibliyi; 3. İttifaqa TGT-lərdə təcrübəçilərin cəlb edilməsi; İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.
ATGTİ ofisində TGT sədrlərinin növbəti iclası baş tutub
İclas çərçivəsində müzakirə olunub: 1. Yeni tədris ili üçün görüləcək işlər və tədbiq olunacaq yeni online platforma 2. Tədris müəssisələrində TGT-lər tərəfindən yeni qəbul olmuş tələbələr üçün keçirilməsi planlaşdırılan məlumatlandırma günləri 3. 14 Sentyabr tarixində yeni tədris ilinin başlanması münasibətilə keçiriləcək #TədrisimİZ Party 4. Azərbaycan Tələbə Kartı 5. Fəaliyyət müddətini tamamlamaq üzrə olan TGT sədrlərinin hesabat-seçki konfranslarının keçirilməsi İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.
"MÜƏLLİMLƏR ARASINDA İXTİSAS OLİMPİADASI"- NA START VERİLDİ!
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, YAP-ın Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin və “LİBRA” kitab evinin baş spsoroluğu ilə respublikada ilk dəfə keçiriləcək “Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir. Pedaqoji ixtisas üzrə təhsil alan III və IV kurs tələbələri, hazırda daimi və müqavilə işləyən müəllimlər, pedaoji ixtisas olub işləməyən bütün şəxslər burada iştirak edə bilər. Olimpiadanın məqsədi bu yöndə təhsil alan III və IV kurs tələbələrinə, hazırda fəaliyyət göstərən 29 yaşadək işləyən müəllimlərin stimullaşdırlmasına, onların gələcək nəsillərə ötürüləcək ali peşəyə olan marağın daha da yüksəldilməsinə, gənclərin asudə vaxtının intellekt yönündə yüksəldilməsinə, sağlam gəncliyə dəstək olmaqdan ibarətdir. Olimpiada iki mərhələdə keçiriləcək. Respublikamızı əhatə edəcək layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhələrində 1 olimpiada məntəqəsində öz biliklərini sınayacaqlar. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə BAKU ELEKTRONİKS-dən noutbuklar, smartfonlar, planşetlər, ən yüksək nəticə göstərən şəxsə isə İtaliyaya iki nəfərlik səyahət bileti, İydə parfurmeriyadan brend ətirlər, Nəşriyyatlarımızdan qiymətli kitablar, Nizami kino Mərkəzindən 30 nəfərə ən baxımlı filmlərə biletlər, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə Şam yeməyi hədiyyə olunacaq. Digər sponsorlardan isə endirim kuponları və digər hədiyyələr qazanacaqlar. Layihədən qeydiyyatdan aşağıdakı linkdən istifadə edə bilərsiniz. https://bit.ly/2o71nmy SƏN DƏ İXTİSAS OLMPİADASINA QOŞUL, BİLİYİNİ HAMIYA SÜBÜT ET!!! Ətraflı məlumat üçün: 📱 +994774970081 📱+994518618346 📱+994553338353 ✉ [email protected] 📍 Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6
"Qoşa Saat" layihəsi çərçivəsində "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda vebinar keçirilib
12 iyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə "Qoşa Saat" layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarda Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri Murad Qurbanov "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında vebinar iştirakçılarına məlumat vermişdir. Görüşdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, İnstagram sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkəmizdə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılmışdır. Həmçinin iştirakçılara kompüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər və onlardan qaçmaqçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etməkləri məsləhət görülmüşdür. Qeyd edək ki, görüşdə 100-ə yaxın gənc iştirak edib.
“Şəhidim” adlı məqalə yarışı
Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Gələcəyin tarixi” klubunun təşkilatçılığı ilə Şəhidlərimizi tanıtmaq məqsədilə tələbələr arasında məqalə yarışı təşkil olundu. Tədbir aparıcı, klub rəhbəri Həsənzadə Güllü tərəfindən açıq elan edildi. Tələbələr öz məqalələri ilə çıxış etdi, şəhidlər barədə videoçarxlar nümayiş edildi. Müsabiqənin qalibləri: Lalə Mollayeva Ümid Bilalov Mehriban Abdullayeva #TələbələrimİZ Məhəmməd Əsədli, Ana Yusifli və Fidan Aslanova isə təşəkkürnamə ilə təltif edilmişlər.
ATGTİ Avropa Gənclər Kartı Assosiasiyasının XXXIV konfransında təmsil olunub
https://azertag.az/xeber/1172015 http://salamnews.org/az/news/read/314741 http://palitranews.az/news.php?id=87051 http://azpress.az/index.php?lang=az§ionid=news&id=81274 https://youthportal.az/az/news_details/7623
Ali təhsil müəssisələri arasında «Xəmsə» Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib
Azərbaycan Dillər Universitetinində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Dillər Universitetinin Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə ali təhsil müəssisələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib. 2 turdan ibarət olan yarışda 32 ali təhsil müəssisəsi iştirak edib. Oyun zamanı iştirakçılara müxtəlif bölmələr üzrə suallar verilib. Sualları cavablandıraraq tələbələr öz biliklərini sınayıb və komandada aktiv fəaliyyət göstəriblər. Yarış zamanı komandalar qalib olmaq üçün mübarizə aparıblar. Final oyunu 4 komanda arasında oynanılıb. 1-ci yeri Azərbaycan Tibb Universiteti, 2-ci yeri Milli Aviasiya Akademiyası, 3-cü yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 4-cü yeri isə Bakı Avrasiya Universiteti tutmuşdur.
V Youthvision Beynəlxalq Mahnı müsabiqəsinə start verildi!
Əziz dostlar, sizləri V Youthvision Beynəlxalq Mahnı müsabiqəsində iştirak etməyə dəvət edirik! Ətraflı məlumat: youthvision.az Dear Friends, we invite you to take part in the V Youthvision International Song Contest! Detailed Information: youthvision.az Дорогие друзья, приглашаем вас принять участие в V Международном Песенном Конкурсе Youthvision! Подробная информация: youthvision.az