Bizi İzləyin :

BİZ MƏTBUATDA

Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir keçirilib

  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir həyata keçirilib. Layihə Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Musiqi Kollecində baş tutmaqla, bir neçə təhsil müəssisəsini əhatə edib. Layihənin əsas məqsədi gənc nəslin qidalanma vəziyyətini müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin təşkilindən ibarətdir. Layihə müddətində təhsil müəssisələrinin müəllim heyəti çıxış edərək tələbələrə gənclik illərində sağlam qidalanmanın mahiyyətindən bəhs edib. Daha sonra tələbələr təlimçinin izahı ilə birlikdə videoçarx izləyib və maraqlı suallar ətrafında müzakirələr edib. Bununla yanaşı tələbələrdən ibarət peşəkar idmançı və məşqçilər də öz növbəsində idmanla məşğul olmağın hər bir insanın fiziki sağlamlığında əhəmiyyətli rolundan bəhs edib.              


2019-02-20

Ətraflı >

Dayanıqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum keçirilib

  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib. Forumda ilk öncə Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyacların qarşılanmasına imkan verən üç təməl elementin bir-biri ilə uzlaşdırılmasından danışıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış edərək ÜST-ün Azərbaycan Respublikasındakı hazırkı fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan  səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb. Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin, ARPDİA-nın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib. Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini bildirib. Sonda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirin moderatorluğunu ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Ramin Həbibzadə edib. Həmçinin, sonda Forum iştirakçılarının suallarını cavablandırılıb.


2018-11-02

Ətraflı >

Regionlarda yerləşən TGT sədrlərinin iclası baş tutub

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Gəncə, Mingəçevir, Ağstafa, Lənkəran, Şamaxı, Zaqatala, Quba, Ağcabədi, Ağdam, Ağdaş regionlarında və Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil müəssisələrinin TGT sədrləri ilə iclas keçirilib. İclasda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov Tələbə Gənclər Təşkilatlarının hazırkı vəziyyəti ilə maraqlanıb və sədrlərə öz tövsiyələrini verib. TGT sədrləri təhsil müəssisələrində Tələbələr Gənclər Təşkilatlarının göstərdikləri fəaliyyət və həyata keçirdikləri layihələr haqqında məlumat verib. Həmçinin, yeni layihələr və bu layihələrdə regionlar arasında əlaqələr qurulması məqsədilə müştərək işlərin aparılması ideyası haqqında müzakirələr aparıblar. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva Azərbaycan Tələbə Kartının regionlarda istifadəsindən söz açıb və  kartın istifadəsi üçün müəyyən təlimatlar verib. Təkcə, Bakıda yox, digər bölgələrdə də kartın istifadəsi üçün işlərin davam etdiyini və tezliklə regionlarda da kartdan maksimum istifadənin həyata keçiriləcəyini bildirib. Həmçinin, Tələbə Gənclər  Təşkilatlarının sədrlərinin suallarını TGT-lərlə iş departamentinin rəhbəri Ləman Cavadova cavablayıb. Tələbə Gənclər Təşkilatlarının sədrləri yeni dərs ilində yeni layihələrin olacağını və tələbələrin sosiallaşması, dünyagörüşünün artırılması üçün müxtəliftədbirlər keçirəcəkləri bildiriblər.


2018-09-22

Ətraflı >

“Hədəfini Seç”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutdu.


2021-11-20

Ətraflı >

"Tea Talk"

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramını təqdim edirik. 3 ay müddətində keçirilməsi planlaşdırılan proqramın məqsədi tələbələrə karyera planlaması istiqamətində dəstək olub, karyera imkanlarını əlçatan etməkdir. Proqram müddətində tərəfdaş şirkət və qurumlara müxtəlif istiqamətlərdə təhsil alan tələbələrin səfərləri təşkil olunacaq və tələbələrin praktiki biliklərinin artırılması məqsədi ilə təlimlər keçiriləcəkdir. Nəticədə tələbələrin şirkət və qurumun fəaliyyəti barəsində təsəvvürü yaranacaq, həmçinin real iş və təcrübə imkanı əldə etmək şansı qazanacaqlar. Əgər siz də bu şanslardan faydalanmaq istəyirsinizsə, izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #TeaTalks


2021-10-27

Ətraflı >

Zəfər gününə həsr olunmuş dama yarışı.

Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu:🥇Aslan Musazadə🥈Murad İsmayılov🥉Əli Orucov


2021-11-05

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2024 - 2026-ci illər üçün İdarə Heyəti və sədr seçkilərinə start verir!

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) seçki proseslərinə qoşulmaqla ən layiqli namizədi dəstəkləmək istəyirsinizsə, ATGTİ İdarə Heyəti və Sədr seçkilərinin qaydaları ilə tanış ola bilərsiniz!   Seçkilərdə namizədliyini yaşı 29-dan aşağı olan ali təhsil müəssisələrindən birində təhsil alan hər bir tələbə irəli sürə biləcək.   Seçki prosesinin şəffaflığının və obyektivliyinin təmin olunması məqsədi ilə Seçki Komissiyası yaradılır. Komissiya Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarınından ibarət olacaqdır. Aşağıda seçki haqqında ətraflı məlumatları toplaya bilərsiniz   Seçki Komissiyasının tərkibi:   Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev   "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov    “CAVAN” Gənclər Hərəkatının icraçı direktoru Ənvər İsmayılzadə   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin Katibi Fidan Həsənova   ATGTİ-nin yeni idarə heyətinin tərkibi:   İdarə heyətinin say tərkibi sədr də daxil olmaqla 9 nəfərdən ibarət olacaqdır.    ATGTİ sədrliyinə namizədlər üçün tələblər:   Ali təhsil müəssisələrindən birində tələbə olmalıdır    Təhsillinin sonuncu ilində olmamalıdır   ATGTİ-yə üzv olan ən azı 20 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı Seçki Komissiyası tərəfindən yoxlanılacaqdır)   Ən azı 1 xarici dili (İngilis dili üstünlükdür) professional səviyyədə bilməlidir   Azı 3 il gənclərlə iş sahəsində çalışmalı, təcrübəli olmalıdır   İdarə Heyətinə namizədlər üçün tələblər:   ATGTİ-yə üzv olan TGT-nin sədri olmalıdır   ATGTİ-yə üzv olan ən azı 6 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı ATGTİ katibliyi tərəfindən yoxlanılacaqdır)   Müraciət üçün link: https://forms.gle/CxpwLApcaRCifYW58 Son müraciət tarixi: 27 noyabr | 21:00


2024-11-22

Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya.

24 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən Layihələr klubunun təşkilatçılığı ilə YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya baş tutmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.


2021-11-24

Ətraflı >

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının Gənclərlə İş üzrə məsul şəxsi Zaur Məmmədov, DİA TGT-nin klub sədrləri və tələbələr iştirak edib.  Konfrans zamanı Zaur Məmmədov çıxış edərək tələbələrin hüquqlarının müdafiəsi, sosial-ictimai fəaliyyətinin təşkilində TGT-nin xüsusi əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Sitarə Cavadova çıxışı zamanı tələbələrə TGT-nin fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib. İclasın gündəliyinə uyğun olaraq DİA TGT-nin keçmiş idarə heyətinin üzvü Aysel Cəfərova fəaliyyəti ərzində görülən işlər, keçirilən tədbirlər barədə hesabatla çıxış edib. Daha sonra DİA TGT-nin yeni sədri, İnzibati İdarəetmə fakültəsinin tələbəsi Murad Həsənxanlı çıxış edərək, ona göstərilən etimadı doğruldacağını qeyd edərək görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib.      


2020-03-06

Ətraflı >

Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!

14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1.   Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2.   Bayraqdar intellektual oyunu 3.   Bayraq Günü fləşmobu 4.   Azərbaycan – UELS futbol yarışı 5.   “Youth Speak” Forum 6.   Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.  


2019-12-16

Ətraflı >

"Poliqon" Strateji İntellekt Oyunu üzrə III Universiadaya yekun qoyulub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,  Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Poliqon Dostlar Klubu və Region Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə Poliqon Strateji İntellekt Oyunu üzrə III Universiadanın final mərhələsi keçirilib. Tədbirdə ATGTİ-nin Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. O, tələbələri salamlayaraq müsabiqədə uğurlar arzuladığını bildirib. Final mərhələsində müxtəlif təhsil müəssisələrindən olan 18 komanda iştirak edib.  Yarışın nəticələrinə uyğun olaraq  610 bal toplamış “GentleMans” yığma komandası 1-ci; 565 bal ilə “Queentett” yığma komandası 2-ci; 540 bal toplayaraq “Naxçıvanın Diplomat” komandası 3-cü yerə layiq görülüb. Yarışın sonunda iştirakçılar təltif edilib.      


2020-03-10

Ətraflı >

Ali təhsil müəssisələri arasında «Xəmsə» Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib

  Azərbaycan Dillər Universitetinində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Dillər Universitetinin Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə ali təhsil müəssisələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib. 2 turdan ibarət olan yarışda 32 ali təhsil müəssisəsi iştirak edib. Oyun zamanı iştirakçılara müxtəlif bölmələr üzrə suallar verilib. Sualları cavablandıraraq tələbələr öz biliklərini sınayıb və komandada aktiv fəaliyyət göstəriblər. Yarış zamanı komandalar  qalib olmaq üçün mübarizə aparıblar. Final oyunu 4 komanda arasında oynanılıb. 1-ci yeri Azərbaycan Tibb Universiteti, 2-ci yeri Milli Aviasiya Akademiyası, 3-cü yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 4-cü yeri isə Bakı Avrasiya Universiteti tutmuşdur.             


2018-12-09

Ətraflı >

ATGTİ əməkdaşı Türkiyənin Samsun şəhərində keçirilən "Beynəlxalq Media Təlim Düşərgəsində" iştirak edib

35 ölkədən 150-dən artıq Media nümayəndəsinin iştirak etdiyi beynəlxalq təlimdə Azərbaycanı 3 media nümayəndəsi təmsil edib. Sonda beynəlxalq təlim iştirakçılarına İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Aljazeera Media İnstitutu, Anadolu Agentliyi (AA) və Türkiyə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim edilib. Təlimlər zamanı ATGTİ-nin rəsmi sosial şəbəkə hesabları 99 illik təcrübəyə malik Anadolu Agentliyinin (AA) səlahiyyətli nümayəndəsi tərəfindən bəyənilib və 10 bal üzərindən 10 balla qiymətləndirilib.            


2019-10-04

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 3-cü günü başa çatıb


2020-02-13

Ətraflı >

“Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib

  “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Mənim şəhidim” adlı tamaşa nümayiş etdirilib. Layihə Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz izini qoymuş aprel şəhidlərinin şücaəti və qəhrəmanlığından bəhs edən tamaşadır. Tamaşa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Odlar Yurdu” Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində nümayiş olunub. Tamaşanın məqsədi – gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda vətənə, dövlətə, torpağa bağlılıq hislərini artırmaq, aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliğidir. Tamaşanın rejissoru Respublikanın xalq artisti Vaqif Əsədov, ssenaristi şairə Leyla Bəyimdir.      


2019-10-16

Ətraflı >