Bizi İzləyin :

Elanlar

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatla ...

  Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Tələbə Kartının təqdimatı keçirilib. Görüşdə ATGTİ-nin İnformasiya Texnologiyaları və "Azərbaycan Tələbə Kartı" ilə iş departamentinin direktoru Xanım Paşayeva və TGT sədri İlahə Həsənova çıxış edib. Xanım Paşayeva tələbələrə ATGTİ-nin fəaliyyətindən, təşkil etdiyi tədbirlərdən və keçirilən irimiqyaslı layihələrdən danışıb. Qeyd edib ki, tələbələr bu layihələrdə iştirak edərək dünyagörüşlərini artıra, universitet dövrlərini daha səmərəli keçirə bilərlər. Həmçinin, ATGTİ-nin tarixi, strukturu barədə məlumat verən Xanım Paşayeva bildirib ki, tələbələr bizə qoşularaq ilk təcrübəsinə başlaya bilərlər. Azərbaycan Tələbə Kartının tələbələrə təklif etdiyi güzəştlər haqqında məlumat verən Xanım Paşayeva bildirib ki, tələbələr bu güzəştlərdən istifadə edərək müxtəlif məkanlarda endirimlərdən yararlana bilərlər. İlahə Həsənova çıxışında TGT-nin fəaliyyətindən, universitetdə keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, tələbələr bu layihələrə qoşularaq daha səmərəli şəkildə tələbəlik illəri keçirə, müxtəlif yerli və beynəlxalq tədbirlərə iştirak edə bilərlər.


2018-10-25

Ətraflı >

“Şəhidim” adlı məqalə yarışı

Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Gələcəyin tarixi” klubunun təşkilatçılığı ilə Şəhidlərimizi tanıtmaq məqsədilə tələbələr arasında məqalə yarışı təşkil olundu. Tədbir aparıcı, klub rəhbəri Həsənzadə Güllü tərəfindən açıq elan edildi. Tələbələr öz məqalələri ilə çıxış etdi, şəhidlər barədə videoçarxlar nümayiş edildi. Müsabiqənin qalibləri: Lalə Mollayeva Ümid Bilalov Mehriban Abdullayeva #TələbələrimİZ Məhəmməd Əsədli, Ana Yusifli və Fidan Aslanova isə təşəkkürnamə ilə təltif edilmişlər.


2021-11-20

Ətraflı >

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçir ...

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.  


2020-02-22

Ətraflı >

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının da iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən alınan bütün zəruri qərarlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkatları və gənclər təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Belə ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi və “Gənc Könüllülər” Hərəkatının təmsilçiləri  könüllü təşkilatlarının koronavirusla (COVID-19) mübarizədə rolunu vacib tutublar. Onlar ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı təcrid addımlarını yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu pandemiya ilə mübarizədə gənclərin də iştirakına zəmin yaradırlar. Qeyd edək ki, müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir.  Bu istiqamətdə ATGTİ tələbələrin və gənclərin bu pandemiya ilə mübarizədə lazımi məlumatlara yiyələnmələri və karantin müddətində təhsildən geri qalmamaları istiqamətində zəruri irimiqyaslı təbdirlər həyata keçirir. Tədbirlərin səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranıb.  Yeni yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin prioritet vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün gənclər təşkilatları və könüllü hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə ilk növbədə təşkilatlararası iş bölgüsünün müəyyən edilməsi, könüllülərin iştirakı ilə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsidir. Bu istiqamətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı müxtəlif kommunikasiya vasitələri və məhsullarının (sosial çarxlar) köməyi ilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi həyata keçiriləcək.


2020-03-27

Ətraflı >

Yay Fest iştirakçıları Şahdağa yola düşüb

500 nəfərdən ibarət iştirakçı heyəti Azərbaycanda ilk dəfə keçirilən "Yay Fest-Gənclər Festivalı"-da iştirak etmək üçün Şahdağa yola düşüb. 2 Mərhələli müsabiqə prosesindən uğurla keçən iştirakçılar 5 gün ərzində festivalda iştirak edəcək.                


2019-07-14

Ətraflı >

Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə karyera səfəri

Əziz tələbələr,    Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə oldu.   Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olmuş, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə etmişlər. 


Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin ...

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


2020-10-04

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 10 illik yubiley tədbiri keçiri ...

Dekabrın 28-də Elektra Events Hall-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 10 illik fəaliyyəti münasibətilə #10ilimİZ yubiley tədbiri keçirilib. Rəsmi və əyləncəli hissələrdən ibarət yubiley tədbirində 3000-dən çox tələbə, habelə təhsil müəssisələrinin rəhbərliyi, bir sıra dövlət rəsmiləri iştirak edib.  Tədbir ATGTİ-nin 10 illik fəaliyyətini əks etdirən hesabat və ölkədə uğurla həyata keçirilən gənclər siyasəti haqqında video-çarxların nümayişi ilə başlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ATGTİ-ni 10 illik yubileyi münasibətilə təbrik edərək, gənclər siyasətinin həyata keçirilməsində ATGTİ-nin oynadığı rolun əhəmiyyətindən danışıb, İttifaqın tələbə hərəkatının inkişafında gördüyü işlərin əhəmiyyətli olduğunu vurğulayıblar. Çıxış edənlər həmçinin, tələbələri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, onları hər zaman Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini və azərbaycançılıq məfkurəsini fəaliyyətlərində rəhbər tutmağa, fəal olmağa, mütərəqqi, innovativ ideyaları mənimsəməyə çağırıblar. Daha sonra ATGTİ-nin sədri Faiq Məmmədov ATGTİ-nin yeni loqosu və himnini tədbir iştirakçılarına təqdim edib. O qeyd edib ki, ötən 10 il ərzində ATGTİ böyük bir inkişaf yolu keçərək, hazırda demək olar ki, ölkəmizdəki bütün ali təhsil və orta ixtisas müəssisələrindəki tələbə-gənclər təşkilatlarını birləşdirir. Bugün tələbə hərəkatını və gəncliyi ATGTİ-siz düşünmək mümkün deyil. Təkcə 2019-cu il ərzində ATGTİ 70-dək tədbirlərə təşkilatçılıq edib, tələbələrlə iş sahəsində müxtəlif innovativ yanaşmalar tətbiq edilib, təhsil müəssisələrində TGT sədrlərinin daha şəffaf mühitdə seçkiləri təşkil olunub. Mediada və sosial şəbəkələrdə ATGTİ izləyicilərinin sayı durmadan artır. Bütün ATGTİ ailəsini 10 illik yubiley münasibətilə təbrik edən ATGTİ sədri daim gənclərin yanında olduğuna görə, ölkədə tələbələr və gənclər üçün münbit şərait, sağlam gənclər mühiti yaratdığına görə ölkə başçısı cənab İlham Əliyevə Azərbaycan gəncliyi adından təşəkkür edib. Tədbirin davamında ATGTİ ilə sıx əməkdaşlıq edən dövlət və qeyri-hökümət təşkilatları, təhsil müəssisələrinin rəhbərliyi, televiziya kanalları və xəbər saytları təltif olunublar. Həmçinin, ilk dəfə olaraq, zalın girişində quraşdırılmış qutular vasitəsilə tələbələrin təklif, fikir və şərhlərinin yazılı şəkildə toplanması təşkil edilib.     Artıq ənənə halını alan, ildə bir neçə dəfə əlamətdar günlər ərəfəsində təşkil edilən bu kimi əyləncəli tədbirlər gənclərin asudə vaxtının daha şən və səmərəli təşkilinə, onlarda həmrəylik və əməkdaşlıq ruhunun güclənməsinə, tələbələrin tədris ilinin gərginliyini kənara qoyaraq, yeni müsbət enerjiylə yüklənmələrinə imkan verir.


2019-12-29

Ətraflı >

"Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" layihəsinə start ve ...

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 10.02.2020 tarixində tələbələr üçün ənənəvi olaraq keçirilən “Liderlik Məktəbi” layihəsinə start verilib. "Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" fevral ayının 16-nadək Gəncə şəhərində davam edəcək. “Liderlik Məktəbi”  layihəsində iştirak edən 120 tələbə 5 komandada – “Gənclik”, “Gələcək”, “İnkişaf” “Birlik” və “Liderlik” komandalarında bölünüb. Tələbələrdən ibarət 5 komanda saat 07:00-da Bakıdan layihənin keçiriləcəyi məkana, Gəncəyə yola düşüblər.  Səfər zamanı komandalar bir-birindən maraqlı təşəbbüslər nümayiş etdirərək, layihənin ilk gününə tam hazırlıqlı olduqlarını ifadə ediblər. Respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1, 2 və 3-cü kurs tələbələri üçün təşkil olunan “Liderlik Məktəbi” adı altında həyata keçirilən layihədə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Belə ki, layihədə iştirak üçün 1000-dən çox tələbə müraciəti qeydə alınıb. Həmin tələbələrdən müsabiqə tələblərini ödəyən 500-ə yaxın müraciət sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 120 tələbə düşərgədə iştirak hüququ qazanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirməkdir. Tələbələrə peşəkar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük” “Media” və “Menecment Üsulları” mövzularında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir”, və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edəcəklər. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olacaq, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər.  Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq. Ümumilikdə isə bütün iştirakçılara layihədə iştiraklarını təsdiqləyən diplomlar təqdim olunacaq. Qeyd edək ki, ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirdiyi layihə sayca  12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir və Mingəçevir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında keçirilib.    


2020-02-11

Ətraflı >

“Hədəfini Seç”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutdu.


2021-11-20

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görü ...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib. Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib. Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər.  Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.        


2020-01-17

Ətraflı >

"Tea Talk"

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramını təqdim edirik. 3 ay müddətində keçirilməsi planlaşdırılan proqramın məqsədi tələbələrə karyera planlaması istiqamətində dəstək olub, karyera imkanlarını əlçatan etməkdir. Proqram müddətində tərəfdaş şirkət və qurumlara müxtəlif istiqamətlərdə təhsil alan tələbələrin səfərləri təşkil olunacaq və tələbələrin praktiki biliklərinin artırılması məqsədi ilə təlimlər keçiriləcəkdir. Nəticədə tələbələrin şirkət və qurumun fəaliyyəti barəsində təsəvvürü yaranacaq, həmçinin real iş və təcrübə imkanı əldə etmək şansı qazanacaqlar. Əgər siz də bu şanslardan faydalanmaq istəyirsinizsə, izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #TeaTalks


2021-10-27

Ətraflı >

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı ilə İntellektual Oyunlar Klubunu ...

Məktəblilərlə görüş zamanı Baki Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı sədri Kənan Sadıqov  Baki Ali Neft Məktəbi və onun fəaliyyəti haqqında şagirdləri məlumatlandırıb. Görüş zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər dinlənilib. Daha sonra Məktəblilər arasında 30 sualdan ibarət 2 hissəli intellektual oyun baş tutub. Suallar şagirdlərin dünyagörüşü, bilik və bacarıqlarını artırmaq məqsədilə (Azərbaycan dili və ədəbiyyatı, coğrafiyası və mədəniyyəti və s.) mövzularında tərtib olunub. İştirakçı 12 komandanın adı işğalda olan rayonların adlarına uyğun şəkildə adlandırılıb. Bayram ab-havasında uşaqların həvəslə iştirak etdiyi intellektual oyunun ikinci hissəsində interaktiv oyun ("Səssiz Sinema") baş tutub. Daha sonra hər iki oyun üçün ballar hesablanaraq nəticələr açıqlanıb. Qalib komandalar (1, 2 və 3-cü yer) kubok, medal və xüsusi hədiyyələrlə təltif olunub. Bununla yanaşı, bütün məktəblilərə TGT aktivləri tərəfindən məktəb ləvəzimatları hədiyyə edilib. Sonda tələbələr məktəbin kitab fonduna məktəbliləri maraqlandıran mövzular ətrafında kitablar bağışlayıb və xatirə şəkli çəkdirib.      


2019-04-18

Ətraflı >

Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!

14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1.   Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2.   Bayraqdar intellektual oyunu 3.   Bayraq Günü fləşmobu 4.   Azərbaycan – UELS futbol yarışı 5.   “Youth Speak” Forum 6.   Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.  


2019-12-16

Ətraflı >

ATGTİ ofisində TGT sədrlərinin növbəti iclası baş tutub

İclas çərçivəsində müzakirə olunub: 1. Yeni tədris ili üçün görüləcək işlər və tədbiq olunacaq yeni online platforma  2. Tədris müəssisələrində TGT-lər tərəfindən yeni qəbul olmuş tələbələr üçün keçirilməsi planlaşdırılan məlumatlandırma günləri  3. 14 Sentyabr tarixində yeni tədris ilinin başlanması münasibətilə keçiriləcək #TədrisimİZ Party 4. Azərbaycan Tələbə Kartı 5. Fəaliyyət müddətini tamamlamaq üzrə olan TGT sədrlərinin hesabat-seçki konfranslarının keçirilməsi İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.      


2019-09-03

Ətraflı >