Elanlar
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin ...
Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.
Ətraflı >
Kinoman layihəsinə start verilir
Əziz tələbələr! Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Kinoman" layihəsinə start verilir. "Filmlərimiz 60-80-ci illərdə" şüarı altında keçiriləcək layihəyə qeydiyyatdan keçən hər bir tələbə dəvətlidir! Qeyd: Layihə "intellektual oyun" formasında reallaşacaq. Belə ki, 60-80-ci illərdə lentə alınan milli filmlərimizdən məşhur sitatlar, çəkiliş heyəti, çəkiliş məkanları və sair nüanslar layihənin mövzusunu əhatə edəcək. Tələs, elə indi qeydiyyatdan keç və "dahi kinoman" olduğunu hər kəsə sübut et! Qeydıyyat üçün son tarix: 5 dekabr 2018-ci il Burada qeydiyyatdan keçə bilərsiniz.
Ətraflı >
Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçir ...
Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.
Ətraflı >
“Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalib təqaüdçüləri seçilib
PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 2012-ci ildən etibarən birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin cari ildəki qalib təqaüdçüləri seçilib. Cari ildə müsabiqəyə 7 oktyabr tarixindən start verilib. Elektron qeydiyyat və müsahibə olmaqla iki mərhələdən ibarət layihədə 20 tələbə-gənc xüsusilə fərqlənməyi bacarıb. Qeyd edək ki, hər bir təqaüdçü 12 ay boyunca, hər ay 145 AZN məbləğində təqaüdlə təmin ediləcək. Layihə yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də, özəl və dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək rəhbərlərin inkişafını möhkəmləndirmək məqsədi daşıyır. Aşağıda adları qeyd olunan tələbə-gəncləri bu uğurları münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə etməyi arzu edirik: Atakişizadə Mehriban - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Bayrami Fidan - Bakı Mühəndislik Universiteti Cəfərli Fuad - Azərbaycan Dövlət Aqrar Universiteti Dadaşova Nigar - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Dünyamalıyev İslam - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ələsgərov İsa - Bakı Mühəndislik Universiteti Mehtiyev Tural - “ADA” Universiteti Məhyəddinli Rəşad- Bakı Mühəndislik Universiteti Məmmədli Fərid- “ADA” Universiteti Məmmədova Ülviyyə - Bakı Mühəndislik Universiteti Mənsumlu Kürşad - Azərbaycan Dövlət İqtisad Universiteti Muxtarov Elmir - Bakı Mühəndislik Universiteti Musazadə Nurlan - Azərbaycan Dövlət İqtisad Universiteti Qaralov Əsəd - Azərbaycan Dövlət İqtisad Universiteti Quluzadə Kəmalə - Bakı Mühəndislik Universiteti Sayidov Fərhad - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Səlimova Gülanə - Azərbaycan Dövlət İqtisad Universiteti Soltanova Aytən - Azərbaycan Dövlət İqtisad Universiteti Süleymanova Leyla - Bakı Mühəndislik Universiteti Ziyatxanlı Murad - Bakı Mühəndislik Universiteti
Ətraflı >
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Bəyanatı
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının BƏYANATI Bu gün Azərbaycan tarixinin ən faciəvi günlərindən biri – Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik törədilmişdir. 3 minə yaxın əhalisi olan şəhər mühasirəyə alınaraq ağır artilleriya silahları və tanklardan saatlarla atəşə tutulduqdan sonra dinc əhaliyə qarşı qətliam törədilmişdir. Cəmi bir neçə saatın içərisində sırf milli mənsubiyyətinə görə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini ağlasığmaz amansızlıqla qətlə yetirilmiş, 500-ə yaxın insan, o cümlədən 76 uşaq isə ağır yaralanmışdır. Həmin gecə sağ qalan 1275 nəfər girov götürülərək dəhşətli işgəncələrə məruz qalmışdır. 68 qadın və 26 uşaq daxil olmaqla 150 əsirin taleyi hələ də məlum deyil. Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət siyasətidir. 90-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzü ilə başlayan müharibənin gedişatında və sonrakı 26 il ərzində atəşkəs dövründə olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində vüsət alan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı cinayətlər davam etmişdir. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən yaşayış məntəqələrinin, xüsusilə də Gəncə və Bərdə kimi şəhərlərin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 93 nəfər mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmışdır. Biz, ətrafında on minlərlə gənci birləşdirən Gənclər Təşkilatları olaraq, 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edirik: - XX əsrin sonunda dünyanın gözü qarşısında ən ağır beynəlxalq cinayət törədənlərin bugün Ermənistanda qəhrəmanlaşdırılması və cəzasız mühitdə yaşaması qəbuledilməzdir! Xocalı şəhərində yüzlərlə dinc sakinin amansız qətliamının təşkilatçıları və icraçıları olan və bunu dəfələrlə öz müsahibələrində, çıxışlarında heç bir vicdan əzabı çəkmədən etiraf edən Robert Koçaryan, Seyran Ohanyan, Serj Sarqsyan, Zori Balayan, Vitali Balasanyan və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar! - Bütün beynəlxalq təşkilatları, həmçinin bütün ölkələrin parlamentlərini Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməyə və gələcəkdə belə hadisələrin bir daha təkrar olunmaması naminə insanlıq əleyhinə yönəlmiş bu cinayəti qətiyyətlə pisləməyə səsləyirik! - Ermənistan hökumətindən Xocalıda törədilən soyqırımına görə rəsmi şəkildə üzr istəməsini və bu cür cinayətləri bir daha törətməyəcəyi ilə bağlı dövlət səviyyəsində zəmanət verməsini tələb edirik! Artıq münaqişə tarixdə qalmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir. İndi 30 ildir ki, bu münaqişədən əziyyət çəkən regionumuzda sülhün və təhlükəsizliyin bərqərar edilməsi vaxtıdır. Lakin sülhün, erməni və Azərbaycan xalqlarının birgəyaşayışın təmin edilməsi üçün ədalət öz yerini tapmalı, müharibə cinayətkarları, o cümlədən Xocalı qatilləri məsuliyyətə cəlb edilməlidir. Ədalət sülhün təməl daşıdır! Regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olması, Xocalı soyqırımı qurbanlarının dəstəklənməsi, cinayətkarların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb olunması naminə milliyətindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq bəşəri dəyərlər və humanizm prinsiplərinə sadiq olan hər kəsi - dünya liderlərini, ictimai aktivistləri, jurnalistləri, bloqerləri, idmançıları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini əsirgəməməyə, soyqırımı qurbanları ilə həmrəylik nümayiş etdirməyə çağırırıq! Azərbaycan Respublikası Gənclər Təşkilatları
Ətraflı >
Panel görüşü
1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri
Ətraflı >
"Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" başa çatıb
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (ARGİN) tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 10-16 ferval tarixində tələbələr üçün ənənəvi olaraq keçirilən “XII Liderlik Məktəbi” layihəsi baş tutub. Layihə Gəncə şəhərində yerləşən Ramada oteldə keçirilib. Açılış mərasimində Gənclər və İdman Narizliyinin nümayəndəsi Elnur Abdullayev və ATGTİ-nin baş katibi Ramin Həbibzadə çıxış edərək, layihədə iştirak hüququ qazanan tələbələri qazandıqları uğur münasibətilə təbrik ediblər. Elnur Abdullayev bildirib ki, “Liderlik Məktəbi” layihəsi ATGTİ-nin təşkilatçılığı ilə 2010-cu ildən etibarən həyata keçirilən sayca 12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir və Mingəçevir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında təşkil olunub. Ramin Həbibzadə çıxışı zamanı iştirakçıları ATGTİ-nin fəaliyyəti ilə yaxından tanış etdikdən sonra, komanda kapitanlarını və layihədə qonaq qismində iştirak edən təlimçiləri iştirakçılara təqdim edib. O, nitqinin sonunda bütün komandalara mübariz olmağı və sağlam rəqabət aparmağı tövsiyə edib. “XII Liderlik Məktəbi” layihəsində iştirak edən 120 tələbə 5 komandada – “Gənclik”, “İnkişaf”, “Liderlik”, “Gələcək” və “Birlik” komandalarında bölünüb. Komandalar 10 fevral tarixində Bakıdan Gəncəyə yola düşüb, elə həmin gündən də yarışmaya start verilib. “Könüllülər İli” çərçivəsində keçirilən layihənin əsas məqsədi tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirmək idi. Tələbələrə peşəkarlar təlimçilər – Faiq Məmmədov tərəfindən “Könüllülük”, Fərrux Rəhimov tərəfindən “Layihələrin yazılması”, Babaxan Məlikli tərəfindən “Media”, Fəxrəddin Abdullayev tərəfindən “Menecment Üsulları” və Fərid Məhərrəmli tərəfindən “Liderlik” mövzularında təlimlər keçilib. Təlimlərlə yanaşı iştirakçılar ARGİN-in Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın iştirakı ilə “Media”, Cavan Gənclər Hərəkatının icraçı direktoru Murad Ağabəyli və Turizm Könüllüləri Təşkilatı İB-nin direktoru Hüseyn Məmmədovun iştirakı ilə “2020 Bizim İlimİZdir”, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İB-nin sədri Nurəddin Mehdiyevin iştirakı ilə “Qarabağ Azərbaycandır!”, ağırlıqqaldırma idman növü üzrə dünya çempionu Rüfət Ağayev və Paralimpia çempionu Ramil Qasımovun iştirakı ilə“İdman!” və Azərbaycan respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ARGİN-in Gənclər iş şöbəsinin müdiri İndira Hacıyevanın iştirakı ilə “Gənclər siyasəti” haqqında təşkil olunmuş panellərdə iştirak ediblər. Bundan əlavə, layihə müddətində YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi, YAP-ın deputatlığa gənc lider-namizədi Müşfiq Cəfərov və Gəncə Dövlət Universitetinin Elm və texnika üzrə prorektoru Pərvin Kərimzadənin iştirakçılarla görüşü baş tutub. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olub, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdiriblər. Beləliklə, 6 günlük layihənin sonunda bütün komandalar qalib elan olunaraq iştirakçılar fərqlənmə diplomu ilə təltif olunublar.
Ətraflı >
"Gənc istedadların rəsm sərgisi" keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Gənc istedadların rəsm sərgisi" keçirilib. Sərgidə müxtəlif universitetlərin gənc rəssamlarının 50-yə yaxın əl işi nümayiş olunub. ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev bildirib ki, gənclər olaraq Ulu öndər Heydər Əliyevin xatirəsini bu cür layihələr, tədbirlər, müsabiqələrlə yad etmək vətəndaşlıq borcumuzdur. Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar bildirib ki, bu cür layihələrin keçirilməsi gənclərin yaradıcılıq imkanlarının inkişafı üçün mühüb əhəmiyyət kəsb edir.
Ətraflı >
ATGTİ Avropa Gənclər Kartı Assosiasiyasının XXXIV konfransında təmsil olunub
https://azertag.az/xeber/1172015 http://salamnews.org/az/news/read/314741 http://palitranews.az/news.php?id=87051 http://azpress.az/index.php?lang=az§ionid=news&id=81274 https://youthportal.az/az/news_details/7623
Ətraflı >
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının b ...
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib. Tədbirdə açılışı rektorun məsləhətçisi, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov etmişdir. O, tələbələri salamlayaraq belə tədbirlərin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra FHN-nin müxtəlif qurumlarının əməkdaşları çıxış edərək fövqəladə hallar - zəlzələ, daşqın, torpaq sürüşməsi və s. zamanı təhlükədən qorunmaq üsullarından bəhs etmiş, yanğın zamanı qaz balonundan düzgün istifadə qaydalarını tələbələrə izah etmişlər. Mülki müdafiə ilə bağlı müxtəlif fotoşəkillər və maarifləndirici videoçarxlar nümayiş etdirilib. Sonda Ə.Həsənov çıxış edərək tədbirin təşkil edilməsində əməyi keçən qurumlara təşəkkürünü bildirmiş və tələbələrin suallarını cavablandırmışdırlar. Daha sonra xatirə fotoşəkli çəkilib.
Ətraflı >
“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirən “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nə oldu. Səfər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri qurumun rəhbər şəxsləri və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuşlar. Daha sonra tələbələrə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçirilmişdir. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Ətraflı >
Avropa Gənclər Kartı Assosiasiyasının regional iclası keçirilib.
26 may 2020 il tarixində Avropa Gənclər Kartı Assosiasiyasının (European Youth Card Association, eyca.org) regional iclası keçirilmişdir. İclasda Avropa Gənclər Kartı Assosiasiyasının icraçı direktoru, Azərbaycan, Bolqarıstan, Çexiya, Rumıniya, Polşa, Gürcüstan üzrə üzv təşkilatların rəhbərləri iştirak ediblər. Görüş zamanı Avropa Gənclər Kartı Assosiasiyasının növbəti 5 il üçün strateji planının hazırlanması və ölkələr üzrə həyata keçirilən fəaliyyətlər müzakirə edilmişdir. Onlayn formatda keçirilən iclasda ATGTİ-nin sədri Faiq Məmmədov iştirak edərək Azərbaycan Tələbə Kartının fəaliyyəti haqqında məlumat vermişdir.
Ətraflı >
Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı ilə İntellektual Oyunlar Klubunu ...
Məktəblilərlə görüş zamanı Baki Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı sədri Kənan Sadıqov Baki Ali Neft Məktəbi və onun fəaliyyəti haqqında şagirdləri məlumatlandırıb. Görüş zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər dinlənilib. Daha sonra Məktəblilər arasında 30 sualdan ibarət 2 hissəli intellektual oyun baş tutub. Suallar şagirdlərin dünyagörüşü, bilik və bacarıqlarını artırmaq məqsədilə (Azərbaycan dili və ədəbiyyatı, coğrafiyası və mədəniyyəti və s.) mövzularında tərtib olunub. İştirakçı 12 komandanın adı işğalda olan rayonların adlarına uyğun şəkildə adlandırılıb. Bayram ab-havasında uşaqların həvəslə iştirak etdiyi intellektual oyunun ikinci hissəsində interaktiv oyun ("Səssiz Sinema") baş tutub. Daha sonra hər iki oyun üçün ballar hesablanaraq nəticələr açıqlanıb. Qalib komandalar (1, 2 və 3-cü yer) kubok, medal və xüsusi hədiyyələrlə təltif olunub. Bununla yanaşı, bütün məktəblilərə TGT aktivləri tərəfindən məktəb ləvəzimatları hədiyyə edilib. Sonda tələbələr məktəbin kitab fonduna məktəbliləri maraqlandıran mövzular ətrafında kitablar bağışlayıb və xatirə şəkli çəkdirib.
Ətraflı >
“Bayraqdar İntellektual oyunu” keçirilib
8 noyabr tarixində Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı, Park Bulvar Bakunun tərəfdaşlığı ilə Bayraq gününə həsr edilmiş “Bayraqdar İntellektual oyunu” keçirilib. Layihə Park Bulvar ticarət mərkəzində hər birində 5 nəfər olmaqla 5 komandanın iştirakı ilə baş tutub. Layihəyə əsasən Park Bulvarda qabaqcadan müəyyənləşdirilmiş mağazalarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirilib. Hər komanda suallara cavab verəcəyi məkanın adını da ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirib. Daha sonra, suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 5 sualdan minimum 3-nə cavab verməklə bayraq udublar. Yekunda ən çox bayraq toplayan və məkana tez çatan komanda qalib elan edilib. İntellektual oyunun sualları layihənin adına uyğun olaraq bayrağımızla bağlı olmaqla, xüsusilə bayrağımızın müxtəlif tarixi mərhələlərdəki statusundan, quruluşundan, haqqında verilən qərarlardan bəhs edib.
Ətraflı >
“XII Liderlik Məktəbi”nin 3-cü günü başa çatıb
Ətraflı >