Elanlar
“XII Liderlik Məktəbi”nin 2-ci günü uğurla baş tutub
Ətraflı >
“Hədəfini Seç”
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutdu.
Ətraflı >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin ...
Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.
Ətraflı >
Panel görüşü
1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri
Ətraflı >
ATGTİ-nin katiblik üzvü "Dünya Gənclər Forumu"nda iştirak edib
Misir Ərəb Respublikasının Şarm-El-Şeyx şəhərində Dünya Gənclər Forumu keçirilib. Forumda Azəbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. Qeyd edək ki, Dünya Gənclər Forumu perspektivli gənclərin qurduğu bir platformadır. Bütün dünyaya sülh, firavanlıq, harmoniya və tərəqqi mesajı göndərir. Dünya Gənclər Forumu, müzakirələri üç yola açır: 1. Sülh; 2. İnkişaf; 3. Yaradıcılıq. Bu istiqamətlərin timsalında beynəlxalq gəncləri maraqlandıran müxtəlif mövzular müzakirə olunur, iclaslarda fikirlərini ifadə etmək, təqdim etmək və təcrübələrini bölüşmək üçün gənclərə bir platforma yaradılır.
Ətraflı >
Mövsümün ən rəngarəng şənliyi “ConGRADS 2023!” Məzun şənliyi uğurla başa çatdı!🚀
Mövsümün ən rəngarəng şənliyi “ConGRADS 2023!” Məzun şənliyi uğurla başa çatdı!🚀Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Ağ Şəhər Bazar Meydanın dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək, məzun olmuş gənclərə uğurlar arzulayıblar.3500-dən çox tələbənin iştirak etdiyi məzun şənliyinin açılış mərasimində gənclər ulduzlarla birlikdə əylənərək, imtahanlardan və stressdən kənar mühitin dadını çıxarlblar!😍
Ətraflı >
“44 Günün Qəhrəmanları”
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Böyük Qayıdış Gənclər Təşkilatı birgə təşkilatçılığı ilə oktyabrın 22-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Azərbaycan Texniki Universitetində təşkil olunmuş görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, universitetin Elm və innovasiya üzrə prorektoru Çetin Elmas və universitetin qazi tələbəsinin valideyni, Birinci Qarabağ müharibəsi iştirakçısı Sübut Mehdiyevin çıxışları ilə davam edib. Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və bizi tarixi yurd yerlərimizə qovuşdurmaları barədə çıxış edib. Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Şəhriyar İbrahimli, Fərahim Əmirli, Elvin Rəsulov və Elnur Abbasov çıxışları zamanı Vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini tələbələrlə bölüşüblər. Son olaraq universitetin tələbələri adından Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin fəal tələbəsi Əmrah Fərəcov və Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək qəhrəmanlarımıza təşəkkür ediblər. Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir. #ATGTİ #BöyükQayıdış #44GününQəhrəmanları
Ətraflı >
“XII Liderlik Məktəbi”nin 4-cü günü başa çatıb
Ətraflı >
“İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Milli Konservatoriyasının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra isə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edib. O, belə tədbirlərin keçirilməsini və gənclərin belə layihələrdə iştirakını təqdirə layiq hesab etdiyini bildirib. Gənclərə bu tip layihələrdə fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev yaradıcılığla bağlı layihələrin mədəni zövqün formalaşması üçün önəmli olduğunu qeyd edib. O, iştirakçılara uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov müsabiqənin maraqlı olacağına inamını bildirib. Ölkəmizdə gənclərin inkişafı üçün çoxlu imkanlar olduğunu bildirən Şahin İsmayılov, gənclərə uğurlar arzulayıb. Daha sonra iştirakçılar seçdikləri mahnıları ilə çıxış ediblər. Sonda isə münsiflər onların çıxışlarını dəyərləndirib, müvafiq yerlər üzrə qalibləri müəyyənləşdiriblər.
Ətraflı >
“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb
Ətraflı >
“Hərbi Qənimətlər Parkı”na səfər
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hərbi Qənimətlər Parkı”na səfər təşkil olunmuşdur.Səfər zamanı SDU-nun baş müəllimi, polkovnik-leytenant Tapdıq Hacıyevin bələdçiliyi ilə #tələbələrimİZ parkdakı eksponatlarla tanış olmuş və ətraflı məlumat əldə etmişlər.
Ətraflı >
Avropa Gənclər Kartı Assosiasiyasının regional iclası keçirilib.
26 may 2020 il tarixində Avropa Gənclər Kartı Assosiasiyasının (European Youth Card Association, eyca.org) regional iclası keçirilmişdir. İclasda Avropa Gənclər Kartı Assosiasiyasının icraçı direktoru, Azərbaycan, Bolqarıstan, Çexiya, Rumıniya, Polşa, Gürcüstan üzrə üzv təşkilatların rəhbərləri iştirak ediblər. Görüş zamanı Avropa Gənclər Kartı Assosiasiyasının növbəti 5 il üçün strateji planının hazırlanması və ölkələr üzrə həyata keçirilən fəaliyyətlər müzakirə edilmişdir. Onlayn formatda keçirilən iclasda ATGTİ-nin sədri Faiq Məmmədov iştirak edərək Azərbaycan Tələbə Kartının fəaliyyəti haqqında məlumat vermişdir.
Ətraflı >
"Siyasi repressiya qurbanları"
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə 1937-ci il repressiya qurbanlarının xatirə gününə həsr olunmuş "Siyasi repressiya qurbanları" muzeyinə ekskursiya baş tutmuşdur.Ekskursiya zamanı #tələbələrimİZ muzeydəki eksponatlarla tanış olmuş və maariflənə biləcəyi zəruri məlumatlar əldə etmişlər.
Ətraflı >
Azərbaycan Gənclərinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti
Möhtərəm cənab Prezident, Cənab Ali Baş Komandan! Azərbaycanın əzəli torpaqlarının 30 ildir ki, davam edən işğalına son qoyduğunuz, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığınız üçün Azərbaycan gəncliyi adından Sizə dərin təşəkkürümüzü ifadə edirik. Azərbaycan gəncliyi Sizinlə fəxr edir, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarix yaradan rəşadətli Azərbaycan Ordusu ilə qürur duyur! Bu tarixi qələbə Ulu Öndərimizin əsasını qoyduğu və son 17 il ərzində Sizin addım-addım həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu qələbə güclü iqtisadiyyat, müasir ordu quruculuğu, milli həmrəylik və beynəlxalq arenada əldə edilən uğurların nəticəsində mümkün olmuşdur. Məhz bu uğurların fonunda yetişən Azərbaycan gəncləri əsgər və zabitlər, iqtisadi fəaliyyətin müxtəlif sahələrində fəaliyyət göstərən mütəxəssislər, dövlət qulluqçuları və diplomatlar qismində Ulu Öndərin nəsihətləri və Sizin tövsiyələrinizə uyğun olaraq bu günkü qələbəmizin reallaşmasına öz töhfəsini vermək üçün əlindən gələni etmişlər. Gənclərə verdiyiniz dəstəyi və yüksək qiyməti daim əziz tutan bizlər milli maraqlarımıza sədaqətimiz və fədakar əməyimizlə vətənə olan borcumuzu ödəməkdən şərəf duyuruq. Siz axıra qədər bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etməyə çalışdınız, bunun üçün lazım olan hər şeyi etdiniz. Təəssüf ki, Ermənistan rəhbərliyi bu sülhsevər səylərinizi adekvat qiymətləndirməyə qadir olmadı, ölkəmizə, xalqımıza qarşı yönəldilən işğalçılıq siyasətinə son qoymadı. Amma Sizin yaratdığınız, böyük uzaqgörənliklə silahlandırdığınız Azərbaycan Ordusu komandanlığınız altında döyüş meydanında düşmənə layiq olduğu cavabı verdi, düşmən acı məğlubiyyətə uğradılaraq, sülhə məcbur edildi. Bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin ən şanlı tarixlərindən birinə şahidlik edirik. Tarixin heç bir dönəmində milli həmrəyliyimiz, xalq coşqusu bu səviyyədə təzahür etməmişdir. Birliyimiz dəmir yumruq kimidir və bu birmənalı olaraq Sizin adınızla bağlıdır! Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq! Azərbaycan gəncliyi olaraq, Sizə inamımız tamdır. İnanırıq ki, Sizin rəhbərliyiniz altında döğma xalqımız hələ çox uğurlara imza atacaq, Ulu Öndərin dediyi kimi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bütün fəaliyyətiniz dövründə olduğu kimi, bundan sonra da bizə həmişə inana, güvənə, arxalana bilərsiniz. Biz də gənclik olaraq, bu inamı doğrultmaq üçün bundan sonra da bütün qüvvə və bacarığımızla, təhsil və qabiliyyətimizlə Sizin sərəncamınızdayıq! Biz Sizinlə Güclüyük! Qarabağ Azərbaycandır!
Ətraflı >
Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib
23 may 2020 il tarixində Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda keçirilən video iclasın davamı olaraq, həmçinin imtahan sessiyasının yeni şəraitdə və təhsil müəssisələrinin fərdi yanaşmasını nəzərə alaraq, 25 may 2020 il tarixində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin bir qrup Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib. İclasda tələbələri maraqlandıran suallar, iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün sorğuların tərtibi və təşkili, TGT-in onlayn patformaya inteqrasiyası, planlaşdırılan layihələrin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Tələbə gənclər təşkilatları onlayn fəaliyyət üzrə təcrübələri ilə paylaşıb, aparılan işlər haqqında məlumat veriblər.Növbəti ay ərzində baş tutacaq layihələr, görüşlər müzakirə olunub, daha sonra görüş TGT sədrlərinin sual və təklifləri ilə davam edib.Həmçinin, kiçik formatda iclasların effektivliyini nəzərə alaraq görüşlərin davamlı olacağı bilidirilib.
Ətraflı >