Bizi İzləyin :

Elanlar

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçir ...

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.  


2020-02-22

Ətraflı >

Azərbaycan Respublikasının Gənclər Fondu ilə TGT sədrlərinin görüş keçirilib

  Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu ilə Tələbə Gənclər Təşkilatlarının sədrlərinin görüşü baş tutub. “Tələbə gənclər təşkilatları ilə görüş, uğurlar, naliyyətlər və fəaliyyət planları” adı ilə həyata keçirilən görüşdə Milli Məclisin deputatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Şahin İsmayılov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib.  Tədbir Fərid Cəfərovun  çıxışı  ilə başlayıb. O, fondun fəaliyyəti və səlahiyyətlərin genişlənməsi  haqqında danışıb. Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli Fərmanına əsasən  sosial müdafiəyə  ehtiyacı olan xüsusi istedadlı gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı layihə barəsində məlumat verib. Şahin İsmayılov çıxış edərək TGT-lərin fəaliyyəti barəsində fondu məlumatlandırıb.  Görüşdə Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti və yaranan problemlər barəsində də danışıq aparılıb. Görüşün keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərin fəaliyyəti, qarşıya çıxan problemləri və onların gələcəkdə  həyata keçirmək istədikləri layihələr ilə yaxından tanış olmaq və onları Gənclər Fondu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə dəvət etməkdən ibarətdir olmuşdur.    


2018-11-28

Ətraflı >

"Siyasi repressiya qurbanları"

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə 1937-ci il repressiya qurbanlarının xatirə gününə həsr olunmuş "Siyasi repressiya qurbanları" muzeyinə ekskursiya baş tutmuşdur.Ekskursiya zamanı #tələbələrimİZ muzeydəki eksponatlarla tanış olmuş və maariflənə biləcəyi zəruri məlumatlar əldə etmişlər.


2021-11-11

Ətraflı >

1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclə ...

  1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib. Belə ki, bir uşaq 1 günlük Bakı Avrasiya Universiteti Tələbə Gənlər Təşkilatının Sədri təyin edilib. 1 günlük sədr təyin edilən balaca Gülay universitetin rektoru, prorektorları, dekanları və müəllimləri ilə görüşüb. Sonda BAAU TGT fəalları ilə görüşən Gülay TGT-nin fəaliyyəti və iş planı ilə yaxından tanış olub.              


2019-06-01

Ətraflı >

Azərbaycan Dillər Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqın ...

  Təqdimatda ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova və Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva iştirak edib. İlk öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ATGTİ-nin fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edib. Tələbələrin sosial aktivliyinin əhəmiyyətini vurğulayan Hüseyn Babayev bildirib ki, təhsillə yanaşı gənclər müxtəlif layihələrdə iştirak edərək, könüllülük proqramlarına qoşularaq karyeralarında ilk addımlarını ata bilərlər. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva çıxış edərək kartın gənclərə yaratdığı endirim fürsətləri ilə bağlı məlumat verib. Kartın əldə edilməsi haqqında tələbələri təlimatlandıran Xanım Paşayeva, bununla yanaşı mobil tətbiqetməni istifadə etmənin üstünlüklərindən də söz açdı. Həmçinin, Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Etibaroğlu tələbələri salamlayıb və TGT haqqında ətraflı məlumat verib. Daha sonra təşkilatın sədri Günay Səmədova çıxış edərək ADU TGT-nin tarixindən, tələbəlik illərini səmərəli keçirməkdə TGT-nin rolundan bəhs edib. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının icraçı direktoru Lamiyə Əhmədzadə çıxış edərək TGT-nin strukturundan, departamentlərdən və onların fəaliyyətləri dövründə keçirtdikləri tədbirlərdən danışıb. Təqdimat TGT-nin keçirtdiyi tədbirlərdən olan video-roliklərin nümayişi ilə davam etdirilib.  


2018-10-06

Ətraflı >

Tələbə Gənclər Təşkilatlarının "Aprel Zəfəri" ilə bağlı keçirdiyi silsiləvi tədbir ...

Tələbə Gənclər Təşkilatları Aprel döyüşləri ilə bağlı silsiləvi tədbirlər keçirib. Dördgünlük müharibə adı ilə də tanınan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüşlərdən olub. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən bu döyüş sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun  Gülüstan  kəndi,  Tərtər rayonunun Qazaxlar kəndi və  Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub. Bununla da Azərbaycan Respublikasının bəzi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bu danılmaz qələbəsi keçirilən tədbir və edilən səfərlərdə bir daha vurğulanıb. Belə ki, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecində Aprel döyüşləri ilə bağlı tamaşa tipli tədbirlər keçirilib. Bu tədbirlərin keçirilməsi ilə Aprel şəhidləri yad edilmiş və həmin təhsil müəssisələrində təhsil alan gənclərə Qarabağ həqiqətləri, həmçinin, Aprel zəfəri bir daha xatırlanmış olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə əcnəbi tələbələrlə birgə Aprel şəhidlərinə  həsr edilmiş filmə baxış keçirilib. Bu film, əcnəbi tələbələr tərəfindən böyük marağa səbəb olub və əcnəbi tələbələr tərəfindən həssaslıqla qarşılanıb. Bakı Mühəndislik Universitetinin Tələbə Gənclər Təşkilatı kollektivi Sumqayıt şəhərindəki şəhid ailələrini ziyarət edib. TGT kollektivi şəhid ailələrinə edilmiş ziyarətlə xalqımızın, xüsusən də Azərbaycan gəncliyinin şəhid ailələrinə olan diqqət və qayğısını bariz nümayiş etdirib. Aprel Şəhidlərinin Əziz Xatirəsini yad etmək məqsədilə ADPU  Şamaxı Filialının Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də şəhidlər - Kaçayev Samir Ziyəddin oğlu Səmədov Elşən Səlim oğlu Zəkərayev Nazim Nadir oğlu-nun məzarlarını ziyarət edib. Onlar şəhidlərimizin göstərdikləri şücaətlərdən söz açaraq, "Vətən" məfhumun ucalığından bəhs edib. Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri isə Aprel döyüşləri və 31 mart soyqırımı ilə bağlı olaraq "Quba Soyqırımı Memorial Kompleksi"nə səfər edib.      


2019-04-15

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 6-cı günü başa çatıb


2020-02-19

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının BMT Təhlükəsizlik Şurasının Erm ...

  Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


2020-10-24

Ətraflı >

"Gənc istedadların rəsm sərgisi" keçirilib.

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Gənc istedadların rəsm sərgisi" keçirilib. Sərgidə müxtəlif universitetlərin gənc rəssamlarının 50-yə yaxın əl işi nümayiş olunub. ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev bildirib ki, gənclər olaraq Ulu öndər Heydər Əliyevin xatirəsini bu cür layihələr, tədbirlər, müsabiqələrlə yad etmək vətəndaşlıq borcumuzdur. Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar bildirib ki, bu cür layihələrin keçirilməsi gənclərin yaradıcılıq imkanlarının inkişafı üçün mühüb əhəmiyyət kəsb edir.       


2018-12-15

Ətraflı >

Kinoman layihəsinə start verilir

Əziz tələbələr!   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Kinoman" layihəsinə start verilir. "Filmlərimiz 60-80-ci illərdə" şüarı altında keçiriləcək layihəyə qeydiyyatdan keçən hər bir tələbə dəvətlidir!   Qeyd: Layihə "intellektual oyun" formasında reallaşacaq. Belə ki, 60-80-ci illərdə lentə alınan milli filmlərimizdən məşhur sitatlar, çəkiliş heyəti, çəkiliş məkanları və sair nüanslar layihənin mövzusunu əhatə edəcək.   Tələs, elə indi qeydiyyatdan keç və "dahi kinoman" olduğunu hər kəsə sübut et!   Qeydıyyat üçün son tarix: 5 dekabr 2018-ci il     Burada qeydiyyatdan keçə bilərsiniz.  


2018-11-23

Ətraflı >

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "DAUN Sindrom ...

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təşkilatın nəzdində "Nəfəs Xeyriyyə Birliyi" fəaliyyətə başlayıb. Birlik ilk layihə kimi "DAUN Sindromlu İnsanlara 1 gününü həsr et" adlı kampaniyaya start verib. Layihəyə əsasən TGT fəalları "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən DAUN Sindiromlu uşaqların Reabilitasiya Mərkəzində olublar. Onlar daun sindromlu uşaqlara əyləncəli oyunlar təşkil edib, birlikdə rəqs nümunələri nümayiş etdiriblər. BAAU TGT fəalları qayğı və diqqətə ehtiyacı olan uşaqlara təbəssüm bəxş etmək və onları daim diqqətdə saxlamaq məqsədilə bu kimi ziyarətlərin təşkilində estafeti adları çəkilən universitetlərə ötürüb: 1.Azərbaycan Dillər Universiteti 2.Azərbaycan Dövlət İqtisad Universiteti 3.Azərbaycan Dövlət Pedaqoji Universiteti BAAU TGT nəzdində əsası qoyulan birliyin devizi: "Onlar fərqli deyil, onları fərqli edən bizlərik!" #Fərqqoyma#DAUN#Sindiromlu#İnsanlara#1#gününü#həsr#et.  #BAAUTGT. Açar sözlər: #Fərqqoyma #DAUN #Sindiromlu #İnsanlara #1 #gününü #həsr #et #BAAUTGT      


2019-05-10

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin ...

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


2020-10-04

Ətraflı >

"Bakı - 2019" Tələbələrin Bilik Olimpiadasına start verilir!

Əziz tələbələr, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, ATGTİ-nin təşkilatçılığı ilə "Bakı - 2019" Tələbələrin Bilik Olimpiadasına start verilir! Olimpiada 7 istiqamət üzrə təşkil ediləcək. İstiqamətlərə müvafiq olaraq İngilis dili, Tarix, Coğrafiya, Fizika, İlkin tibbi yardım, Psixologiya və Ədəbiyyat aiddir. Hər istiqamət üzrə təşkil ediləcək olimpiadada 100 nəfər iştirak edəcək və ilk üç yerin qalibi diplomla mükafatlandırılacaq. Hər bir sahə 50 sualdan ibarət olacaq. Əgər biliyinizə güvənirsinizsə, qeydiyyatdan keçin və müsabiqəyə qoşulun. Qeydiyyat linki: https://docs.google.com/forms/d/1hL7adv11AOHc5kwDs4Mx8fhjpFiIn70BakLFofAfRrM/edit?ts=5dfa2765 Qeyd: Olimpiadanın keçiriləcəyi məkan və tarix barədə əvvəlcədən iştirakçılara məlumat veriləcək.  


2019-12-19

Ətraflı >

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb.   Müraciətdə komitə Avropada yaşayan həmvətənlilərimizə çağırış edərək, “ÜMUMAVROPA QARABAĞ MİTİNQ”-ində iştirak etməyin vacibliyindən bəhs etməklə, mitinqin əhəmiyyətini xüsusi vurğulamışdır.   Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətini olduğu kimi sizə təqdim edirik:   Əziz həmvətənlər, dəyərli soydaşlar!   Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar.  Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər. Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq.  Dəyərli həmvətənlərimiz, bu həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur.   QEYD: Mitinqin təşkil ediləcəyi məkan haqqında ətraflı məlumatı buradan  əldə bilərsiniz.


2019-02-22

Ətraflı >

Tələbə Gənclər Təşkilatlarının sədrlərinin Təhsil Naziri Ceyhun Bayramovla görüşü ...

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq təhsil sferası və tədris prosesində tətbiq edilən yeniliklər və mövcud vəziyyətlə bağlı ölkənin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən Tələbə Gənclər Təşkilatlarına daxil olmuş çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı müraciətə ən qısa zamanda reaksiya vermiş Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun TGT Sədrləri ilə online formatda görüşü baş tutmuşdur. Görüşdə Təhsil naziri ilk öncə müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumatı bölüşmüş, tələbərlə və Tələbə Gənclər Təşkilatları ilə belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır. Nazir çıxışı zamanı tələbələri narahat edən bir sıra məsələlərə aydınlıq gətirmişdir. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün yaradılmış yeni imkanlar, tədris ilinin uzadılmasının baş verməyəcəyi, imtahanlarda iştirak, distant təhsildə iştirak edə bilməyən tələbələr üçün yeni imkanlar, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklər barədə danışan Ceyhun Bayramov, 4-cü kursda təhsil alan tələbələrin yekun dövlət imtahan qiymətlərinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən aparılacağı və tələbələrə qiymətləri ilə əlaqədar təkrar baxılması üçün müraciət imkanının yaradılacağı, buraxılış işlərinə baxılma qaydalarının təhsil müəssisələrinin elmi şuralar tərəfindən müəyyən ediləcəyi, onlayn dərslərdə iştirak etmə imkanı olmayan tələbələr üçün yayda təkrar təşkil ediləcək icmal dərslərində iştirak imkanının yaradılacağını qeyd etmişdir. O, eyni zamanda, avqust və sentyabr aylarında məsləhət saatlarının təşkil ediləcəyi və bunlarla əlaqədar tələbələrdən əlavə ödənişin alınmayacağı, tələbə təqaüdlərinin imtahanlardan sonra müəyyən ediləcəyi barədə məlumat vermişdir. Görüşdə Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələri maraqlandıran bir sıra suallarını nazirə ünvanlamışlar. Suallar tələbələrin təqaüd, onlayn təhsil ilə bağlı yaranan çətinliklər, təhsil haqlarının ödənilməsi və  digər aktual məsələləri əhatə etmişdir. Nazir tələbələrin suallarını təfərrüatı ilə cavablandırmış və eyni zamanda tələbələrin səsləndirdikləri rəy və təkliflərini diqqətlə dinləmiş, onların nəzərdən keçiriləcəyini bildirmişdir.  Tələbə Gənclər Təşkilatlarının Təhsil Nazirliyinin məsul şəxsləri ilə bu formatda görüşlərin gələcəkdə də keçirilməsinin faydalı olacağı qeyd edilmişdir.      


2020-05-22

Ətraflı >