Bizi İzləyin :

Elanlar

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib

23 may 2020 il tarixində Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda  keçirilən video iclasın davamı olaraq, həmçinin imtahan sessiyasının yeni şəraitdə və təhsil müəssisələrinin fərdi yanaşmasını nəzərə alaraq, 25 may 2020 il tarixində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin bir qrup Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə  video iclas keçirilib.  İclasda tələbələri maraqlandıran suallar, iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün sorğuların tərtibi və təşkili, TGT-in onlayn patformaya inteqrasiyası, planlaşdırılan layihələrin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Tələbə gənclər təşkilatları onlayn fəaliyyət üzrə təcrübələri ilə paylaşıb, aparılan işlər haqqında məlumat veriblər.Növbəti ay ərzində baş tutacaq layihələr, görüşlər müzakirə olunub, daha sonra görüş TGT sədrlərinin sual və təklifləri ilə davam edib.Həmçinin, kiçik formatda iclasların effektivliyini nəzərə alaraq görüşlərin davamlı olacağı bilidirilib.  


2020-05-25

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin ...

Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Allahdan həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik! Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı, Nüzgər və Aşağı Əbdurrəhmanlı kəndləri işğaldan azad edilib. Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Ölkənin Tələbə Gənclər Təşkilatlarını və yüzminlərlə gəncini ətrafında birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq, cəbhəboyu baş verən döyüşlərlə bağlı aşağıdakıları bəyan edirik: 1.   Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq, 2.   Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. 3.   Cəbhədə rəşadətlə müqəddəs torpaqlarımızı müdafiə edən, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda doyüşən ordumuzla fəxr edirik və onlarla həmrəylik ifadə edirik, 4.   Ölkəmizə qarşı 30 ilə yaxındır davam edən işğalın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə sosial şəbəkələrdə fəal olmağa və #StopArmenianAggression #KarabakhisAzerbaijan həştəqləri ilə paylaşımlar etməyə dəvət edirik, 5.   Bu həssas məqamda xalqımızı yalnız rəsmi mənbələrə istinad etməyə və hərbi məlumatlar, foto və videoları sosial şəbəkələrdə paylaşmamağa çağırırıq.   Gənclərimiz daima dövlətimizin yanında sıx olduğunu bir daha nümayiş etdirməyə hazırdır və cənab Ali Baş komandanın əmrinə müştaqdır. Tanrı şanlı ordumuzu qorusun!


2020-09-27

Ətraflı >

Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə karyera səfəri

Əziz tələbələr,    Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə oldu.   Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olmuş, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə etmişlər. 


Ətraflı >

Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb

Oktyabrın 2-də Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ölkəmizin qərb bölgəsində yerləşən 12 rayonun 300-ə yaxın ən fəal gənci iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ilk toplantının mövzusu Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi olduğunu qeyd edib. Vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi xalqa, vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik, üçüncüsü praktiki hərəkət olduğunu da bildirib. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən söz açıb. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri salamlayıb, forum iştirakçılarına öz təbriklərini çatdırıb. Bildirilib ki, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Müasir gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinin vacib amillərdən olduğunu deyən icra hakimiyyətinin başçısı gənclərə dövlətçilik ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək dövlət gənclər siyasətindən, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olduğundan danışıb, son illərdə Azərbaycan gəncliyinin qazandığı uğurları qeyd edib. Rəsmi hissədən sonra gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Gəncə Dövlət Filarmoniyasında təşkil olunmuş sərgi ilə ilə tanış olublar. Filarmoniyanın foyesində təşkil olunmuş sərgidə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatları öz nailiyyətlərini nümayiş etdiriblə  


2018-10-02

Ətraflı >

"MÜƏLLİMLƏR ARASINDA İXTİSAS OLİMPİADASI"- NA START VERİLDİ!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, YAP-ın Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin və “LİBRA” kitab evinin baş spsoroluğu ilə respublikada ilk dəfə keçiriləcək “Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir.  Pedaqoji ixtisas üzrə təhsil alan III və IV kurs tələbələri, hazırda daimi və müqavilə işləyən müəllimlər, pedaoji ixtisas olub işləməyən bütün şəxslər burada iştirak edə bilər. Olimpiadanın məqsədi  bu yöndə təhsil alan III və IV kurs tələbələrinə, hazırda fəaliyyət göstərən 29 yaşadək işləyən müəllimlərin stimullaşdırlmasına, onların gələcək nəsillərə ötürüləcək ali peşəyə olan marağın daha da yüksəldilməsinə, gənclərin asudə vaxtının intellekt yönündə yüksəldilməsinə, sağlam gəncliyə dəstək olmaqdan ibarətdir. Olimpiada iki mərhələdə keçiriləcək. Respublikamızı əhatə edəcək layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhələrində 1 olimpiada məntəqəsində öz biliklərini sınayacaqlar. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə BAKU ELEKTRONİKS-dən noutbuklar, smartfonlar, planşetlər, ən yüksək nəticə göstərən şəxsə isə İtaliyaya iki nəfərlik səyahət bileti, İydə parfurmeriyadan brend ətirlər, Nəşriyyatlarımızdan qiymətli kitablar, Nizami kino Mərkəzindən 30 nəfərə ən baxımlı filmlərə biletlər, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə Şam yeməyi hədiyyə olunacaq. Digər sponsorlardan isə endirim kuponları və digər hədiyyələr qazanacaqlar. Layihədən qeydiyyatdan aşağıdakı linkdən istifadə edə bilərsiniz. https://bit.ly/2o71nmy SƏN DƏ İXTİSAS OLMPİADASINA QOŞUL, BİLİYİNİ HAMIYA SÜBÜT ET!!! Ətraflı məlumat üçün: 📱 +994774970081 📱+994518618346 📱+994553338353 ✉ [email protected] 📍 Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6  


2019-11-21

Ətraflı >

Bakı Avrasiya Universitetində “Biz Gəlirik, Qarabağ!” adlı anım tədbiri keçirilib

  Bakı  Avrasiya Universitetində "20 Yanvar faciəsi", "Xocalı soyqırımı" və "31 Mart soyqırımı" -nın şəhidlərinə həsr olunmuş “Biz Gəlirik, Qarabağ” adlı anım tədbiri keçirilib. Avrasiya universitetinin TGT fəallarının təşkilatçılığı ilə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, Nərimanov Rayon Gənclər və idman idarəsinin nümayəndələri, həmçinin şəhid ailələri iştirak ediblər. Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan xalqının başına gətirilən üç faciənin oxşarlığından bəhs edərək “Biz Gəlirik, Qarabağ” adlı anım tədbirinin əhəmiyyətini vurğulayıb. O, bütün şəhid ailələrinə səbr diləyib. Sonra şəhid yaxınları və valideynləri övladlarının qəhrəmancasına həlak olmasından danışaraq bütün gənclərə hər zaman mübariz olmağı arzulayıblar. Tələbələr baş verən hadisələri maraqlı kompozisiya ilə nümayiş etdiriblər. Kompozisiya tamaşaçıların göz yaşlarına səbəb olub. Tamaşanın sonunda tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.    


2019-04-02

Ətraflı >

Dayanıqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum keçirilib

  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib. Forumda ilk öncə Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyacların qarşılanmasına imkan verən üç təməl elementin bir-biri ilə uzlaşdırılmasından danışıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış edərək ÜST-ün Azərbaycan Respublikasındakı hazırkı fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan  səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb. Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin, ARPDİA-nın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib. Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini bildirib. Sonda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirin moderatorluğunu ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Ramin Həbibzadə edib. Həmçinin, sonda Forum iştirakçılarının suallarını cavablandırılıb.


2018-11-02

Ətraflı >

"ÇƏTİR” proqramının açılış mərasimi

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkə üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tələbə klublarının şəbəkələşməsi və vahid çətir altında birləşdirilməsini hədəfləyən "ÇƏTİR” proqramının açılış mərasimindən olan görüntüləri diqqətinizə çatdırırıq! #AzGF #ATGTİ #ÇƏTİR #MAG


2021-10-24

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb


2020-02-16

Ətraflı >

“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri ölkənin ən innovativ banklarından olan Unibanka olmuşdur. Səfər zamanı tələbələr bankın rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, öz suallarını birbaşa məsul şəxslərə ünvanlamaq imkanı qazanmışlar. Çay fasiləsindən sonra isə tələbə gənclər müxtəlif şöbələri gəzərək oradakı iş prosesi ilə yaxından tanış olmuşlar. Sonda iştirak edən tələbələrə bank tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Əgər siz də bu kimi imkanlardan yararlanmaq isyəyirsinizsə, bizi izləmədə qalın! #AzGF #ATGTİ #ASYOU #Unibank #TeaTalks


2021-11-06

Ətraflı >

Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ATGTİ-nin ...

  Ekskursiya zamanı TGT sədr və müavinləri Heydər Əliyevin həyat və yaradıcılığını öyrənmək məqsədilə müxtəlif istiqamətdə söhbətlər aparıb. Onlar ilk öncə H.Əliyevin katiblik və prezidentlik dövrünü əhatə edən videoçarxı izləyib. Daha sonra TGT nümayəndələri Heydər Əliyevə aid fotolarla tanış olub və onlara fotoların aid olduğu tədbirlərdəki H.Əliyevin çıxışları, nitqləri haqqında ətraflı məlumat verilib. Sonda ekskursiya iştirakçıları Bakı Gənclər Mərkəzinin önündəki Heydər Əliyevin heykəli qarşısında birgə xatirə şəkli çəkdirib.    


2019-05-09

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 3-cü günü başa çatıb


2020-02-13

Ətraflı >

ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq ali və orta ixtisas təhsil mü ...

ATGTİ-nin təşəbbüsü, TGT-lərin təşkilatçılığı  ilə Azərbaycanda ilk dəfə olaraq 70-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrində universitetə yeni daxil olmuş tələbələr üçün kütləvi məlumatlandırma günləri keçirilib. Müxtəlif regionlarda 13-27 sentyabr tarixlərində  keçirilən məlumatlandırma günlərində 3000-dən çox tələbə ali təhsil alacaqları müəssisə, onun tələbə-müəllim heyəti, tələbə təşkilatları, tədris sistemi ilə yaxından tanış olublar. Məlumat üçün bildirək ki, dünyanın bir çox təhsil ocaqlarında ənənəvi olaraq keçirilən məlumat xarakterli görüşlər Azərbaycanda ilk dəfə olaraq bu qədər tələbə kütləsini əhatə etməklə 3000-dən çox tələbənin təhsil alacağı müəssisə haqqında ətraflı məlumat almasına səbəb olub. Onu da qeyd edək ki, Azərbaycanda keçirilən məlumatlandırma günləri ərzində bir çox təhsil ocağlarında hətta  tələbələrin əylənməsi və səmimi mühitə alışması üçün müxtəlif formatlı idman yarışları keçirilib, rəqs təşkil edilib və bəzi fəal tələbələr mükafatlandırılıb.          


2019-10-11

Ətraflı >

ATGTİ Avropa Gənclər Kartı Assosiasiyasının XXXIV konfransında təmsil olunub

https://azertag.az/xeber/1172015 http://salamnews.org/az/news/read/314741 http://palitranews.az/news.php?id=87051 http://azpress.az/index.php?lang=az&sectionid=news&id=81274 https://youthportal.az/az/news_details/7623


2018-06-13

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 6-cı günü başa çatıb


2020-02-19

Ətraflı >