ПРОЕКТЫ
ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub
22 fevral 2020-ci il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin yanvar ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1. “Könüllülər ili” çərçivəsində TGT fəalları ilə görüş; 2. 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri; 3. 20 Yanvar - Şəhidlər Xiyabanını ziyarət; 4. Azərbaycan Tələbə Kartının tanıtım videolarının çəkilməsi; 5. İntellektual klubların II Gənclər kuboku; 6. XII Liderlik Məktəbi; 7. ATV KVN Liqasının 8/1 final mərhələsi; Həmçinin, iclas çərçivəsində aşağıdakı mövzular müzakirə olunub: 1. Tələbə Gənclər Təşkilatları üçün ayrılan Resurs Mərkəzi; 2. Klubların fəaliyyətininn təkminləşdirilməsi, onların işinin vacibliyi; 3. İttifaqa TGT-lərdə təcrübəçilərin cəlb edilməsi; İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.
Подробнее >
Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Ramin Həbibzadə, həmçinin, ADU-nun professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər. Konfrans zamanı ATGTİ-nin Baş katibi Ramin Həbibzadə çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq ADU TGT-nin yeni sədri Tərcümə fakültəsinin tələbəsi Əzizova Məhsəti çıxış edərək fəaliyyət planı haqqında qısa məlumat verib. O, tələbələrin problem və qayğıları ilə yaxından maraqlanacağını və həlli istiqamətində çalışacağını bildirib.
Подробнее >
“Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
Bakı Konqres Mərkəzində keçirilən forumun birinci panelində Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları çıxış ediblər. İkinci paneldə isə gənclər təşkilatlarının nümayəndələri, ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov da çıxış edib. İlk öncə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə VIII Forumun keçirilməsindən məmnunluğunu bildirib. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı barədə də məlumat verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə keçirilən və 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətini xüsusi vurğulayıb. Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanda gənclər siyasətindən danışıb. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirak etdiklərini vurğulayan komitə sədri deyib ki, gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ edirlər. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında ölkədə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıblar. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. Bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, “Xətdə”, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycan dövləti gənclərimizin fəaliyyətindən, onların inkişafı üçün hər cür şərait yaradıldığından, bu şəraitin nəticəsində bu gün Azərbaycan gəncliyi istənilən sahədə öz sözünü deməyə qadir qüvvəyə çevrildiyindən danışıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxış edərək cari ilin statistikasından, ATGTİ-nin bu illərdə keçirtdiyi layihələrdən, Azərbaycan Tələbə Kartından və onun təklif etdiyi endirimlərdən danışıb.
Подробнее >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair son iclası ilə bağlı bəyanatı
Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.
Подробнее >
“XII Liderlik Məktəbi”nin 2-ci günü uğurla baş tutub
Подробнее >
“Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilib
27 İyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri - Məryəm Məcidova, CAVAN Gənclər Hərəkatının icraçı direktorunun müavini - Murad Ağabəyli və İrəli İctimai Birliyinin Baş Katibi - Fatimə Məsimlinin iştirakı ilə “Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilmişdir.Görüş zamanı gənclər təşkilatlarının fəaliyyəti çərçivəsində tələbələr üçün mövcud imkanlar, həyata keçirilən layihələr, təşkilatlara qoşulma və iştirak qaydaları kimi mövzular əhatə olunmuş, gənclər təşkilatlarının rəhbərləri tərəfindən tələbələrin sualları cavablandırılmışdır. Ümumilikdə vebinarda 200ə yaxın gənc iştirak etmişdir. #ATGTI #ASYOU #BizBirlikdəGüclüyük
Подробнее >
ATGTİ TV-də Youtube vakansiyası üzrə qeydiyyat elan edilir.
Özünə inamın və kreativ ideyaların varsa bizə qoşul. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Youtube vakansiyası üzrə könüllü qəbuluna başlanıldı. Qeydiyyatdan keçərək Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan ATGTİ-də fəaliyyət göstərmə fürsətini əldə et. Son müraciət tarixi: 16.12.2018 Qeyd edək ki, ATGTİ daxilində fəaliyyət könüllü əsaslarla həyata keçirilir.
Подробнее >
Azərbaycan Dillər Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçirilib.
Təqdimatda ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova və Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva iştirak edib. İlk öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ATGTİ-nin fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edib. Tələbələrin sosial aktivliyinin əhəmiyyətini vurğulayan Hüseyn Babayev bildirib ki, təhsillə yanaşı gənclər müxtəlif layihələrdə iştirak edərək, könüllülük proqramlarına qoşularaq karyeralarında ilk addımlarını ata bilərlər. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva çıxış edərək kartın gənclərə yaratdığı endirim fürsətləri ilə bağlı məlumat verib. Kartın əldə edilməsi haqqında tələbələri təlimatlandıran Xanım Paşayeva, bununla yanaşı mobil tətbiqetməni istifadə etmənin üstünlüklərindən də söz açdı. Həmçinin, Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Etibaroğlu tələbələri salamlayıb və TGT haqqında ətraflı məlumat verib. Daha sonra təşkilatın sədri Günay Səmədova çıxış edərək ADU TGT-nin tarixindən, tələbəlik illərini səmərəli keçirməkdə TGT-nin rolundan bəhs edib. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının icraçı direktoru Lamiyə Əhmədzadə çıxış edərək TGT-nin strukturundan, departamentlərdən və onların fəaliyyətləri dövründə keçirtdikləri tədbirlərdən danışıb. Təqdimat TGT-nin keçirtdiyi tədbirlərdən olan video-roliklərin nümayişi ilə davam etdirilib.
Подробнее >
“İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Milli Konservatoriyasının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “İstedadlı Gənclərin Estrada-Vokal Müsabiqə”si keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra isə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edib. O, belə tədbirlərin keçirilməsini və gənclərin belə layihələrdə iştirakını təqdirə layiq hesab etdiyini bildirib. Gənclərə bu tip layihələrdə fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev yaradıcılığla bağlı layihələrin mədəni zövqün formalaşması üçün önəmli olduğunu qeyd edib. O, iştirakçılara uğurlar arzulayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov müsabiqənin maraqlı olacağına inamını bildirib. Ölkəmizdə gənclərin inkişafı üçün çoxlu imkanlar olduğunu bildirən Şahin İsmayılov, gənclərə uğurlar arzulayıb. Daha sonra iştirakçılar seçdikləri mahnıları ilə çıxış ediblər. Sonda isə münsiflər onların çıxışlarını dəyərləndirib, müvafiq yerlər üzrə qalibləri müəyyənləşdiriblər.
Подробнее >
Gürcüstanda beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib.
7-13 noyabr tarixlərində Gürcüstanın Laqodexi şəhərində Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib. Beynəlxalq təlimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Ramin Həbibzadə iştirak edib. Gənclər üçün keçirilən bu layihədə Azərbaycan tərəfindən tərəfdaş olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi nümayəndələri qatılıb. Onlar tədbirdə iştirak edənləri öz fəaliyyətləri ilə tanış edib. Layihədə Avropa İttifaqına həm üzv, həm də qeyri-üzv olan 8 ölkədən 24 gənc iştirak edib. Təlim kursunda iştirakçılara Erasmus + proqramı haqqında geniş məlumat verilib və onların suallarına cavab verilib. Qeyd edək ki, layihənin ikinci hissəsi aprel ayında Macarıstanın Budapeşt şəhərində baş tutacaqdır.
Подробнее >
Panel görüşü
1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri
Подробнее >
ATGTİ Avropa Gənclər Kartı Assosiasiyasının XXXIV konfransında təmsil olunub
https://azertag.az/xeber/1172015 http://salamnews.org/az/news/read/314741 http://palitranews.az/news.php?id=87051 http://azpress.az/index.php?lang=az§ionid=news&id=81274 https://youthportal.az/az/news_details/7623
Подробнее >
"Gəl, ey səhər" Tələbə Mahnı Müsabiqəsi keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə "Gəl, ey səhər" Tələbə Mahnı Müsabiqəsi keçirilib. İki turdan ibarət olan layihənin seçmə mərhələləri Bakı Avrasiya Universiteti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyasında keçirilib. Layihənin əsas məqsədi bacarığı olan lakin o ixtisas üzrə təhsil almayan tələbələrin istedadının üzə çıxarılması, onların bacarığlarını kəşf etməkdən ibarətdir. Seçmələr nəticəsində 18 tələbə final mərhələsində çıxış etmə hüququnu qazanıb. Müsabiqənin final mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. İştirakçıların çıxışlarından əvvəl tanıtım videoçarxları nümayiş edilib. Daha sonra iştirakçıların musiqiləri dinlənilib. Münsiflərin qiymətləndirmə nəticəsində qalib Minayə Hüseynova seçilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib. #AzGF #ATGTİ #GəleysəhərTələbəMahnıMüsabiqəsi
Подробнее >
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Bəyanatı
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının BƏYANATI Bu gün Azərbaycan tarixinin ən faciəvi günlərindən biri – Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik törədilmişdir. 3 minə yaxın əhalisi olan şəhər mühasirəyə alınaraq ağır artilleriya silahları və tanklardan saatlarla atəşə tutulduqdan sonra dinc əhaliyə qarşı qətliam törədilmişdir. Cəmi bir neçə saatın içərisində sırf milli mənsubiyyətinə görə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini ağlasığmaz amansızlıqla qətlə yetirilmiş, 500-ə yaxın insan, o cümlədən 76 uşaq isə ağır yaralanmışdır. Həmin gecə sağ qalan 1275 nəfər girov götürülərək dəhşətli işgəncələrə məruz qalmışdır. 68 qadın və 26 uşaq daxil olmaqla 150 əsirin taleyi hələ də məlum deyil. Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət siyasətidir. 90-cı illərin əvvəlində Ermənistanın hərbi təcavüzü ilə başlayan müharibənin gedişatında və sonrakı 26 il ərzində atəşkəs dövründə olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində vüsət alan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı cinayətlər davam etmişdir. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən yaşayış məntəqələrinin, xüsusilə də Gəncə və Bərdə kimi şəhərlərin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 93 nəfər mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmışdır. Biz, ətrafında on minlərlə gənci birləşdirən Gənclər Təşkilatları olaraq, 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edirik: - XX əsrin sonunda dünyanın gözü qarşısında ən ağır beynəlxalq cinayət törədənlərin bugün Ermənistanda qəhrəmanlaşdırılması və cəzasız mühitdə yaşaması qəbuledilməzdir! Xocalı şəhərində yüzlərlə dinc sakinin amansız qətliamının təşkilatçıları və icraçıları olan və bunu dəfələrlə öz müsahibələrində, çıxışlarında heç bir vicdan əzabı çəkmədən etiraf edən Robert Koçaryan, Seyran Ohanyan, Serj Sarqsyan, Zori Balayan, Vitali Balasanyan və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar! - Bütün beynəlxalq təşkilatları, həmçinin bütün ölkələrin parlamentlərini Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməyə və gələcəkdə belə hadisələrin bir daha təkrar olunmaması naminə insanlıq əleyhinə yönəlmiş bu cinayəti qətiyyətlə pisləməyə səsləyirik! - Ermənistan hökumətindən Xocalıda törədilən soyqırımına görə rəsmi şəkildə üzr istəməsini və bu cür cinayətləri bir daha törətməyəcəyi ilə bağlı dövlət səviyyəsində zəmanət verməsini tələb edirik! Artıq münaqişə tarixdə qalmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir. İndi 30 ildir ki, bu münaqişədən əziyyət çəkən regionumuzda sülhün və təhlükəsizliyin bərqərar edilməsi vaxtıdır. Lakin sülhün, erməni və Azərbaycan xalqlarının birgəyaşayışın təmin edilməsi üçün ədalət öz yerini tapmalı, müharibə cinayətkarları, o cümlədən Xocalı qatilləri məsuliyyətə cəlb edilməlidir. Ədalət sülhün təməl daşıdır! Regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olması, Xocalı soyqırımı qurbanlarının dəstəklənməsi, cinayətkarların beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb olunması naminə milliyətindən, dinindən, cinsindən və yaşından asılı olmayaraq bəşəri dəyərlər və humanizm prinsiplərinə sadiq olan hər kəsi - dünya liderlərini, ictimai aktivistləri, jurnalistləri, bloqerləri, idmançıları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini əsirgəməməyə, soyqırımı qurbanları ilə həmrəylik nümayiş etdirməyə çağırırıq! Azərbaycan Respublikası Gənclər Təşkilatları
Подробнее >
“XII Liderlik Məktəbi”nin 4-cü günü başa çatıb
Подробнее >