• Bizi izləyin:
AZ | RU | EN

"MÜƏLLİMLƏR ARASINDA İXTİSAS OLİMPİADASI"- NA START VERİLDİ!

21.11.2019, 13:09 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, YAP-ın Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin və “LİBRA” kitab evinin baş spsoroluğu ilə respublikada ilk dəfə keçiriləcək “Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir. 

Pedaqoji ixtisas üzrə təhsil alan III və IV kurs tələbələri, hazırda daimi və müqavilə işləyən müəllimlər, pedaoji ixtisas olub işləməyən bütün şəxslər burada iştirak edə bilər. Olimpiadanın məqsədi  bu yöndə təhsil alan III və IV kurs tələbələrinə, hazırda fəaliyyət göstərən 29 yaşadək işləyən müəllimlərin stimullaşdırlmasına, onların gələcək nəsillərə ötürüləcək ali peşəyə olan marağın daha da yüksəldilməsinə, gənclərin asudə vaxtının intellekt yönündə yüksəldilməsinə, sağlam gəncliyə dəstək olmaqdan ibarətdir.

Olimpiada iki mərhələdə keçiriləcək. Respublikamızı əhatə edəcək layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhələrində 1 olimpiada məntəqəsində öz biliklərini sınayacaqlar. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə BAKU ELEKTRONİKS-dən noutbuklar, smartfonlar, planşetlər, ən yüksək nəticə göstərən şəxsə isə İtaliyaya iki nəfərlik səyahət bileti, İydə parfurmeriyadan brend ətirlər, Nəşriyyatlarımızdan qiymətli kitablar, Nizami kino Mərkəzindən 30 nəfərə ən baxımlı filmlərə biletlər, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə Şam yeməyi hədiyyə olunacaq. Digər sponsorlardan isə endirim kuponları və digər hədiyyələr qazanacaqlar.

Layihədən qeydiyyatdan aşağıdakı linkdən istifadə edə bilərsiniz.

https://bit.ly/2o71nmy

SƏN DƏ İXTİSAS OLMPİADASINA QOŞUL, BİLİYİNİ HAMIYA SÜBÜT ET!!!

Ətraflı məlumat üçün:

📱 +994774970081
📱+994518618346
📱+994553338353

✉ info@taim.az

📍 Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6