• Bizi izləyin:
AZ | RU | EN

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq TGT-lərdə silsiləvi tədbirlər keçirilib

13.12.2019, 15:00 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq TGT-lərdə silsiləvi tədbirlər keçirilib!

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il ötür. Xalqımız dahi rəhbərin xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Elə bu münasibətlə də onlarla TGT-də Heydər Əliyev anılıb və silsiləvi tədbirlər, yarışlar, təmizlik aksiyaları keçirilib.
 
Məlumat üçün bildirək ki, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tələbələr arası dama yarışı keçirilib. Yarışda 30-dan çox tələbə iştirak edib.
 
Bununla yanaşı, bir çox TGT-lər Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fakültələr arası intellektual yarışlar keçirib. 
 
Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.Tədbir Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılovun və tələbələrin H.Əliyevlə bağlı maraqlı çıxışları ilə yadda qalıb.
 
Heydər Əliyevin anım günü ilə bağlı bir çox təhsil müəssisələrində Heydər Əliyev büstünün qarşısına güllər qoyulub sonra, əl işlərindən ibarət rəsm sərgiləri keçirilib.
 
Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı və Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Fidan Camalzadənin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan məruzələri dinlənilib. Çıxışlarda ölkəmizin inkişafında qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib, ulu öndərin tarixdəki müstəsna rolundan bəhs edilib. Daha sonra tələbələrin ifasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şeir və mahnılar səsləndirilib.
 
Bir çox TGT-lər isə təhsil müəssisələrinin yerləşdiyi rayonlardakı H.Əliyev mərkəzlərini ziyarət edib, ulu öndərin həyat yolu ilə tanış olublar.