• Bizi izləyin:
AZ | RU | EN

Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!

16.12.2019, 16:23 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub.

İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib.

İclasda aşağıdakı tədbirlər haqqında danışılıb:

  1. Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu
  2. Bayraqdar intellektual oyunu
  3. Bayraq Günü fləşmobu
  4. Azərbaycan – UELS futbol yarışı
  5. “Youth Speak” Forum
  6. Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti

 

Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb.

Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.