• Bizi izləyin:
AZ | RU | EN

"Bakı - 2019" Tələbələrin Bilik Olimpiadasına start verilir!

19.12.2019, 15:11 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Əziz tələbələr,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, ATGTİ-nin təşkilatçılığı ilə "Bakı - 2019" Tələbələrin Bilik Olimpiadasına start verilir!

Olimpiada 7 istiqamət üzrə təşkil ediləcək. İstiqamətlərə müvafiq olaraq İngilis dili, Tarix, Coğrafiya, Fizika, İlkin tibbi yardım, Psixologiya və Ədəbiyyat aiddir. Hər istiqamət üzrə təşkil ediləcək olimpiadada 100 nəfər iştirak edəcək və ilk üç yerin qalibi diplomla mükafatlandırılacaq. Hər bir sahə 50 sualdan ibarət olacaq.

Əgər biliyinizə güvənirsinizsə, qeydiyyatdan keçin və müsabiqəyə qoşulun.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1hL7adv11AOHc5kwDs4Mx8fhjpFiIn70BakLFofAfRrM/edit?ts=5dfa2765

Qeyd: Olimpiadanın keçiriləcəyi məkan və tarix barədə əvvəlcədən iştirakçılara məlumat veriləcək.