• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin katiblik üzvü "Dünya Gənclər Forumu"nda iştirak edib

12.12.2019, 13:16 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Misir Ərəb Respublikasının Şarm-El-Şeyx  şəhərində Dünya Gənclər Forumu keçirilib. Forumda Azəbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib.

Qeyd edək ki, Dünya Gənclər Forumu perspektivli gənclərin qurduğu bir platformadır. Bütün dünyaya sülh, firavanlıq, harmoniya və tərəqqi mesajı göndərir. 

Dünya Gənclər Forumu, müzakirələri üç yola açır: 

  1. Sülh;
  2. İnkişaf;
  3. Yaradıcılıq.

Bu istiqamətlərin timsalında beynəlxalq gəncləri maraqlandıran müxtəlif mövzular müzakirə olunur, iclaslarda fikirlərini ifadə etmək, təqdim etmək və təcrübələrini bölüşmək üçün gənclərə bir platforma yaradılır.