• Bizi izləyin:
AZ | RU | EN

“Müəllimlər arasında ixtisas olimpiadası”nın Final mərhələsi başa çatdı.

27.01.2020, 14:45 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”nın Final mərhələsi başa çatıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutan mərhələdə 9 ixtisas üzrə 354 finalçı iştirak edib.

Finalçılar 150 dəqiqə ərzində  5 sual cavablandırıblar. Suallar 4-ü ixtisas, 1-i metodikadan olmaqla yazılı tipli olub. Qeyd edək ki, qaliblər fevralın 5-də baş tutacaq mükafatalandırma mərasimində elan ediləcək.

“Sən də ixtisas olimpiadasına qoşul, biliyini hamıya sübut et!” şüarı ilə keçirilən olimpiadanın qalibləri sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə təltif olunacaqlar.