• Bizi izləyin:
AZ | RU | EN

ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub

29.02.2020, 22:01 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

22 fevral 2020-ci il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub.

İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin yanvar ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib.

İclasda aşağıdakı tədbirlər haqqında danışılıb:

  1. “Könüllülər ili” çərçivəsində TGT fəalları ilə görüş;
  2. 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri;
  3. 20 Yanvar - Şəhidlər Xiyabanını ziyarət;
  4. Azərbaycan Tələbə Kartının tanıtım videolarının çəkilməsi;
  5. İntellektual klubların II Gənclər kuboku;
  6. XII Liderlik Məktəbi;
  7. ATV KVN Liqasının 8/1 final mərhələsi;

Həmçinin, iclas çərçivəsində aşağıdakı mövzular müzakirə olunub:                                                                                                

  1. Tələbə Gənclər Təşkilatları üçün ayrılan Resurs Mərkəzi;
  2. Klubların fəaliyyətininn təkminləşdirilməsi, onların işinin vacibliyi;
  3. İttifaqa TGT-lərdə təcrübəçilərin cəlb edilməsi;

İclasda Bakı şəhəri üzrə 40-dan çox TGT sədri iştirak edib.