• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

06.03.2020, 11:10 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının Gənclərlə İş üzrə məsul şəxsi Zaur Məmmədov, DİA TGT-nin klub sədrləri və tələbələr iştirak edib.

Konfrans zamanı Zaur Məmmədov çıxış edərək tələbələrin hüquqlarının müdafiəsi, sosial-ictimai fəaliyyətinin təşkilində TGT-nin xüsusi əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Sitarə Cavadova çıxışı zamanı tələbələrə TGT-nin fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib.

İclasın gündəliyinə uyğun olaraq DİA TGT-nin keçmiş idarə heyətinin üzvü Aysel Cəfərova fəaliyyəti ərzində görülən işlər, keçirilən tədbirlər barədə hesabatla çıxış edib.

Daha sonra DİA TGT-nin yeni sədri, İnzibati İdarəetmə fakültəsinin tələbəsi Murad Həsənxanlı çıxış edərək, ona göstərilən etimadı doğruldacağını qeyd edərək görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib.