• Bizi izləyin:
AZ | RU | EN

"Poliqon" Strateji İntellekt Oyunu üzrə III Universiadaya yekun qoyulub

10.03.2020, 16:08 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,  Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Poliqon Dostlar Klubu və Region Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə Poliqon Strateji İntellekt Oyunu üzrə III Universiadanın final mərhələsi keçirilib.

Tədbirdə ATGTİ-nin Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. O, tələbələri salamlayaraq müsabiqədə uğurlar arzuladığını bildirib.

Final mərhələsində müxtəlif təhsil müəssisələrindən olan 18 komanda iştirak edib. 

Yarışın nəticələrinə uyğun olaraq 

610 bal toplamış “GentleMans” yığma komandası 1-ci;

565 bal ilə “Queentett” yığma komandası 2-ci;

540 bal toplayaraq “Naxçıvanın Diplomat” komandası 3-cü yerə layiq görülüb.

Yarışın sonunda iştirakçılar təltif edilib.