• Bizi izləyin:
AZ | RU | EN

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib

27.03.2020, 22:05 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının da iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən alınan bütün zəruri qərarlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkatları və gənclər təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib.

Belə ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi və “Gənc Könüllülər” Hərəkatının təmsilçiləri  könüllü təşkilatlarının koronavirusla (COVID-19) mübarizədə rolunu vacib tutublar.

Onlar ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı təcrid addımlarını yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu pandemiya ilə mübarizədə gənclərin də iştirakına zəmin yaradırlar.

Qeyd edək ki, müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir. 

Bu istiqamətdə ATGTİ tələbələrin və gənclərin bu pandemiya ilə mübarizədə lazımi məlumatlara yiyələnmələri və karantin müddətində təhsildən geri qalmamaları istiqamətində zəruri irimiqyaslı təbdirlər həyata keçirir. Tədbirlərin səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranıb. 

Yeni yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin prioritet vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün gənclər təşkilatları və könüllü hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə ilk növbədə təşkilatlararası iş bölgüsünün müəyyən edilməsi, könüllülərin iştirakı ilə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsidir. Bu istiqamətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı müxtəlif kommunikasiya vasitələri və məhsullarının (sosial çarxlar) köməyi ilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi həyata keçiriləcək.