• Bizi izləyin:
AZ | RU | EN

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib

25.05.2020, 21:31 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

23 may 2020 il tarixində Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda  keçirilən video iclasın davamı olaraq, həmçinin imtahan sessiyasının yeni şəraitdə və təhsil müəssisələrinin fərdi yanaşmasını nəzərə alaraq ,25 may 2020 il tarixində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin bir qrup Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə  video iclas keçirilib. 

İclasda tələbələri maraqlandıran suallar, iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün sorğuların tərtibi və təşkili, TGT-in onlayn patformaya inteqrasiyası, planlaşdırılan layihələrin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Tələbə gənclər təşkilatları onlayn fəaliyyət üzrə təcrübələri ilə paylaşıb, aparılan işlər haqqında məlumat veriblər.Növbəti ay ərzində baş tutacaq layihələr, görüşlər müzakirə olunub, daha sonra görüş TGT sədrlərinin sual və təklifləri ilə davam edib.Həmçinin, kiçik formatda iclasların effektivliyini nəzərə alaraq görüşlərin davamlı olacağı bilidirilib.