• Bizi izləyin:
AZ | RU | EN

Avropa Gənclər Kartı Assosiasiyasının regional iclası keçirilib.

27.05.2020, 12:09 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

26 may 2020 il tarixində Avropa Gənclər Kartı Assosiasiyasının (European Youth Card Association, eyca.org) regional iclası keçirilmişdir.

İclasda Avropa Gənclər Kartı Assosiasiyasının icraçı direktoru, Azərbaycan, Bolqarıstan, Çexiya, Rumıniya, Polşa, Gürcüstan üzrə üzv təşkilatların rəhbərləri iştirak ediblər.
Görüş zamanı Avropa Gənclər Kartı Assosiasiyasının növbəti 5 il üçün strateji planının hazırlanması və ölkələr üzrə həyata keçirilən fəaliyyətlər müzakirə edilmişdir. Onlayn formatda keçirilən iclasda ATGTİ-nin sədri Faiq Məmmədov iştirak edərək Azərbaycan Tələbə Kartının fəaliyyəti haqqında məlumat vermişdir.