• Bizi izləyin:
AZ | RU | EN

"Qoşa Saat" layihəsi çərçivəsində "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda vebinar keçirilib

12.06.2020, 16:53 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

12 iyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə "Qoşa Saat" layihəsi çərçivəsində vebinar keçirilib.

Vebinarda Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri Murad Qurbanov "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında vebinar iştirakçılarına məlumat vermişdir.

Görüşdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, İnstagram sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkəmizdə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılmışdır. Həmçinin iştirakçılara kompüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər və onlardan qaçmaqçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etməkləri məsləhət görülmüşdür.

Qeyd edək ki, görüşdə 100-ə yaxın gənc iştirak edib.