• Bizi izləyin:
AZ | RU | EN

“Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilib

27.06.2020, 17:06 Şrifti kiçilt Şrifti böyüt Çap et Sürətli keçid

27 İyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri - Məryəm Məcidova, CAVAN Gənclər Hərəkatının icraçı direktorunun müavini - Murad Ağabəyli və İrəli İctimai Birliyinin Baş Katibi - Fatimə Məsimlinin iştirakı ilə “Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilmişdir.

Görüş zamanı gənclər təşkilatlarının fəaliyyəti çərçivəsində tələbələr üçün mövcud imkanlar, həyata keçirilən layihələr, təşkilatlara qoşulma və iştirak qaydaları kimi mövzular əhatə olunmuş, gənclər təşkilatlarının rəhbərləri tərəfindən tələbələrin sualları cavablandırılmışdır.

Ümumilikdə vebinarda 200ə yaxın gənc iştirak etmişdir.

 

#ATGTI #ASYOU #BizBirlikdəGüclüyük