Bizi İzləyin :

TƏDBİRLƏR

“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb


2020-02-16

Ətraflı >

Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə növbəti iclası keçirilib

  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə keçirilən idarə heyətinin növbəti iclasında iştirak edib. İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir. Qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin  üzvüdür. Bununla yanaşı, Faiq Məmmədov səfər çərçivəsində Avropa Parlamentində  Beynəlxalq Multilingualism gününə həsr olunmuş tədbirdə iştirak edib.  


2018-10-05

Ətraflı >

ATGTİ-nin təşkilatçılığı ilə MDU rektoru Şahin Bayramovla görüş keçirilmişdir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər çərçivəsində “Distant ali təhsil: çağırışlar və imkanlar” mövzusunda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə görüş baş tutmuşdur. Görüş xüsusilə pandemiyadan sonra bütün dünyanın reallığına çevrilən distant təhsilin müzakirəsinə həsr olunmuşdu. ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə baş tutan tədbirdə, təhsil müəssisələrinin distant təhsilə olan hazırlıq səviyyəsi, onun yaratdığı çətinlik və imkanlar kimi aktual məsələlərə toxunuldu. Tələbələrin mövcud şəraitdəki prosesə uyğunlaşa bilmələri üçün universitetlərin fərqli idarəetmə metodları tətbiq etməyə məcbur olduğu və bu yolda sosial şəbəkələrin rolunun nəzərəçarpacaq dərəcədə artdığı qeyd olundu. Qeyd etmək lazımdır ki, görüşdə pandemiya şəraitində tələbələrin sosial və professional inkişafı üçün lazım olan məsələlərin müzakirəsi əsas diqqət çəkən məqamlardan biri olmuşdu. Belə ki, Şahin Bayramovun dediyinə görə pandemiya dönəmində tələbələri bir çox təşkilatlara təcrübəyə göndərmək universitetlər qarşısında duran ən böyük çətinliklərdən biri idi.  Sonda isə Şahin bəy Azərbaycanda distant təhsilin gələcək perspektivlərinə fokuslanaraq, pandemiyadan sonrakı təhsil sistemində ola biləcək dəyişikliklər barəsində tələbələrlə öz fikirlərini bölüşdü. İttifaqın sədri tərəfindən Mingəçevir Dövlət Universitetinin rektoruna ünvanlanan suallar ətrafında qurulmuş müzakirə tələbələrin böyük marağına səbəb oldu və canlı yayımlanan tədbir 300 dən çox tələbə tərəfindən eyni anda izlənildi. Qeyd etmək istərdik ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər tələbələri maraqlandıran məsələləri müzakirə etməyə yönlənmişdir. Bundan öncəki həftə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun iştirakı ilə maraqlı görüş baş tutmuşdu.


2021-03-01

Ətraflı >

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "DAUN Sindromlu İnsanlara 1 gün...

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təşkilatın nəzdində "Nəfəs Xeyriyyə Birliyi" fəaliyyətə başlayıb. Birlik ilk layihə kimi "DAUN Sindromlu İnsanlara 1 gününü həsr et" adlı kampaniyaya start verib. Layihəyə əsasən TGT fəalları "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən DAUN Sindiromlu uşaqların Reabilitasiya Mərkəzində olublar. Onlar daun sindromlu uşaqlara əyləncəli oyunlar təşkil edib, birlikdə rəqs nümunələri nümayiş etdiriblər. BAAU TGT fəalları qayğı və diqqətə ehtiyacı olan uşaqlara təbəssüm bəxş etmək və onları daim diqqətdə saxlamaq məqsədilə bu kimi ziyarətlərin təşkilində estafeti adları çəkilən universitetlərə ötürüb: 1.Azərbaycan Dillər Universiteti 2.Azərbaycan Dövlət İqtisad Universiteti 3.Azərbaycan Dövlət Pedaqoji Universiteti BAAU TGT nəzdində əsası qoyulan birliyin devizi: "Onlar fərqli deyil, onları fərqli edən bizlərik!" #Fərqqoyma#DAUN#Sindiromlu#İnsanlara#1#gününü#həsr#et.  #BAAUTGT. Açar sözlər: #Fərqqoyma #DAUN #Sindiromlu #İnsanlara #1 #gününü #həsr #et #BAAUTGT      


2019-05-10

Ətraflı >

“XII Liderlik Məktəbi”nin 6-cı günü başa çatıb


2020-02-19

Ətraflı >

ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək

4 mart 15:00-da ADA Universitetində “Gender Role İnfluence on Women`s Education” mövsusunda açıq dərs keçiriləcək.   Açıq dərs Humanitar Elmlər və Sosiologiya üzrə Yrd.Dos.Dr.Umut Özkaleli tərəfindən keçiriləcək.   “ADA” Universitetinin Magistr Tələbə Hökuməti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı və təşkilatçılığı ilə keçirilən açıq dərsdə qadınların təhsildə rolundan, qadınların təhsil almasında gender faktorunun əhəmiyyətindən, eləcə də qadınların ümumilkdə cəmiyyətdəki proseslərə təsirindən bəhs edilməklə, gender amilinin önəmindən danışılacaq.   Qeyd:   *Açıq dərs mövzusunun işçi dili ingilis dilində olacaqdır.   *Gələrkən özünüzlə şəxsiyyət vəsiqəsini gətirməyi unutmayın.    Açıq dərsdə iştirak etmək istəyən tələbələr buradan qeydiyyatdan keçə bilər. 


2019-02-21

Ətraflı >

Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ATGTİ-nin təşkilatçılığı ilə...

  Ekskursiya zamanı TGT sədr və müavinləri Heydər Əliyevin həyat və yaradıcılığını öyrənmək məqsədilə müxtəlif istiqamətdə söhbətlər aparıb. Onlar ilk öncə H.Əliyevin katiblik və prezidentlik dövrünü əhatə edən videoçarxı izləyib. Daha sonra TGT nümayəndələri Heydər Əliyevə aid fotolarla tanış olub və onlara fotoların aid olduğu tədbirlərdəki H.Əliyevin çıxışları, nitqləri haqqında ətraflı məlumat verilib. Sonda ekskursiya iştirakçıları Bakı Gənclər Mərkəzinin önündəki Heydər Əliyevin heykəli qarşısında birgə xatirə şəkli çəkdirib.    


2019-05-09

Ətraflı >

“Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu...

  Bakı Konqres Mərkəzində keçirilən forumun birinci panelində Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları çıxış ediblər. İkinci paneldə isə gənclər təşkilatlarının nümayəndələri,  ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov da çıxış edib. İlk öncə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə VIII Forumun keçirilməsindən məmnunluğunu bildirib. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı barədə də məlumat verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə keçirilən və 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətini xüsusi vurğulayıb. Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanda gənclər siyasətindən danışıb. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirak etdiklərini vurğulayan komitə sədri deyib ki, gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ edirlər. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında ölkədə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıblar.   Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. Bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, “Xətdə”, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycan dövləti gənclərimizin fəaliyyətindən, onların inkişafı üçün hər cür şərait yaradıldığından, bu şəraitin nəticəsində bu gün Azərbaycan gəncliyi istənilən sahədə öz sözünü deməyə qadir qüvvəyə çevrildiyindən danışıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxış edərək cari ilin statistikasından, ATGTİ-nin bu illərdə keçirtdiyi layihələrdən, Azərbaycan Tələbə Kartından və onun təklif etdiyi endirimlərdən danışıb.      


2018-11-17

Ətraflı >

"Qoşa Saat" layihəsi çərçivəsində "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda vebinar keçirilib

12 iyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə "Qoşa Saat" layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarda Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri Murad Qurbanov "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında vebinar iştirakçılarına məlumat vermişdir. Görüşdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, İnstagram sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkəmizdə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılmışdır. Həmçinin iştirakçılara kompüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər və onlardan qaçmaqçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etməkləri məsləhət görülmüşdür. Qeyd edək ki, görüşdə 100-ə yaxın gənc iştirak edib.      


2020-06-12

Ətraflı >

"Səssiz qəhrəman" işarə dili təlimi baş tutub

Azərbaycan – Fransız Universitetində Xeyirxah Platformasının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə, işarə dili üzrə tanınmış təlimçi Nuranə Abıyevanın təqdimatında həyata keçirdiyi "Səssiz Qəhrəman" işarə dili təlimlərinin açılışı və ilk təlimi baş tutub. Xeyirxah Platformasından bildirilib ki, Platformanın rəhbəri Çingiz Səfərov gələcək planlardan söz açaraq Platforma tərəfindən ilk dəfə olaraq "Səssiz Qəhrəman" işarə dili forumunun keçiriləcəyini qeyd edib. Eyni zamanda eşitmə və danışma qüsuru olan insanlar üçün keçiriləcək forumların müxtəlif mövzuları əhatə etməklə ənənəvi şəkildə keçirilməsi planlaşdırılır. Daha sonra Nuranə Abıyevanın təqdimatında interaktiv təlim davam edib. O, qeyd edib ki, layihənin davamında iştirakçılarla birgə müxtəlif fləşmobların hazırlanması nəzərdə tutulub. Bundan başqa, xüsusi olaraq, layihə üçün hazırlanmış video dərsliklər mütəmadi şəkildə iştirakçılara və ictimaiyyətə sosial şəbəkələr üzərindən təqdim olunacaq.  


2018-12-18

Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görüşü keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib. Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib. Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər.  Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.        


2020-01-17

Ətraflı >

ATGTİ təşəkkürnamə ilə təltif edilib!

#könlümAzərbaycan Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”nin başa çatması ilə əlaqədar tədbir təşkil olunub. Öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx təqdim olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 1-9 dekabr tarixini əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “ Könüllülük Sərhəd Tanımır!”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib. Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif qurum və təşkilatlara təşəkkürnamələr təqdim olunub.    


2019-12-10

Ətraflı >