Bizi İzləyin :

"Könüllülər İli" çərçivəsində keçirilən XII "Liderlik Məktəbi" başa çatıb

Главная |

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (ARGİN) tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 10-16 ferval tarixində tələbələr üçün ənənəvi olaraq keçirilən “XII Liderlik Məktəbi” layihəsi baş tutub.

 Layihə Gəncə şəhərində yerləşən Ramada oteldə keçirilib. Açılış mərasimində Gənclər və İdman Narizliyinin nümayəndəsi Elnur Abdullayev və ATGTİ-nin baş katibi Ramin Həbibzadə çıxış edərək, layihədə iştirak hüququ qazanan tələbələri qazandıqları uğur münasibətilə təbrik ediblər.

Elnur Abdullayev bildirib ki, “Liderlik Məktəbi” layihəsi ATGTİ-nin təşkilatçılığı ilə 2010-cu ildən etibarən həyata keçirilən sayca  12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir və Mingəçevir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında təşkil olunub.

Ramin Həbibzadə çıxışı zamanı iştirakçıları ATGTİ-nin fəaliyyəti ilə yaxından tanış etdikdən sonra, komanda kapitanlarını və layihədə qonaq qismində iştirak edən təlimçiləri iştirakçılara təqdim edib. O, nitqinin sonunda bütün komandalara mübariz olmağı və sağlam rəqabət aparmağı tövsiyə edib.

“XII Liderlik Məktəbi”  layihəsində iştirak edən 120 tələbə 5 komandada  – “Gənclik”, “İnkişaf”, “Liderlik”, “Gələcək” və “Birlik” komandalarında bölünüb. Komandalar 10 fevral tarixində Bakıdan Gəncəyə yola düşüb,  elə həmin gündən də yarışmaya start verilib. “Könüllülər İli” çərçivəsində keçirilən layihənin əsas məqsədi tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirmək idi.

Tələbələrə peşəkarlar təlimçilər – Faiq Məmmədov tərəfindən “Könüllülük”, Fərrux Rəhimov tərəfindən “Layihələrin yazılması”, Babaxan Məlikli tərəfindən “Media”, Fəxrəddin Abdullayev tərəfindən  “Menecment Üsulları” və Fərid Məhərrəmli tərəfindən “Liderlik” mövzularında təlimlər keçilib.

Təlimlərlə yanaşı iştirakçılar ARGİN-in Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın iştirakı ilə “Media”, Cavan Gənclər Hərəkatının icraçı direktoru Murad Ağabəyli və Turizm Könüllüləri Təşkilatı İB-nin direktoru Hüseyn Məmmədovun iştirakı ilə “2020 Bizim İlimİZdir”, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İB-nin sədri Nurəddin Mehdiyevin iştirakı ilə “Qarabağ Azərbaycandır!”, ağırlıqqaldırma idman növü üzrə dünya çempionu Rüfət Ağayev və Paralimpia çempionu Ramil Qasımovun iştirakı ilə“İdman!” və Azərbaycan respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ARGİN-in Gənclər iş şöbəsinin müdiri İndira Hacıyevanın iştirakı ilə “Gənclər siyasəti” haqqında təşkil olunmuş panellərdə iştirak ediblər.

Bundan əlavə, layihə müddətində YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi, YAP-ın deputatlığa gənc lider-namizədi Müşfiq Cəfərov və Gəncə Dövlət Universitetinin Elm və texnika üzrə prorektoru Pərvin Kərimzadənin iştirakçılarla görüşü baş tutub.

İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olub, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdiriblər. Beləliklə, 6 günlük layihənin sonunda bütün komandalar qalib elan olunaraq iştirakçılar fərqlənmə diplomu ilə təltif olunublar.