Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə növbəti iclası keçirilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov Avropa Gənclər Kartı Assosiasiyasının Brüsseldə keçirilən idarə heyətinin növbəti iclasında iştirak edib.
İclasda kartın Avropa ərazisində istifadəsi ilə əlaqədar bir çox vacib məsələlər müzakirə olunub. Bildirək ki, hal-hazırda Avropa üzrə 7 milyona yaxın gənc kartdan istifadə edir. Kart Avropanın 36 ölkəsində, həmçinin Azərbaycanda fəaliyyət göstərir. 2012-ci ildən Azərbaycanda da fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı tələbələrə sosial güzəştlərin tətbiq edilməsi məqsədilə bir sıra güzəştlər təklif edir.
Qeyd edək ki, Faiq Məmmədov 2017-ci ildən etibarən Avropa Gənclər Kartı Assosiasiyasının 9 nəfərdən ibarət olan idarə heyətinin üzvüdür.
Bununla yanaşı, Faiq Məmmədov səfər çərçivəsində Avropa Parlamentində Beynəlxalq Multilingualism gününə həsr olunmuş tədbirdə iştirak edib.