Bizi İzləyin :

Azerbaijan Student Youth
Organizations' Union

“Azerbaijan Student Youth Organizations’ Union” was founded on 20 November 2009. The Union of Students and Youth Organization integrates 101 public and private high schools. Among this higher education institutions there are not only capital, but also regional universities The main purpose of Azerbaijan Student Youth Organizations’ Union is to help high schools with developing, support interests of student and their protection, also to provide their activity in the socio-political, cultural, social and economic life.

Read More

KATİBLİK

Read More

Statistics about ASYOU

Events that We are the Organizer

Events that We're Participated in

Count of Tasks Completed

0

Number of students involved

0

Number of events

0

Number of students involved

0

Number of events

0

Events that We Are The Organizer

Number of students involved

210000

Number of events

590

İştirak Etdiyimiz Tədbirlər

Number of students involved

160000

Number of events

547

Number of Tasks Completed

4000




EVENTS

Проводилась конференция на тему «Роли молодежных организаций в пропаганде национальных и духовных ценностей» По совместной организации государственного комитета по работе с религиозными организациями и Молодежного фонда была проведена конференция на тему «Роли молодежных организаций в пропаганде национальных и духовных ценностей». На конференции принял участие исполнительный директор Союза молодежных студенческих организаций Азербайджана Фаик Мамедов. Первым выступил председатель государственного Комитета по работе с религиозными организациями Мубариз Гурбанлы, отметив, что Азербайджан сохраняет наши национально-духовные ценности и особенности нашего народа, что эти ценности, которым придерживается народ Азербайджана, были основаны на созданных национальным лидером Гейдаром Алиевым принципах государственности, что ведутся важные работы по защите и пропаганде национально-духовных ценностей в Азербайджане и эти работы будут продолжаться. Затем выступил исполнительный директор Молодежного фонда Фарид Джафаров. Он отметил, что в корне всех конфликтов стоит неправильная пропаганда национально-духовных ценностей, что национальный лидер Гейдар Алиев провел важную политику в пропаганде и поощрении духовных ценностей, и что эта политика сегодня достойна продолжается президентом Ильхамом Алиевым. Советница отдела задач молодежной политики и спорта Президентской Администрации Азербайджанской Республики Айдан Керимли, затронула важность использования потенциала молодежи в пропаганде национально-духовных ценностей и призвала молодежные организации проявлять активность в этой области. Исполнительный директор СМСОА Фаик Мамедов отметил, что в нынешний период продолжается процесс глобализации на фоне национально-духовных ценностей, и в формировании азербайджанского народа его роль также велика. Он сообщил, что молодежные организации должны пропагандировать национально-духовные ценности посредством информационных и коммуникационных средств технологий, что быстрое развитие информационных технологий приведет к положительным изменениям и, что будет способствовать дальнейшему продвижению национально-духовных ценностей через социальные сети.  
Tarix: 2018-09-27



Daha Ətraflı

İlahiyyatçı qəzetində TGT sədri Nicat Hüseynovun Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu adlı məqaləsi dərc olunub Multikulturalizmin inkişafında Heydər Əliyevin rolu   Azərbaycanda daim multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerant mühit hökm sürüb. Ümumiyyətlə, dünyada özlərinə məxsus milli-mənəvi dəyərləri yaşadan və onu gözbəbəyi kimi qoruyub, gələcək nəsillərə ötürə bilən xalqlar ən yüksək hörmətə layiqdirlər. Azərbaycan müxtəlif dövrlərdə yadellilərin işğalçı yürüşlərinə məruz qalsa da, bu Vətənin övladları hər zaman öz dəyərlərini qorumağı bacarıblar. Azərbaycanın ikinci dəfə müstəqillik qazandığı ilk dönəmlərə nəzər saldığımız zaman multikultural dəyərlərə ümummilli lider Heydər Əliyev kimi xüsusi önəm verən dahi şəxsiyyətə rast gəlirik.   Bu görkəmli dövlət xadimi Azərbaycanda sabitliyin təmin olunması, həmrəyliyin qorunması ilə yanaşı, multikulturalizmin inkişafında və genişləndirilməsində, eləcə də sivilizasiyalararası dialoqun təşkil edilməsində, tolerant mühitin formalaşdırılmasında müstəsna xidmətlərə imza ataraq böyük töhfələr verib. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi də diqqətdən kənarda qalmayıb, mənəvi dəyərlər dünya səviyyəsində tanıtdırılıb. Ümummilli lider hesab edirdi ki, vətənə sədaqət nümayiş etdirmək, milli-mənəvi dəyərlərə sadiq olmaq hər bir vətəndaşın borcudur.   Ulu Öndər qədim tarixə malik olan mədəni irsimizin bütün azərbaycanlılar tərəfindən qorunması zəruriliyinin tərəfdarı olub. Azərbaycanın mədəniyyət və incəsənət sahəsi Heydər Əliyevin xüsusi diqqət və qayğısından əsla kənarda qalmayıb, həmçinin gənclərin vətənpərvər ruhda böyüməsindən ötrü onların milli-mənəvi dəyərlərimizi bilmələri və qorumalarının vacibliyini vurğulayıb.   Bildiyimiz kimi, ölkəmiz uzun müddət ərzində ateizm ideologiyasının əsaslarını rəhbər tutan totalitar rejim tərəfindən idarə edilib. Xalqımızı qədim tarixi bağlarla bağlı olduğu İslam dinindən ayrı salmağa çalışıblar. Müstəqillik əldə edildikdən sonra, xalqımız öz dini inanclarına qayıtmağa başladı. Sovet dövründə dinini, məzhəbini belə dilinə gətirməyənlər, yaxud qadağalara əməl etməyə məcbur edilənlər demokratik əsaslarla qurulan dövlətdə yaşamanın imkanlarından yararlanmağa başladılar. Vətəndaşların hüquq və azadlıqları, eləcə də dini etiqadlarını rahat şəkildə ifadə edə bilmə imkanları dövlətimiz tərəfindən qəbul edilən qərarlarla həyata keçirilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyasında "dini etiqad azadlığı"nın müəyyən edilməsi, həmçinin "Dini etiqad azadlığı" haqqında Qanunun qəbul edilməsi buna əyani sübutdur.   Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda yeni məscidlər tikildi, ziyarətgah və dini məbədlər əsaslı şəkildə təmir-bərpa edildi, abadlaşdırıldı. Azərbaycanda müstəqillikdən öncə 17 məscid mövcud olduğu halda, onların sayı 1236-ya çatdırıldı. Heydər Əliyev 1997-ci ildə Bibiheybət məscidinin bərpasına başlanması mərasimindəki çıxışında da müstəqilliyimizin qorunub-saxlanmasında milli-mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu vurğulamışdır: “Son illər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, qorunub saxlanmasında, Azərbaycanın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli-mənəvi dəyərlərimiz – Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq və ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir”.   O, Azərbaycanın gələcək strategiyasının inkişaf etdirilməsində mənəvi mənbələrdən yararlanmağın xüsusi önəminin olduğundan bəhs edir, bu işdə İslam dinini də əhəmiyyətli rolunu vacib hesab edirdi. Ümummilli Lider bu səbəbdən tez-tez dindarlarla görüşlər keçirir, onların fikirlərinə ciddi şəkildə önəm verir, müxtəlif dini bayram və matəm mərasimlərində məscidlərə gedir, dindar insanlar qarşısında çıxışlar edərək, həm sevincli, həm də hüznlü anlarını bölüşürdü. Ulu Öndər İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu günü münasibətilə Təzəpir məscidində keçirilən bayram tədbirində iştirak edərkən bunları söyləyib: “Bizim bu ədalətli mübarizəmizdə, torpaqlarımızın müdafiəsində Allah bizə həmişə yardımçı olacaqdır. Ulu peyğəmbərimiz Məhəmməd əleyhissalamın qoyduğu yol, Qurani-Kərimin göstərişləri bizi qələbəyə aparacaq, xalqımızı birləşdirəcək və biz düşmənləri məğlub edəcəyik”.   Ümummilli lider Heydər Əliyev İslam dininin mənsublarına göstərdiyi qayğı və diqqəti ölkəmizdə yaşayan digər dinlərin mənsublarından da əsirgəməyib. O, öz düşüncələri və əməlləri ilə ölkəmizdə tolerant mühiti formalaşdırıb ki, bu da bütün vətəndaşlar üçün örnək rolunu oynayır. Ulu öndər digər din nümayəndələrinə qarşı yüksək dini dözümlülük nümayiş etdirməklə yanaşı, onları da heç vaxt diqqətdən kənarda saxlamayıb, arzu və istəklərini həyata keçirib, problemləri ilə yerindəcə tanış olmaqdan ötrü tez-tez ölkəmizdə fəaliyyət göstərən kilsə və sinaqoqlarda olub. Eləcə də görkəmli dövlət xadiminin onların dini məbədlərini bərpa etdirmək təşəbbüsünün bütün dünyaya nümunə olması danılmaz reallıqdır. Tez-tez dinin insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan Heydər Əliyev Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşdəki söhbətində dinin ekstremizmlə heç bir bağlılığının olmadığını vurğulayarkən deyib: “Şübhəsiz ki, hər bir xalqın içərisində, hər bir ölkədə quldurlar, terrorçular, cinayətkarlar, ekstremistlər var. Ancaq bunun xalqların dini kökləri, yaxud onların dini prinsipləri ilə heç bir əlaqəsi yoxdur”.   Prezident İlham Əliyev haqqında danışarkən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini verən Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdəki prinsiplərini layiqincə davam etdirən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlıq siyasətini də diqqətdən kənarda saxlamamış, üstəlik, bu siyasəti Azərbaycan dövlətinin qarşıda duran ən prioritet məsələlərindən biri halına gətirib. Hər zaman etnik-mədəni prosesləri yaxından izləyib, onlara özlərinin layiq olduqları həddə dəyər verib. Tolerant mühitin inkişaf etdirilməsinə yalnız çıxışlarında toxunmaqla kifayətlənməyərək, bunu özünün əməli fəaliyyətində də dəfələrlə nümayiş etdirib. Cənab prezident 2017-ci ildə  BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Azərbaycanın multikultural həqiqətlərini bəyan etdi, Ermənistanın vandalizm siyasətini bir daha ifşa etdi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə yönəldərək, ermənilərin Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vəhşilikləri dilə gətirdi:   “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”.   Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilir ki, Azərbaycan Dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Azərbaycan məhz bu prinsipləri əsas götürərək, ölkə ərazisində mövcud olan etnik-mədəni müxtəliflikləri tənzimləyir, onların inkişaf proseslərinə də məhz bu kontekstdən yanaşır. Respublikanın sərhədləri daxilində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan tolerant mühitin daha da genişlənib inkişaf etdirilməsindən ötrü davamlı şəkildə işlər görülür, bu yolda onun düşüncələri və tövsiyyələri daim diqqət mərkəzində saxlanılır. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan və onun əhalisi dünya ictimaiyyəti tərəfindən humanist, dözümlü, tolerant xalq kimi tanınır. Multikultural dəyərlərin yaşadılması sayəsində ölkəmiz daha da inkişaf edəcək və bütün dünya xalqları Azərbaycanı hər zaman nümunə kimi görəcəklər.   Nicat Hüseynov - I kurs tələbəsi, Azərbaycan İlahiyyat İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri
Date : 2019-12-18



Daha Ətraflı

Enactus Azərbaycan proqramı çərçivəsində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbi baş tutub Azərbaycan Respublikasının Gənclər Fondu, BP şirkətinin maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Enactus Azərbaycan proqramı çərçivəsində 28 fevral – 1 mart tarixlərində Bakı şəhəri Park Inn otelində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbi baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu gənclər siyasətində elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin gənclər arasında stimullaşdırılması prioritet məqsədlər hesab olunur. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində “Enactus” Proqramının inkişaf etdirilməsi və Qış Məktəbinin hazırlanma prosesinə xüsusi diqqət göstərilir. Qış Məktəbinin açılışında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ATGTİ-nin sədri və Enactus Azərbaycan ölkə üzrə rəhbəri Faiq Məmmədov, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Bildirilib ki, Enactus Azərbaycan Qış Məktəbi tələbələrdə biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığın təşviq olunması məqsədini daşıyır. Proqram çərçivəsində müxtəlif mövzularda silsilə təlimlər keçiriləcək, burada həmçinin, dünya praktikasında olan ən uğurlu layihələr barədə məlumat veriləcək və interaktiv oyunlarla tələbələrə öyrəndikləri nəzəri bilikləri real həyatda tətbiq etmə imkanı yaradılıb. Qış Məktəbində Azərbaycanın 20 universitetini təmsil edən Enactus komandaları olmaqla ümumilikdə 150 nəfər iştirak edib. Tədbir zamanı hər komandanın öz layihə ideyalarını formalaşdırmasına fərdi dəstək göstərilib, sosial sahibkarlıq sahəsində peşəkar mütəxəssislər tərəfindən layihə planlarının yazılması, biznes və startapların idarə olunması, özünə məşğulluğun təmin olunması, layihənin uzun müddətli icra prosesində qarşıya çıxa biləcək problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı təlimlər keçirilib. Tədbirin son günündə gənclərin tədbir haqqında olan təəssüratlarını öyrənmək üçün sorğu keçirilib və əyləncəli konsert proqramı təşkil olunub. Qeyd edək ki, Enactus Proqramı 1975–ci ildə ABŞ-da yaradılıb və indiyədək 72 000-dən artıq proqram iştirakçısı 2 milyondan çox insanın həyatını dəyişıb və cəmiyyətə müxtəlif töhfələr verib. Azərbaycan Enactus Proqramına 2005-ci ildən qoşulub. Proqram gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək proqramın əsas məqsədlərindən biridir. Dünyanın müxtəlif ölkələrində hər il keçirilən müsabiqələrin qalibi olan universitetlər Enactus Global tərəfindən ayrı-ayrı ölkələrdə təşkil olunan Enactus Dünya Müsabiqəsində öz dövlətini və universitetini təmsil edir. Azərbaycan Enactus Milli komandası ötən il ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində keçirilmiş “Enactus-2019” dünya çempionatında yüksək nailiyyət qazanaraq qrup liqasında qalib seçilib və yarımfinal mərhələsinə keçib.    
Date : 2020-03-03



Daha Ətraflı

Events Calendar

Проведена научная конференция на тему "Безопасность жизни глазами студентов-молодежи"

Tarix: 2018-12-17

6 декабря 2018 года в Национальной консерватории Азербайджана была организована научная конференция на тему «Безопасность жизни глазами студентов-молодежи» , организованная Бакинским Региональным Центром Министерства по Чрезвычайным Ситуациям, Союз Студенческой Молодёжной Организации Азербайджана  (ССМОА) и Студенческой Молодежной Организацией Национальной консерватории Азербайджана. Целью мероприятия было ознакомление с перспективами студентов по вопросам безопасности жизнедеятельности людей, появления новых поколений для предотвращения чрезвычайных ситуаций и ликвидации их последствий. Ректор Азербайджанской Национальной Консерватории, профессор Сиявуш Керими, открывший научно-практическую конференцию, рассказал о важности мероприятия и о важности готовности каждого к чрезвычайным ситуациям. Позже заместитель начальника Бакинского Регионального Центра Камиль Багиров отметил, что за 13 лет своего существования МЧС проделало важную работу по гражданской обороне, защите людей и территорий от чрезвычайных ситуаций природного и техногенного характера, а также обеспечению безопасности людей в пожарных и водных бассейнах. Исполнительный директор Союза Студенческих Молодежных Организаций Азербайджана Фаиг Мамедов выразил благодарность всем, кто сделал все возможное для популяризации такого мероприятия и рассказал о важности подобных мероприятий для студентов и молодежи. Затем в конференции были представлены выступления студентов, сопроваждаемые презентациями на темы «Экологические чрезвычайные ситуации и пути их предотвращения», «Управление дождевыми водами в Баку: текущая ситуация, угрозы и неиспользуемые объекты», «Современное очищение загрязненных нефтью территорий», «Аварийные источники альтернативных источников энергии, случаи и способы их преодоления » и т. д.     

Read More
Hamısı
22
22
19
01
27
20
23
24
20
20
19
13
26
11
05
27
06
02
24
22
29
27
01
26
18
22
21
03
23
02
Hamısı
22
22
19
01
27
20
23
24
20
20
19
13
26
11
05
27
06
02
24
22
29
27
01
26
18
22
21
03
23
02

NEWS

Any Question?

Fill the Form and Send us Your Questions

Partners