Bizi İzləyin :

Bakı şəhərində yerləşən Tələbə Gənclər Təşkilatları sədrlərinin növbəti iclası baş tutdu

Ana Səhifə | Bakı şəhərində yerləşən Tələbə Gənclər Təşkilatları sədrlərinin növbəti iclası baş tutdu

Bakı şəhərində yerləşən Tələbə Gənclər Təşkilatları sədrlərinin növbəti iclası baş tutdu

 

Cari tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları sədrlərinin Azərbaycan Dövlət Pedoqoji Universitetində növbəti iclası baş tutub. İclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova, İnformasiya texnologiyaları və “Azərbaycan Tələbə Kartı” ilə iş departamentinin direktoru Xanım Paşayeva, ATGTİ-nin nümayəndəsi Ənvər İsmayılzadə iştirak edib.

İlk öncə Faiq Məmmədov çıxış edərək TGT-lərdə yaranan problemlərdən, onların həll yollarından danışıb. Daxili strukturun bərpası və tədbirlərin bütün tələbələrə çatdırılmasının təmin olunmasından söz açdı. Ümumilikdə TGT-lərin fəaliyyətindən danışan Faiq Məmmədov qeyd edib ki, TGT-lərin fəaliyyəti tələbələrin ilkin təcrübələri qazanmalarına, liderlik və idarəetmə bacarıqlarının inkişaf etməsinə səbəb olmalıdır. Həmçinin, Tələbə Gənclər Təşkilatlarının birləşərək layihə keçirməsinin önəmindən də bəhs etdi.

Daha sonra Xanım Paşayeva tələbələri maraqlandıracaq yeni müəssisələrdə endirim fürsətlərinin olduğunu və yaxın zamanda açıqlanacağını bildirdi. Tələbə Gənclər Təşkilatı sədrlərinə tələbələrin bu kart vasitəsi ilə hansı endirimlərin şamil olunduğunu eyca.az saytına girərək məlumat ala biləcəklərini bildirdi. Həmçinin, Xanım Paşayeva Azərbaycan Tələbə Kartının bu günə qədər olan statistikalarını TGT sədrlərinin nəzərinə çatdırıb, onlayn qeydiyyatda daha aktiv olan təhsil müəssisələrin Tələbə Gənclər Təşkilatlarına öz xüsusi təşəkkürlərini bildirdi.

TGT sədrləri isə öz növbəsində, öz fəaliyyətləri  zamanı yaranan problemləri və onların qarşısında duran məsələlərini icraedici aparata bildirib.