"Gəl, ey səhər" Tələbə Mahnı Müsabiqəsi keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə "Gəl, ey səhər" Tələbə Mahnı Müsabiqəsi keçirilib.
İki turdan ibarət olan layihənin seçmə mərhələləri Bakı Avrasiya Universiteti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyasında keçirilib.
Layihənin əsas məqsədi bacarığı olan lakin o ixtisas üzrə təhsil almayan tələbələrin istedadının üzə çıxarılması, onların bacarığlarını kəşf etməkdən ibarətdir.
Seçmələr nəticəsində 18 tələbə final mərhələsində çıxış etmə hüququnu qazanıb.
Müsabiqənin final mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. İştirakçıların çıxışlarından əvvəl tanıtım videoçarxları nümayiş edilib. Daha sonra iştirakçıların musiqiləri dinlənilib. Münsiflərin qiymətləndirmə nəticəsində qalib Minayə Hüseynova seçilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
#AzGF #ATGTİ #GəleysəhərTələbəMahnıMüsabiqəsi