“Milli – mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilarçılığı ilə “Milli–mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov iştirak etmişdir.
İlk öncə tədbirdə DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxladığını, Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğunu və Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcəyini bildirib.
Daha sonra Gənclər fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib. O, bütün münaqişələrin kökündə mənəvi dəyərlərin təbliği işinin düzgün aparılmaması durduğunu, ulu öndər Heydər Əliyev mənəvi dəyərlərin təbliği və təşviqi sahəsində mühüm siyasət yürütdüyü və bu siyasət bu gün də prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini də qeyd edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli milli-mənəvi dəyərlərin təbliğində gənclərin potensialından istifadənin əhəmiyyətinə toxunub və bu sahədə gənclər təşkilatlarını fəal olmağa çağırıb.
ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov qeyd edib ki, hal-hazırki dövrdə milli-mənəvi dəyərlərin fonunda dünyada globallaşma prosesi davam edir və Azərbaycan xalqının formalaşmasında da onun rolu böyükdür. O, gənclər təşkilatlarının informasiya və kommunikasiya texnologiyaları vasitəsiylə milli-mənəvi dəyərlərin təbliğini etməli olduqlarını və informasiya texnologiyaların sürətli inkişafı müsbət dəyişikliklərə səbəb olacağını, milli-mənəvi dəyərlərin sosial şəbəkələr vasitəsiylə daha çox yayılmasını təmin edəcəyini bildirib.