Bizi İzləyin :

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirilib

Ana Səhifə | Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının IV Hesabat Seçki Konfransı keçirildi.

 

Açılışda Fövqəladə Hallar Nazirliyinin ifasında Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra İttifaqın irimiqyaslı layihələrini özündə əks etdirən videoçarx izlənildi.

 

Videoçarxdan sonra Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sabiq sədri Şahin İsmayılov çıxış edərək ATGTİ-nin 9 illik fəaliyyəti haqqında konfrans iştrakçılarına hesabat verdi.

 

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışı zamanı ATGTİ-nin bu illər ərzində tələbələrə qazandırdığı səmərəli fəalliyyətini müsbət dəyərləndirdiyini bildirdi.

 

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ATGTİ-nin bundan sonraki fəaliyyətində uğurlar arzuladı.

 

Prezident Adminstrasiyasının nümayəndəsi Həmid Nəsirov çıxışı zamanı ATGTİ-nin çətir təşkilat olduğunu - bir çox Tələbə Gənclər Təşkilatlarını özündə cəmlədiyini vurğuladı. Həmçinin, Prezident Adminstrasiyasının da hər zaman Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına dəstək olacağını bildirdi.

 

Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov çıxış edərək 9 illik səmərəli fəalliyətinə görə təbrik etdi və yeni idarə heyyətinə uğurlar arzuladı.

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının keçirdiyi layihələrin ATGTİ dəsti-xətti yaratdığını vurğuladı. Daha sonra Seymur Orucov Şahin İsmayılova plaket təqdim etdi.

 

Çıxışlardan sonra sədr seçkilərinə namizədlərin videoarxları izləndi.

 

Konfrans iştirakçıları elektron səsvermədən istifadə edərək namizədlər arasında öz seçimlərini etdilər.

 

Səsvermənin sonunda ATGTİ-nin yeni sədri Faiq Məmmədov seçildi.