Bizi İzləyin :

"Tea Talk"

Ana Səhifə | "Tea Talk"

"Tea Talk"

🔶 Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramını təqdim edirik.
📌 3 ay müddətində keçirilməsi planlaşdırılan proqramın məqsədi tələbələrə karyera planlaması istiqamətində dəstək olub, karyera imkanlarını əlçatan etməkdir. Proqram müddətində tərəfdaş şirkət və qurumlara müxtəlif istiqamətlərdə təhsil alan tələbələrin səfərləri təşkil olunacaq və tələbələrin praktiki biliklərinin artırılması məqsədi ilə təlimlər keçiriləcəkdir. Nəticədə tələbələrin şirkət və qurumun fəaliyyəti barəsində təsəvvürü yaranacaq, həmçinin real iş və təcrübə imkanı əldə etmək şansı qazanacaqlar.
Əgər siz də bu şanslardan faydalanmaq istəyirsinizsə, izləmədə qalın!🤩