Bizi İzləyin :

“Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri

Ana Səhifə | “Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri

“Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri

🤩 Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində ilk karyera səfəri hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərib, “Fortune 500”- də yer alan şirkətlərə konsaltinq xidməti göstərən EKVİTA (EKVITA) şirkətinə olmuşdur.
🔺Səfər zamanı tələbələr şirkətin rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olmuş, öz suallarını birbaşa məsul şəxslərə ünvanlamaq imkanı qazanmışlar. Çay fasiləsindən sonra isə tələbə gənclər müxtəlif şöbələri gəzərək oradakı iş prosesi ilə yaxından tanış olmuşlar. Sonda iştirak edən tələbələrə şirkət tərəfindən müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub.
Əgər siz də bu kimi imkanlardan yararlanmaq isyəyirsinizsə, bizi izləmədə qalın! ✅