"Siyasi repressiya qurbanları"
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə 1937-ci il repressiya qurbanlarının xatirə gününə həsr olunmuş "Siyasi repressiya qurbanları" muzeyinə ekskursiya baş tutmuşdur.
Ekskursiya zamanı #tələbələrimİZ muzeydəki eksponatlarla tanış olmuş və maariflənə biləcəyi zəruri məlumatlar əldə etmişlər.