“Şah-Mat”
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində “Şah-Mat” adlı şahmat turniri baş tutdu.
Turnirin yekun nəticələrinə əsasən ilk 3 yerin sahibi müəyyən olundu:
🥇Ramazan Məcidov
🥈Nigar Bayramlı
🥉Məhəmmədəli Əsədov
Qaliblər sonda diplomla təltif olunublar.
Turnirin təşkili prosesində dəstək göstərdikləri üçün Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirik!