Bizi İzləyin :

“Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük”

Ana Səhifə | “Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük”

“Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük”

Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Erasmus+ Gənclik və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda Məlumat mərkəzinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera mərkəzinin Sumqayıt Nümayəndəliyinin, Sağlam Düşüncə Gənclər Təşkilatı İB-nin və Sumqayıt Gənclər Evinin təşəbbüsü ilə “Gənclər üçün İmkanlar: Erasmus+ və Avropada könüllülük” adlı infosessiya baş tutdu.
Sessiya zamanı Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova #tələbələrimİZ-ə Erasmus+ proqramının imkanları və könüllülük haqda ətraflı məlumat verdi.