Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2024 - 2026-ci illər üçün İdarə Heyəti və sədr seçkilərinə start verir!
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) seçki proseslərinə qoşulmaqla ən layiqli namizədi dəstəkləmək istəyirsinizsə, ATGTİ İdarə Heyəti və Sədr seçkilərinin qaydaları ilə tanış ola bilərsiniz!
Seçkilərdə namizədliyini yaşı 29-dan aşağı olan ali təhsil müəssisələrindən birində təhsil alan hər bir tələbə irəli sürə biləcək.
Seçki prosesinin şəffaflığının və obyektivliyinin təmin olunması məqsədi ilə Seçki Komissiyası yaradılır. Komissiya Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarınından ibarət olacaqdır. Aşağıda seçki haqqında ətraflı məlumatları toplaya bilərsiniz
Seçki Komissiyasının tərkibi:
Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev
"Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov
“CAVAN” Gənclər Hərəkatının icraçı direktoru Ənvər İsmayılzadə
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin Katibi Fidan Həsənova
ATGTİ-nin yeni idarə heyətinin tərkibi:
İdarə heyətinin say tərkibi sədr də daxil olmaqla 9 nəfərdən ibarət olacaqdır.
ATGTİ sədrliyinə namizədlər üçün tələblər:
Ali təhsil müəssisələrindən birində tələbə olmalıdır
Təhsillinin sonuncu ilində olmamalıdır
ATGTİ-yə üzv olan ən azı 20 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı Seçki Komissiyası tərəfindən yoxlanılacaqdır)
Ən azı 1 xarici dili (İngilis dili üstünlükdür) professional səviyyədə bilməlidir
Azı 3 il gənclərlə iş sahəsində çalışmalı, təcrübəli olmalıdır
İdarə Heyətinə namizədlər üçün tələblər:
ATGTİ-yə üzv olan TGT-nin sədri olmalıdır
ATGTİ-yə üzv olan ən azı 6 Tələbə Gənclər Təşkilatı tərəfindən namizədliyi tövsiyə edilməlidir (Namizədlərin tövsiyə üçün təqdim etdikləri TGT siyahısı ATGTİ katibliyi tərəfindən yoxlanılacaqdır)
Müraciət üçün link: https://forms.gle/CxpwLApcaRCifYW58
Son müraciət tarixi: 27 noyabr | 21:00