İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Tələbə Gənclər Təşkilatının "Hesabat-Seçki - 2019" adlı konfransı baş tutub
Konfransda qonaq qismində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədov və katiblik nümayəndələri iştirak edib. İlk öncə qonaqlar təşkilatın və TGT nəzdində fəaliyyət göstərən musiqi klubunun otağının şəraiti ilə tanış olublar və TGT Sədri Aydan Höccətova tərəfindən burada yeni ildən icra ediləcək dəyişikliklər haqqında məlumat verilib.
Sonra konfrans açıq elan edilib və ilk çıxış üçün söz Universitetin Təhsildən kənar və təlim-tərbiyyə işləri üzrə departamentin rəhbəri Leyla Əhmədzadəyə verilib.
Konfrans keçmiş TGT Sədri Yusif Şükürov və hazırkı TGT Sədri Höccətova Aydanın hesabat xarakterli çıxışları və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədovun nitqi ilə davam edib.
Sonda “İlin qrup nümayəndəsi” nominasiyası üzrə 5 qrup nümayəndəsi və TGT-nin həyatında göstərdikləri uğurlu fəaliyyətə görə 8 tələbə diplomla təltif olunub.
Konfrans xatirə şəklinin çəkilməsi ilə başa çatıb.