Bizi İzləyin :

6-10 İyun tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Sloveniyaya işgüzar səfər edib

Ana Səhifə | 6-10 İyun tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Sloveniyaya işgüzar səfər edib

6-10 İyun tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Sloveniyaya işgüzar səfər edib

6-10 İyun tarixlərində ATGTİ-nin sədri Faiq Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclasında iştirak edib.

İclasda Azərbaycan Tələbə Kartı ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib və Avropa Gənclər Kartı Assosiasiyasının növbəti fəaliyyət müddəti üçün strateji plan müzakirə edilərək təsdiq edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulmuşdur.