Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Ramin Həbibzadə, həmçinin, ADU-nun professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Konfrans zamanı ATGTİ-nin Baş katibi Ramin Həbibzadə çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb.
İclasda gündəliyə uyğun olaraq ADU TGT-nin yeni sədri Tərcümə fakültəsinin tələbəsi Əzizova Məhsəti çıxış edərək fəaliyyət planı haqqında qısa məlumat verib. O, tələbələrin problem və qayğıları ilə yaxından maraqlanacağını və həlli istiqamətində çalışacağını bildirib.