Bizi İzləyin :

“Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Ana Səhifə | “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

“Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

 

Bakı Konqres Mərkəzində keçirilən forumun birinci panelində Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları çıxış ediblər.

İkinci paneldə isə gənclər təşkilatlarının nümayəndələri,  ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov da çıxış edib.

İlk öncə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə VIII Forumun keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı barədə də məlumat verən nazir bu baxımdan 2014-cü ildə ölkəmizdə keçirilən və 165 ölkədən 700 nümayəndənin iştirak etdiyi Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətini xüsusi vurğulayıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanda gənclər siyasətindən danışıb. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirak etdiklərini vurğulayan komitə sədri deyib ki, gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ edirlər. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında ölkədə gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıblar.  

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova sıralarında 127 təşkilatın birləşdiyi qurumun ötən dörd ildəki fəaliyyətinin yekunları barədə məlumat verib. Bu tədbirlər arasında Azərbaycan Könüllülük Xidməti, “Xətdə”, BMT ilə birgə reallaşdırılan “Gənclər daha yaxşı gələcək uğrunda”, “Nifrət nitqinə yox” və s. layihə, kampaniya və proqramların uğurla reallaşdırıldığını bildirib.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycan dövləti gənclərimizin fəaliyyətindən, onların inkişafı üçün hər cür şərait yaradıldığından, bu şəraitin nəticəsində bu gün Azərbaycan gəncliyi istənilən sahədə öz sözünü deməyə qadir qüvvəyə çevrildiyindən danışıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxış edərək cari ilin statistikasından, ATGTİ-nin bu illərdə keçirtdiyi layihələrdən, Azərbaycan Tələbə Kartından və onun təklif etdiyi endirimlərdən danışıb.