LAYİHƏLƏR
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair son iclası ilə bağlı bəyanatı
Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.
Ətraflı >
“Müəllimlər arasında ixtisas olimpiadası”nın Final mərhələsi başa çatdı.
Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”nın Final mərhələsi başa çatıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutan mərhələdə 9 ixtisas üzrə 354 finalçı iştirak edib. Finalçılar 150 dəqiqə ərzində 5 sual cavablandırıblar. Suallar 4-ü ixtisas, 1-i metodikadan olmaqla yazılı tipli olub. Qeyd edək ki, qaliblər fevralın 5-də baş tutacaq mükafatalandırma mərasimində elan ediləcək. “Sən də ixtisas olimpiadasına qoşul, biliyini hamıya sübut et!” şüarı ilə keçirilən olimpiadanın qalibləri sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
Ətraflı >
Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib
23 may 2020 il tarixində Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda keçirilən video iclasın davamı olaraq, həmçinin imtahan sessiyasının yeni şəraitdə və təhsil müəssisələrinin fərdi yanaşmasını nəzərə alaraq, 25 may 2020 il tarixində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin bir qrup Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirilib. İclasda tələbələri maraqlandıran suallar, iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün sorğuların tərtibi və təşkili, TGT-in onlayn patformaya inteqrasiyası, planlaşdırılan layihələrin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Tələbə gənclər təşkilatları onlayn fəaliyyət üzrə təcrübələri ilə paylaşıb, aparılan işlər haqqında məlumat veriblər.Növbəti ay ərzində baş tutacaq layihələr, görüşlər müzakirə olunub, daha sonra görüş TGT sədrlərinin sual və təklifləri ilə davam edib.Həmçinin, kiçik formatda iclasların effektivliyini nəzərə alaraq görüşlərin davamlı olacağı bilidirilib.
Ətraflı >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start verilir
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının İttifaqının təşkilatçılığı ilə "BMT-i Öyrənərək Kəşf Et!" adlı layihəyə start verilir. Beynəlxalq münasibətlərə, siyasi sistemə və BMT-in fəaliyyətinə xüsusi marağı olan gənclər üçün BMT kimi universal bir təşkilatın nümayəndələri ilə görüşmək şansı qazandırılır. ATGTİ tələbə-gəncləri universal təşkilat olan Birləşmiş Millətlər Təşkilatı üzrə gənc mütəxəssis olmağa dəvət edir. Layihəyə iştirakçı olaraq qoşulmaq üçün ilk növbədə müraciət formasınını doldurmaq vacibdir. Uyğun kriteriyalara cavab verən tələbə-gənclər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla keçən tələbələr layihədə iştirak etmək şansı əldə edəcəklər. Layihəyə maksimum 40 iştirakçı seçiləcək. Layihə bitdikdən sonra verilən məlumatlara əsasən imtahan təşkil olunacaq. İmtahanı müvəfəqiyyətlə verən tələbələr xüsusi mükafatlarla təltif olunacaqlar. (Misal: Layihəyə tərəfdaş olan qurumlarda təcrübə keçmək imkanı və digər xüsusi fürsətlər) QEYD: Layihəyə iştirakçı olaraq seçilmək üçün Azərbaycan və İngilis dillərini bilmək şərtdir. Seçim prosesində dil biliklərinə üstünlük veriləcək. Son müraciət tarixi: 13 Dekabr. Qeydiyyatdan burada keçə bilərsiniz.
Ətraflı >
"Hədəf 5%" proqramı çərçivəsində Milli İncəsənət Muzeyinə ekskursiya
27 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən “Tələbə Əyləncə” klubunun təşkilatçılığı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.
Ətraflı >
Yay Fest-ə start verildi!
500 tentlik ən böyük gənclər festivalının ilk günü əyləncəli oyunlar, flashmob və party ilə yekunlaşıb. Qeyd edək ki, Festival 5 gün ərzində Şahdağ Qış-Yay Turizm Kompleksində baş tutacaq.
Ətraflı >
Gürcüstanda beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib.
7-13 noyabr tarixlərində Gürcüstanın Laqodexi şəhərində Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib. Beynəlxalq təlimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Ramin Həbibzadə iştirak edib. Gənclər üçün keçirilən bu layihədə Azərbaycan tərəfindən tərəfdaş olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi nümayəndələri qatılıb. Onlar tədbirdə iştirak edənləri öz fəaliyyətləri ilə tanış edib. Layihədə Avropa İttifaqına həm üzv, həm də qeyri-üzv olan 8 ölkədən 24 gənc iştirak edib. Təlim kursunda iştirakçılara Erasmus + proqramı haqqında geniş məlumat verilib və onların suallarına cavab verilib. Qeyd edək ki, layihənin ikinci hissəsi aprel ayında Macarıstanın Budapeşt şəhərində baş tutacaqdır.
Ətraflı >
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının Gənclərlə İş üzrə məsul şəxsi Zaur Məmmədov, DİA TGT-nin klub sədrləri və tələbələr iştirak edib. Konfrans zamanı Zaur Məmmədov çıxış edərək tələbələrin hüquqlarının müdafiəsi, sosial-ictimai fəaliyyətinin təşkilində TGT-nin xüsusi əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Sitarə Cavadova çıxışı zamanı tələbələrə TGT-nin fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib. İclasın gündəliyinə uyğun olaraq DİA TGT-nin keçmiş idarə heyətinin üzvü Aysel Cəfərova fəaliyyəti ərzində görülən işlər, keçirilən tədbirlər barədə hesabatla çıxış edib. Daha sonra DİA TGT-nin yeni sədri, İnzibati İdarəetmə fakültəsinin tələbəsi Murad Həsənxanlı çıxış edərək, ona göstərilən etimadı doğruldacağını qeyd edərək görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib.
Ətraflı >
“Hədəfini Seç”
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Hədəfini Seç” adlı stolüstü oyun turniri baş tutdu.
Ətraflı >
"Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri" adlı tədbir keçirilib
Fransanın Strasburq şəhərində 21-25 yanvar tarixlərində “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Beynəlxalq Əməkdaşlıq və Donorlarla İş şöbəsində mütəxəssis Elmira Allahverdiyeva, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak edib. İştirakçılar ilk öncə Avropa Şurasının binasını ziyarət edib və tədbirin ilk günündə Avropa Şurası Parlament Assambleyasının açılış mərasimi baş tutmuşdur. Daha sonra tədbir iştirakçıları Avropa Şurası və Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti haqqında ətraflı məlumatlandırılmış, Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşüb gənclik siyasəti və gənclər mərkəzi barədə geniş müzakirələr aparıblar. Eyni zamanda onlar Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə səfərlərdə iştirak ediblər. Tədbirin əsas məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və Azərbaycan Respublikası ilə əlaqələri daha da gücləndirməkdən ibarət olub.
Ətraflı >
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” təlim kursu keçirilib. Tədbirdə açılışı rektorun məsləhətçisi, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov etmişdir. O, tələbələri salamlayaraq belə tədbirlərin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra FHN-nin müxtəlif qurumlarının əməkdaşları çıxış edərək fövqəladə hallar - zəlzələ, daşqın, torpaq sürüşməsi və s. zamanı təhlükədən qorunmaq üsullarından bəhs etmiş, yanğın zamanı qaz balonundan düzgün istifadə qaydalarını tələbələrə izah etmişlər. Mülki müdafiə ilə bağlı müxtəlif fotoşəkillər və maarifləndirici videoçarxlar nümayiş etdirilib. Sonda Ə.Həsənov çıxış edərək tədbirin təşkil edilməsində əməyi keçən qurumlara təşəkkürünü bildirmiş və tələbələrin suallarını cavablandırmışdırlar. Daha sonra xatirə fotoşəkli çəkilib.
Ətraflı >
"ÇƏTİR” proqramının açılış mərasimi
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkə üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tələbə klublarının şəbəkələşməsi və vahid çətir altında birləşdirilməsini hədəfləyən "ÇƏTİR” proqramının açılış mərasimindən olan görüntüləri diqqətinizə çatdırırıq! #AzGF #ATGTİ #ÇƏTİR #MAG
Ətraflı >
Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı ilə İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı əsasında Cocuq Mərcanlı kənd orta məktəbinə intellektual səfər edilib
Məktəblilərlə görüş zamanı Baki Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı sədri Kənan Sadıqov Baki Ali Neft Məktəbi və onun fəaliyyəti haqqında şagirdləri məlumatlandırıb. Görüş zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər dinlənilib. Daha sonra Məktəblilər arasında 30 sualdan ibarət 2 hissəli intellektual oyun baş tutub. Suallar şagirdlərin dünyagörüşü, bilik və bacarıqlarını artırmaq məqsədilə (Azərbaycan dili və ədəbiyyatı, coğrafiyası və mədəniyyəti və s.) mövzularında tərtib olunub. İştirakçı 12 komandanın adı işğalda olan rayonların adlarına uyğun şəkildə adlandırılıb. Bayram ab-havasında uşaqların həvəslə iştirak etdiyi intellektual oyunun ikinci hissəsində interaktiv oyun ("Səssiz Sinema") baş tutub. Daha sonra hər iki oyun üçün ballar hesablanaraq nəticələr açıqlanıb. Qalib komandalar (1, 2 və 3-cü yer) kubok, medal və xüsusi hədiyyələrlə təltif olunub. Bununla yanaşı, bütün məktəblilərə TGT aktivləri tərəfindən məktəb ləvəzimatları hədiyyə edilib. Sonda tələbələr məktəbin kitab fonduna məktəbliləri maraqlandıran mövzular ətrafında kitablar bağışlayıb və xatirə şəkli çəkdirib.
Ətraflı >
Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.
Ətraflı >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görüşü keçirilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib. Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib. Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər. Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.
Ətraflı >