Bizi İzləyin :

LAYİHƏLƏR

1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib

  1 İyun Dünya Uşaqlar Günü münasibətilə Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı maraqlı təşəbbüs göstərib. Belə ki, bir uşaq 1 günlük Bakı Avrasiya Universiteti Tələbə Gənlər Təşkilatının Sədri təyin edilib. 1 günlük sədr təyin edilən balaca Gülay universitetin rektoru, prorektorları, dekanları və müəllimləri ilə görüşüb. Sonda BAAU TGT fəalları ilə görüşən Gülay TGT-nin fəaliyyəti və iş planı ilə yaxından tanış olub.              


Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələri tərəfindən günahsız uşaqların öldürülməsinə dair bəyanatı

Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.


Ətraflı >

Regionlarda yerləşən TGT sədrlərinin iclası baş tutub

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Gəncə, Mingəçevir, Ağstafa, Lənkəran, Şamaxı, Zaqatala, Quba, Ağcabədi, Ağdam, Ağdaş regionlarında və Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil müəssisələrinin TGT sədrləri ilə iclas keçirilib. İclasda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov Tələbə Gənclər Təşkilatlarının hazırkı vəziyyəti ilə maraqlanıb və sədrlərə öz tövsiyələrini verib. TGT sədrləri təhsil müəssisələrində Tələbələr Gənclər Təşkilatlarının göstərdikləri fəaliyyət və həyata keçirdikləri layihələr haqqında məlumat verib. Həmçinin, yeni layihələr və bu layihələrdə regionlar arasında əlaqələr qurulması məqsədilə müştərək işlərin aparılması ideyası haqqında müzakirələr aparıblar. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva Azərbaycan Tələbə Kartının regionlarda istifadəsindən söz açıb və  kartın istifadəsi üçün müəyyən təlimatlar verib. Təkcə, Bakıda yox, digər bölgələrdə də kartın istifadəsi üçün işlərin davam etdiyini və tezliklə regionlarda da kartdan maksimum istifadənin həyata keçiriləcəyini bildirib. Həmçinin, Tələbə Gənclər  Təşkilatlarının sədrlərinin suallarını TGT-lərlə iş departamentinin rəhbəri Ləman Cavadova cavablayıb. Tələbə Gənclər Təşkilatlarının sədrləri yeni dərs ilində yeni layihələrin olacağını və tələbələrin sosiallaşması, dünyagörüşünün artırılması üçün müxtəliftədbirlər keçirəcəkləri bildiriblər.


Ətraflı >

“Şah-Mat”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində “Şah-Mat” adlı şahmat turniri baş tutdu.Turnirin yekun nəticələrinə əsasən ilk 3 yerin sahibi müəyyən olundu:🥇Ramazan Məcidov🥈Nigar Bayramlı🥉Məhəmmədəli ƏsədovQaliblər sonda diplomla təltif olunublar. Turnirin təşkili prosesində dəstək göstərdikləri üçün Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirik!


Ətraflı >

Bir sıra diplomatlar ATGTİ ofisində tələbələrlə görüşüb

Azərbaycanın Respublikasının Diplomatik Xidmətinin 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyinin dəstəyi və ATGTİ-nin təşəbbüsü ilə Azərbaycanın Efiyopiyadakı səfiri Elman Abdullayevin və Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Qaya Məmmədovun tələbələrlə görüşü baş tutub. Bununla yanaşı, Uruqvayın Katolik Universitetinin Ərəb və İslam Araşdırmaları bölməsinin direktoru Susana Manqana da ATGTİ ofisində olub və tələbələrə seminar keçib.                  


Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 10 illik yubiley tədbiri keçirilib

Dekabrın 28-də Elektra Events Hall-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 10 illik fəaliyyəti münasibətilə #10ilimİZ yubiley tədbiri keçirilib. Rəsmi və əyləncəli hissələrdən ibarət yubiley tədbirində 3000-dən çox tələbə, habelə təhsil müəssisələrinin rəhbərliyi, bir sıra dövlət rəsmiləri iştirak edib.  Tədbir ATGTİ-nin 10 illik fəaliyyətini əks etdirən hesabat və ölkədə uğurla həyata keçirilən gənclər siyasəti haqqında video-çarxların nümayişi ilə başlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ATGTİ-ni 10 illik yubileyi münasibətilə təbrik edərək, gənclər siyasətinin həyata keçirilməsində ATGTİ-nin oynadığı rolun əhəmiyyətindən danışıb, İttifaqın tələbə hərəkatının inkişafında gördüyü işlərin əhəmiyyətli olduğunu vurğulayıblar. Çıxış edənlər həmçinin, tələbələri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, onları hər zaman Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini və azərbaycançılıq məfkurəsini fəaliyyətlərində rəhbər tutmağa, fəal olmağa, mütərəqqi, innovativ ideyaları mənimsəməyə çağırıblar. Daha sonra ATGTİ-nin sədri Faiq Məmmədov ATGTİ-nin yeni loqosu və himnini tədbir iştirakçılarına təqdim edib. O qeyd edib ki, ötən 10 il ərzində ATGTİ böyük bir inkişaf yolu keçərək, hazırda demək olar ki, ölkəmizdəki bütün ali təhsil və orta ixtisas müəssisələrindəki tələbə-gənclər təşkilatlarını birləşdirir. Bugün tələbə hərəkatını və gəncliyi ATGTİ-siz düşünmək mümkün deyil. Təkcə 2019-cu il ərzində ATGTİ 70-dək tədbirlərə təşkilatçılıq edib, tələbələrlə iş sahəsində müxtəlif innovativ yanaşmalar tətbiq edilib, təhsil müəssisələrində TGT sədrlərinin daha şəffaf mühitdə seçkiləri təşkil olunub. Mediada və sosial şəbəkələrdə ATGTİ izləyicilərinin sayı durmadan artır. Bütün ATGTİ ailəsini 10 illik yubiley münasibətilə təbrik edən ATGTİ sədri daim gənclərin yanında olduğuna görə, ölkədə tələbələr və gənclər üçün münbit şərait, sağlam gənclər mühiti yaratdığına görə ölkə başçısı cənab İlham Əliyevə Azərbaycan gəncliyi adından təşəkkür edib. Tədbirin davamında ATGTİ ilə sıx əməkdaşlıq edən dövlət və qeyri-hökümət təşkilatları, təhsil müəssisələrinin rəhbərliyi, televiziya kanalları və xəbər saytları təltif olunublar. Həmçinin, ilk dəfə olaraq, zalın girişində quraşdırılmış qutular vasitəsilə tələbələrin təklif, fikir və şərhlərinin yazılı şəkildə toplanması təşkil edilib.     Artıq ənənə halını alan, ildə bir neçə dəfə əlamətdar günlər ərəfəsində təşkil edilən bu kimi əyləncəli tədbirlər gənclərin asudə vaxtının daha şən və səmərəli təşkilinə, onlarda həmrəylik və əməkdaşlıq ruhunun güclənməsinə, tələbələrin tədris ilinin gərginliyini kənara qoyaraq, yeni müsbət enerjiylə yüklənmələrinə imkan verir.


Ətraflı >

"Hədəf 5%" proqramı çərçivəsində Miniatür Kitab Muzeyinə ekskursiya

20 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Kitab Qurdu” Klubunun təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunmuşdur.


Ətraflı >

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görüşü keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib. Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib. Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər.  Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.        


Ətraflı >

Bakı şəhərində yerləşən Tələbə Gənclər Təşkilatları sədrlərinin növbəti iclası baş tutdu

  Cari tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları sədrlərinin Azərbaycan Dövlət Pedoqoji Universitetində növbəti iclası baş tutub. İclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova, İnformasiya texnologiyaları və “Azərbaycan Tələbə Kartı” ilə iş departamentinin direktoru Xanım Paşayeva, ATGTİ-nin nümayəndəsi Ənvər İsmayılzadə iştirak edib. İlk öncə Faiq Məmmədov çıxış edərək TGT-lərdə yaranan problemlərdən, onların həll yollarından danışıb. Daxili strukturun bərpası və tədbirlərin bütün tələbələrə çatdırılmasının təmin olunmasından söz açdı. Ümumilikdə TGT-lərin fəaliyyətindən danışan Faiq Məmmədov qeyd edib ki, TGT-lərin fəaliyyəti tələbələrin ilkin təcrübələri qazanmalarına, liderlik və idarəetmə bacarıqlarının inkişaf etməsinə səbəb olmalıdır. Həmçinin, Tələbə Gənclər Təşkilatlarının birləşərək layihə keçirməsinin önəmindən də bəhs etdi. Daha sonra Xanım Paşayeva tələbələri maraqlandıracaq yeni müəssisələrdə endirim fürsətlərinin olduğunu və yaxın zamanda açıqlanacağını bildirdi. Tələbə Gənclər Təşkilatı sədrlərinə tələbələrin bu kart vasitəsi ilə hansı endirimlərin şamil olunduğunu eyca.az saytına girərək məlumat ala biləcəklərini bildirdi. Həmçinin, Xanım Paşayeva Azərbaycan Tələbə Kartının bu günə qədər olan statistikalarını TGT sədrlərinin nəzərinə çatdırıb, onlayn qeydiyyatda daha aktiv olan təhsil müəssisələrin Tələbə Gənclər Təşkilatlarına öz xüsusi təşəkkürlərini bildirdi. TGT sədrləri isə öz növbəsində, öz fəaliyyətləri  zamanı yaranan problemləri və onların qarşısında duran məsələlərini icraedici aparata bildirib.  


Ətraflı >

Noyabr ayı üzrə ən aktiv TGT-lər təltif edilib!

14.12.2019-cu il tarixində ATGTİ-nin ofisində TGT-lərin iclası baş tutub. İclasa giriş sözü ilə başlayan ATGTİ sədri Faiq Məmmədov iclas iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sonra yeni seçilən TGT sədrlərini iclas iştirakçılarına təqdim edib. Bununla yanaşı hal-hazırda seçki prosesi gedən və yaxın zamanda gedəcək təhsil müəssisələrinin siyahısı haqqında məlumat da onların diqqətinə çatdırılıb. ATGTİ-nin noyabr ayı üzrə TGT-lərin dəstəyi ilə keçirdiyi layihə və tədbirlər haqqında danışılıb və statistik məlumatlar müzakirə edilib. İclasda aşağıdakı tədbirlər haqqında danışılıb: 1.   Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində Tələbə Gənclər Təşkilatlarının rolu 2.   Bayraqdar intellektual oyunu 3.   Bayraq Günü fləşmobu 4.   Azərbaycan – UELS futbol yarışı 5.   “Youth Speak” Forum 6.   Tələbələr ilə səmimi görüş-Bakı Dövlət Universiteti Faiq Məmmədov həmçinin, İttifaq daxilində edilən kadr dəyişikliyi barədə də TGT sədrlərini məlumatlandırıb. Sonda noyabr ayının ən fəal TGT-si Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, eləcə də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci seçilib. Hər iki təhsil müəssisəsinin TGT sədrləri Murad Süleymanlı və İsmayıl Ağazadə sədr tərəfindən təltif edilib.  


Ətraflı >

Panel görüşü

1 noyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər Təşkilatlarının rəhbərləri ilə növbəti panel görüşü keçirildi. Bu sessiyanın müzakirə mövzusu “Qarabağın dirçəlişinin və reallıqlarının beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında gənclər təşkilatlarının rolu” idi. Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr aparıldı, gənclər təşkilatlarının müharibə dövründəki fəaliyyətləri və təşkilatlar tərəfindən gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verildi və sonda #tələbələrimİZ-in də aktiv iştirakı ilə sual-cavab sessiyası keçirildi. #NAYORA #ATGTİ #DVC #İrəli2020 #GTEMCY #Panelgörüşləri


Ətraflı >

Kinoman layihəsinə start verilir

Əziz tələbələr!   Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Kinoman" layihəsinə start verilir. "Filmlərimiz 60-80-ci illərdə" şüarı altında keçiriləcək layihəyə qeydiyyatdan keçən hər bir tələbə dəvətlidir!   Qeyd: Layihə "intellektual oyun" formasında reallaşacaq. Belə ki, 60-80-ci illərdə lentə alınan milli filmlərimizdən məşhur sitatlar, çəkiliş heyəti, çəkiliş məkanları və sair nüanslar layihənin mövzusunu əhatə edəcək.   Tələs, elə indi qeydiyyatdan keç və "dahi kinoman" olduğunu hər kəsə sübut et!   Qeydıyyat üçün son tarix: 5 dekabr 2018-ci il     Burada qeydiyyatdan keçə bilərsiniz.  


Ətraflı >

Zəfər gününə həsr olunmuş dama yarışı.

Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu:🥇Aslan Musazadə🥈Murad İsmayılov🥉Əli Orucov


Ətraflı >

Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Faiq Məmmədov, həmçinin, BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfrans zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək tələbələrin sosial-ictimai fəaliyyətində TGT-nin xüsusi rolunu vurğulayıblar. Faiq Məmmədov BANM tələbələrinin İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə yaxından fəal iştirak etdiklərini vurğulayıb. O, nitqinin sonunda tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb. İclasda gündəliyə uyğun olaraq BANM TGT-nin sabiq sədri Kənan Sadıqov təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O, fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra BANM TGT-nin yeni sədri - Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə çıxış edərək gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.  


Ətraflı >

“Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” lahiyəsinin ekspertləri tələbələrlə görüşüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinə start verilib. Tədbir layihə ekspertləri və könüllüləri arasında tanışlıqla başlayıb. Görüşdə ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak ediblər. AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirakçıları salamlayıb və layihənin məqsədini açıqlayıb. Daha sonra sosioloq Hüseyn İbrahimov çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Sonda ekspertlər tələbələrin suallarını cavablandırıblar. Bildirək ki, layihə Azərbaycanın 4 regionunda və Bakı şəhərində keçiriləcək. Layihə müddətində seminarlar təşkil olunacaq, könüllülər sorğular keçirəcək. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.


Ətraflı >