Bizi İzləyin :

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "DAUN Sindromlu İnsanlara 1 gününü həsr et' adlı kampaniyaya start verilib

Главная |

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təşkilatın nəzdində "Nəfəs Xeyriyyə Birliyi" fəaliyyətə başlayıb.

Birlik ilk layihə kimi "DAUN Sindromlu İnsanlara 1 gününü həsr et" adlı kampaniyaya start verib.

Layihəyə əsasən TGT fəalları "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən DAUN Sindiromlu uşaqların Reabilitasiya Mərkəzində olublar. Onlar daun sindromlu uşaqlara əyləncəli oyunlar təşkil edib, birlikdə rəqs nümunələri nümayiş etdiriblər.

BAAU TGT fəalları qayğı və diqqətə ehtiyacı olan uşaqlara təbəssüm bəxş etmək və onları daim diqqətdə saxlamaq məqsədilə bu kimi ziyarətlərin təşkilində estafeti adları çəkilən universitetlərə ötürüb:

1.Azərbaycan Dillər Universiteti

2.Azərbaycan Dövlət İqtisad Universiteti

3.Azərbaycan Dövlət Pedaqoji Universiteti

BAAU TGT nəzdində əsası qoyulan birliyin devizi: "Onlar fərqli deyil, onları fərqli edən bizlərik!"

#Fərqqoyma#DAUN#Sindiromlu#İnsanlara#1#gününü#həsr#et.  #BAAUTGT.

Açar sözlər: #Fərqqoyma #DAUN #Sindiromlu #İnsanlara #1 #gününü #həsr #et #BAAUTGT