ПРОЕКТЫ
ATGTİ-nin təşkilatçılığı ilə Gəncə şəhəri və ətraf rayonlar üzrə TGT fəallarının təltifetmə mərasimi keçirilib
Mərasimdə 12 təhsil müəssisəsindən fəaliyyət göstərən TGT fəalları iştirak edib. Ümumilikdə, 145 TGT fəalı xidmətlərinə görə ATGTİ-nin sədri tərəfindən diplomlarla təltif edilib. Görüşün əsas məqsədi TGT-lərin fəaliyyətini dəyərləndirmək, onların problemlərini dinləmək və həll yollarını müzakirə etməkdən ibarət olub. Mükafatlandırmadan öncə ATGTİ-nin sədri Faiq Məmmədov tələbələrlə səmimi görüş keçirib. Faiq Məmmədov, tələbələrin suallarını dinləyib və onları cavablardırıb. O, tələbələrə TGT-lərdə göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkür edib və onları bu uğur münasibətilə təbrik edib. Tədbirin sonunda TGT fəalları və ATGTİ kollektivi ilə birgə xatirə şəkli çəkilib.
Подробнее >
Gürcüstanda beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib.
7-13 noyabr tarixlərində Gürcüstanın Laqodexi şəhərində Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində beynəlxalq təlim kursunun birinci hissəsi keçirilib. Beynəlxalq təlimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Ramin Həbibzadə iştirak edib. Gənclər üçün keçirilən bu layihədə Azərbaycan tərəfindən tərəfdaş olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi nümayəndələri qatılıb. Onlar tədbirdə iştirak edənləri öz fəaliyyətləri ilə tanış edib. Layihədə Avropa İttifaqına həm üzv, həm də qeyri-üzv olan 8 ölkədən 24 gənc iştirak edib. Təlim kursunda iştirakçılara Erasmus + proqramı haqqında geniş məlumat verilib və onların suallarına cavab verilib. Qeyd edək ki, layihənin ikinci hissəsi aprel ayında Macarıstanın Budapeşt şəhərində baş tutacaqdır.
Подробнее >
ATGTİ-nin təşkilatçılığı ilə MDU rektoru Şahin Bayramovla görüş keçirilmişdir
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər çərçivəsində “Distant ali təhsil: çağırışlar və imkanlar” mövzusunda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə görüş baş tutmuşdur. Görüş xüsusilə pandemiyadan sonra bütün dünyanın reallığına çevrilən distant təhsilin müzakirəsinə həsr olunmuşdu. ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə baş tutan tədbirdə, təhsil müəssisələrinin distant təhsilə olan hazırlıq səviyyəsi, onun yaratdığı çətinlik və imkanlar kimi aktual məsələlərə toxunuldu. Tələbələrin mövcud şəraitdəki prosesə uyğunlaşa bilmələri üçün universitetlərin fərqli idarəetmə metodları tətbiq etməyə məcbur olduğu və bu yolda sosial şəbəkələrin rolunun nəzərəçarpacaq dərəcədə artdığı qeyd olundu. Qeyd etmək lazımdır ki, görüşdə pandemiya şəraitində tələbələrin sosial və professional inkişafı üçün lazım olan məsələlərin müzakirəsi əsas diqqət çəkən məqamlardan biri olmuşdu. Belə ki, Şahin Bayramovun dediyinə görə pandemiya dönəmində tələbələri bir çox təşkilatlara təcrübəyə göndərmək universitetlər qarşısında duran ən böyük çətinliklərdən biri idi. Sonda isə Şahin bəy Azərbaycanda distant təhsilin gələcək perspektivlərinə fokuslanaraq, pandemiyadan sonrakı təhsil sistemində ola biləcək dəyişikliklər barəsində tələbələrlə öz fikirlərini bölüşdü. İttifaqın sədri tərəfindən Mingəçevir Dövlət Universitetinin rektoruna ünvanlanan suallar ətrafında qurulmuş müzakirə tələbələrin böyük marağına səbəb oldu və canlı yayımlanan tədbir 300 dən çox tələbə tərəfindən eyni anda izlənildi. Qeyd etmək istərdik ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər tələbələri maraqlandıran məsələləri müzakirə etməyə yönlənmişdir. Bundan öncəki həftə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun iştirakı ilə maraqlı görüş baş tutmuşdu.
Подробнее >
Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə karyera səfəri
Əziz tələbələr, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə oldu. Səfər zamanı tələbələr Mərkəzin bölmələri, peyklərin idarə olunması və ümumilikdə qurumun işi ilə yaxından tanış olmuş, suallarını məsul şəxslərə birbaşa ünvanlamaq imkanı da əldə etmişlər.
Подробнее >
Zəfər gününə həsr olunmuş dama yarışı.
Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu:🥇Aslan Musazadə🥈Murad İsmayılov🥉Əli Orucov
Подробнее >
Azərbaycan Dillər Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçirilib.
Təqdimatda ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova və Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva iştirak edib. İlk öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ATGTİ-nin fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edib. Tələbələrin sosial aktivliyinin əhəmiyyətini vurğulayan Hüseyn Babayev bildirib ki, təhsillə yanaşı gənclər müxtəlif layihələrdə iştirak edərək, könüllülük proqramlarına qoşularaq karyeralarında ilk addımlarını ata bilərlər. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva çıxış edərək kartın gənclərə yaratdığı endirim fürsətləri ilə bağlı məlumat verib. Kartın əldə edilməsi haqqında tələbələri təlimatlandıran Xanım Paşayeva, bununla yanaşı mobil tətbiqetməni istifadə etmənin üstünlüklərindən də söz açdı. Həmçinin, Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Etibaroğlu tələbələri salamlayıb və TGT haqqında ətraflı məlumat verib. Daha sonra təşkilatın sədri Günay Səmədova çıxış edərək ADU TGT-nin tarixindən, tələbəlik illərini səmərəli keçirməkdə TGT-nin rolundan bəhs edib. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının icraçı direktoru Lamiyə Əhmədzadə çıxış edərək TGT-nin strukturundan, departamentlərdən və onların fəaliyyətləri dövründə keçirtdikləri tədbirlərdən danışıb. Təqdimat TGT-nin keçirtdiyi tədbirlərdən olan video-roliklərin nümayişi ilə davam etdirilib.
Подробнее >
"Səssiz qəhrəman" işarə dili təlimi baş tutub
Azərbaycan – Fransız Universitetində Xeyirxah Platformasının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə, işarə dili üzrə tanınmış təlimçi Nuranə Abıyevanın təqdimatında həyata keçirdiyi "Səssiz Qəhrəman" işarə dili təlimlərinin açılışı və ilk təlimi baş tutub. Xeyirxah Platformasından bildirilib ki, Platformanın rəhbəri Çingiz Səfərov gələcək planlardan söz açaraq Platforma tərəfindən ilk dəfə olaraq "Səssiz Qəhrəman" işarə dili forumunun keçiriləcəyini qeyd edib. Eyni zamanda eşitmə və danışma qüsuru olan insanlar üçün keçiriləcək forumların müxtəlif mövzuları əhatə etməklə ənənəvi şəkildə keçirilməsi planlaşdırılır. Daha sonra Nuranə Abıyevanın təqdimatında interaktiv təlim davam edib. O, qeyd edib ki, layihənin davamında iştirakçılarla birgə müxtəlif fləşmobların hazırlanması nəzərdə tutulub. Bundan başqa, xüsusi olaraq, layihə üçün hazırlanmış video dərsliklər mütəmadi şəkildə iştirakçılara və ictimaiyyətə sosial şəbəkələr üzərindən təqdim olunacaq.
Подробнее >
"Gəl, ey səhər" Tələbə Mahnı Müsabiqəsi keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə "Gəl, ey səhər" Tələbə Mahnı Müsabiqəsi keçirilib. İki turdan ibarət olan layihənin seçmə mərhələləri Bakı Avrasiya Universiteti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyasında keçirilib. Layihənin əsas məqsədi bacarığı olan lakin o ixtisas üzrə təhsil almayan tələbələrin istedadının üzə çıxarılması, onların bacarığlarını kəşf etməkdən ibarətdir. Seçmələr nəticəsində 18 tələbə final mərhələsində çıxış etmə hüququnu qazanıb. Müsabiqənin final mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. İştirakçıların çıxışlarından əvvəl tanıtım videoçarxları nümayiş edilib. Daha sonra iştirakçıların musiqiləri dinlənilib. Münsiflərin qiymətləndirmə nəticəsində qalib Minayə Hüseynova seçilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib. #AzGF #ATGTİ #GəleysəhərTələbəMahnıMüsabiqəsi
Подробнее >
“Milli – mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilarçılığı ilə “Milli–mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov iştirak etmişdir. İlk öncə tədbirdə DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxladığını, Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğunu və Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcəyini bildirib. Daha sonra Gənclər fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib. O, bütün münaqişələrin kökündə mənəvi dəyərlərin təbliği işinin düzgün aparılmaması durduğunu, ulu öndər Heydər Əliyev mənəvi dəyərlərin təbliği və təşviqi sahəsində mühüm siyasət yürütdüyü və bu siyasət bu gün də prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini də qeyd edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli milli-mənəvi dəyərlərin təbliğində gənclərin potensialından istifadənin əhəmiyyətinə toxunub və bu sahədə gənclər təşkilatlarını fəal olmağa çağırıb. ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov qeyd edib ki, hal-hazırki dövrdə milli-mənəvi dəyərlərin fonunda dünyada globallaşma prosesi davam edir və Azərbaycan xalqının formalaşmasında da onun rolu böyükdür. O, gənclər təşkilatlarının informasiya və kommunikasiya texnologiyaları vasitəsiylə milli-mənəvi dəyərlərin təbliğini etməli olduqlarını və informasiya texnologiyaların sürətli inkişafı müsbət dəyişikliklərə səbəb olacağını, milli-mənəvi dəyərlərin sosial şəbəkələr vasitəsiylə daha çox yayılmasını təmin edəcəyini bildirib.
Подробнее >
ATGTİ Avropa Gənclər Kartı Assosiasiyasının XXXIV konfransında təmsil olunub
https://azertag.az/xeber/1172015 http://salamnews.org/az/news/read/314741 http://palitranews.az/news.php?id=87051 http://azpress.az/index.php?lang=az§ionid=news&id=81274 https://youthportal.az/az/news_details/7623
Подробнее >
“Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilib
27 İyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri - Məryəm Məcidova, CAVAN Gənclər Hərəkatının icraçı direktorunun müavini - Murad Ağabəyli və İrəli İctimai Birliyinin Baş Katibi - Fatimə Məsimlinin iştirakı ilə “Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilmişdir.Görüş zamanı gənclər təşkilatlarının fəaliyyəti çərçivəsində tələbələr üçün mövcud imkanlar, həyata keçirilən layihələr, təşkilatlara qoşulma və iştirak qaydaları kimi mövzular əhatə olunmuş, gənclər təşkilatlarının rəhbərləri tərəfindən tələbələrin sualları cavablandırılmışdır. Ümumilikdə vebinarda 200ə yaxın gənc iştirak etmişdir. #ATGTI #ASYOU #BizBirlikdəGüclüyük
Подробнее >
“Bayraqdar İntellektual oyunu” keçirilib
8 noyabr tarixində Gənclər və İdman Nazirliyi və ATGTİ-nin təşkilatçılığı, Park Bulvar Bakunun tərəfdaşlığı ilə Bayraq gününə həsr edilmiş “Bayraqdar İntellektual oyunu” keçirilib. Layihə Park Bulvar ticarət mərkəzində hər birində 5 nəfər olmaqla 5 komandanın iştirakı ilə baş tutub. Layihəyə əsasən Park Bulvarda qabaqcadan müəyyənləşdirilmiş mağazalarda 5 koordinator komandalara suallar vermək üçün yerləşdirilib. Hər komanda suallara cavab verəcəyi məkanın adını da ilkin mərhələdə suala cavab verməklə müəyyənləşdirib. Daha sonra, suallara cavab vermək üçün məkanlara yollanan komanda iştirakçıları 5 sualdan minimum 3-nə cavab verməklə bayraq udublar. Yekunda ən çox bayraq toplayan və məkana tez çatan komanda qalib elan edilib. İntellektual oyunun sualları layihənin adına uyğun olaraq bayrağımızla bağlı olmaqla, xüsusilə bayrağımızın müxtəlif tarixi mərhələlərdəki statusundan, quruluşundan, haqqında verilən qərarlardan bəhs edib.
Подробнее >
"Hədəf 5%" proqramı çərçivəsində Milli İncəsənət Muzeyinə ekskursiya
27 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən “Tələbə Əyləncə” klubunun təşkilatçılığı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.
Подробнее >
“Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” lahiyəsinin ekspertləri tələbələrlə görüşüb
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinə start verilib. Tədbir layihə ekspertləri və könüllüləri arasında tanışlıqla başlayıb. Görüşdə ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak ediblər. AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirakçıları salamlayıb və layihənin məqsədini açıqlayıb. Daha sonra sosioloq Hüseyn İbrahimov çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Sonda ekspertlər tələbələrin suallarını cavablandırıblar. Bildirək ki, layihə Azərbaycanın 4 regionunda və Bakı şəhərində keçiriləcək. Layihə müddətində seminarlar təşkil olunacaq, könüllülər sorğular keçirəcək. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.
Подробнее >
Tələbə Gənclər Təşkilatlarının sədrlərinin Təhsil Naziri Ceyhun Bayramovla görüşü keçirilmişdir
Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq təhsil sferası və tədris prosesində tətbiq edilən yeniliklər və mövcud vəziyyətlə bağlı ölkənin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən Tələbə Gənclər Təşkilatlarına daxil olmuş çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı müraciətə ən qısa zamanda reaksiya vermiş Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun TGT Sədrləri ilə online formatda görüşü baş tutmuşdur. Görüşdə Təhsil naziri ilk öncə müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumatı bölüşmüş, tələbərlə və Tələbə Gənclər Təşkilatları ilə belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır. Nazir çıxışı zamanı tələbələri narahat edən bir sıra məsələlərə aydınlıq gətirmişdir. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün yaradılmış yeni imkanlar, tədris ilinin uzadılmasının baş verməyəcəyi, imtahanlarda iştirak, distant təhsildə iştirak edə bilməyən tələbələr üçün yeni imkanlar, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklər barədə danışan Ceyhun Bayramov, 4-cü kursda təhsil alan tələbələrin yekun dövlət imtahan qiymətlərinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən aparılacağı və tələbələrə qiymətləri ilə əlaqədar təkrar baxılması üçün müraciət imkanının yaradılacağı, buraxılış işlərinə baxılma qaydalarının təhsil müəssisələrinin elmi şuralar tərəfindən müəyyən ediləcəyi, onlayn dərslərdə iştirak etmə imkanı olmayan tələbələr üçün yayda təkrar təşkil ediləcək icmal dərslərində iştirak imkanının yaradılacağını qeyd etmişdir. O, eyni zamanda, avqust və sentyabr aylarında məsləhət saatlarının təşkil ediləcəyi və bunlarla əlaqədar tələbələrdən əlavə ödənişin alınmayacağı, tələbə təqaüdlərinin imtahanlardan sonra müəyyən ediləcəyi barədə məlumat vermişdir. Görüşdə Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələri maraqlandıran bir sıra suallarını nazirə ünvanlamışlar. Suallar tələbələrin təqaüd, onlayn təhsil ilə bağlı yaranan çətinliklər, təhsil haqlarının ödənilməsi və digər aktual məsələləri əhatə etmişdir. Nazir tələbələrin suallarını təfərrüatı ilə cavablandırmış və eyni zamanda tələbələrin səsləndirdikləri rəy və təkliflərini diqqətlə dinləmiş, onların nəzərdən keçiriləcəyini bildirmişdir. Tələbə Gənclər Təşkilatlarının Təhsil Nazirliyinin məsul şəxsləri ilə bu formatda görüşlərin gələcəkdə də keçirilməsinin faydalı olacağı qeyd edilmişdir.
Подробнее >