ПРОЕКТЫ
ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasında təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumunda iştirak edib
Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstan Respublikasının Türkistan vilayətində Türk Konsulluğu tərəfindən təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumu,Türk Dünyası Gənclik,Mədəniyyət və Sənət Festivalında iştirak edib. Türk Universiteti Öğrenciler Birliyinin Tələbə təmsilçilərinin iştirakı ilə toplantılar baş tutub. Təmsil olunan universitet tələbələri arasında dialoqlar baş tutub.Təmsil Universitetlər haqqında məlumat verilib. TGT sədri Rauf Vəliyev Azərbaycan Tibb Universitetində mövcud olan tələbə həyatı ,klinikalar,dərslik fondu,tədris korpusları haqqında iştirakçılara məlumat verərək bildirib ki, hazırda universitetimizin hazırlıq qruplarında 600 nəfərdən çox tələbə təhsil alır.Növbəti panellər zamanı təmsil olunan təşkilatlar haqqında məlumat verilib.Belə ki, ölkədə mövcud olan TGT-lər haqqında məlumat verilib və TGT-lərin ümumi ittifaqı olan ATGTİ-nin fəaliyyəti barədə tədbir iştirakçıları məlumatlandırılıblar Səfər çərçivəsində baş tutan Türk Konseyi II Gənc Liderləri Forumunda gələcəkdə gənclər üçün icra olunacaq ortaq layihələrdən danışılıb.Daha sonra Azərbaycan nümayəndə heyəti Hoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər. Səfər zamanı Türkistanda yerləşən tarixi əhəmiyyətli məkanlara gedilib və infoturlar təşkil olunub.
Подробнее >
"Hədəf 5%" proqramı çərçivəsində Miniatür Kitab Muzeyinə ekskursiya
20 noyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən “Kitab Qurdu” Klubunun təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunmuşdur.
Подробнее >
“XII Liderlik Məktəbi”nin 6-cı günü başa çatıb
Подробнее >
Türkiyənin rəsmi nümayəndələri ATGTİ-nin qonağı olub
17 sentyabr 2018-ci il tarixində Qafqaz İslam Ordusu hərəkatının 100-cü il dönümü münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Qazilər Müharib Dərnəyinin, həmçinin Türkiyə Əməkli Subaylar Dərnəyinin üzvləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qonağı olub. Görüşdə ilk olaraq ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək Türkiyənin rəsmi nümayəndələrini, eləcə də tələbələri salamladı. Ardınca Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edərək tədbirin mahu söz açıb. O, Bakının işğaldan azad olunması üçün türk millətinin övladları çiyin çiyinə birlikdə mücadələ edərək bizim üçün bir örnək olduqlarını da qeyd edib. Daha sonra Anadolu Aydınlar Ocağı sədri prof. dr. İbrahim Öztək Azərbaycan–Türkiyə münasibətlərindən, Azərbaycan əsgərlərinin Çanaqqala müharibəsində göstərdiyi əzmkarlıqdan bəhs etdi. Prof. dr. İbrahim Öztək Azərbaycan və Türkiyə arasında uzun illər idman, mədəni, tarixi, sosial, siyasi və strateji sahələrində olan işləriylə bağlı Azərbaycan tərəfindən fədai ordeninə layiq görüldüyünü və bu ordeni alarkən hiss etdiyi xoşbəxtlik, şərəf və qüruru tələbələrə bildirdi. O, Şahin İsmayılova öz yazdığı Qarabağa aid kitabı təqdim etdi. Tədbirdə qonaqlar gənclərin suallarını cavablandırdı. Sonda onlarla birgə xatirə şəkli çəkdirildi.
Подробнее >
Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü, ATGTİ-nin tərəfdaşlığı ilə
ADA Universitetində Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü, ATGTİ-nin tərəfdaşlığı ilə "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfrans keçirilib. Şuranın sədri Məryəm Məcidova konfransda çıxış edərək daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərin səfərbər olunmasının və cəmiyyətin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. M.Məcidova bu baxımdan #heçkəskənardaqalmasın həştəqi ilə sosial şəbəkələrdə geniş məlumatlandırma işinin aparıldığını vurğulayıb. BMT-nin İnkişaf Proqramının DİM üzrə eksperti Delavar Barekzai “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” mövzusunda keçirilən onlayn sorğunun nəticələrini elan edib. Sonra “Dayanıqlı İnkişaf Məqsədlərinə sən də qoşul!” adlı videoçarxın təqdimatı olub. Konfransda Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov gənclər təşkilatlarının qlobal layihələrdən olan Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar səylərini birləşdirməsindən məmnunluğunu ifadə edib. Baş Nazirin müavini deyib ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq, 2015-ci ildə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizlə BMT arasında əməkdaşlığın inkişafında növbəti əhəmiyyətli addımdır. Azərbaycan Hökuməti BMT-nin nümayəndəliyi ilə bu sahədə səmərəli əməkdaşlıq edir və DİM-ə nail olmaq üçün gənclərimizin potensialından istifadə edərək bu prosesə dəyərli töhfələr verir. Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti DİM-in həyata keçirilməsində üzərinə düşən bütün vəzifələri lazımi səviyyədə yerinə yetirir. Azərbaycan əhalisinin 45 faizi 30 yaşadək olan insanlardır. Gənclərimizin qlobal layihənin həyata keçirilməsində iştirakı onların Azərbaycanın inkişafına töhfə verməkdən kənarda qalmadıqlarını göstərir. Azərbaycanın sürətli yüksəlişi, inamlı gələcəyi gənclərimizin bu proseslərə yaxından iştirakını şərtləndirir. Onların sosial-iqtisadi tərəqqidə yaxından iştirakı isə ümumi inkişafa əlavə töhfə verir. “Dünya əhalisinin artımı köç problemini də aktual edir. Azərbaycan da bu problemdən əziyyət çəkir. Çünki əhalimizin 1 milyondan çoxu Ermənistanın hərbi təcavüzü nəticəsində öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu problemlərin həlli bəşəriyyətin, dövlətlərin qarşısında duran vacib vəzifələrdir”, - deyə Əli Əhmədov vurğulayıb. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən biri də gender bərabərliyidir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanda qadınların cəmiyyətdə xüsusi yer tutması, dövlətin inkişafında yaxından iştirakı diqqət mərkəzində saxlanılır. Çünki əhalimizin yarısını qadınlar təşkil edir. Əsas məqsədlərdən biri qadınların rəhbər vəzifəyə seçilməsinə inamı artırmaqdır. Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır. Beynəlxalq təşkilatların araşdırmalarına görə, Azərbaycanda gender bərabərliyinin təmin olunmasında ciddi irəliləyişlər əldə edilib. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti gender bərabərliyi anlayışını çox yaxşı dərk edir. Bu istiqamətdə maarifləndirmə işi daha da gücləndirilməlidir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət Proqramlarında DİM də əksini tapıb. Biz bu hədəflərə nail olmağa çalışırıq. Bu illər ərzində ölkəmizdə DİM-in təbliği istiqamətində əhəmiyyətli işlər görülüb. BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və başqaları çıxış edərək DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərmək üçün ciddi çağırış olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə gənclərimiz keyfiyyətli təhsil, ekoloji, sosial layihələr və digər məqsədlər üzərində çalışırlar. Bu sahədə gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı ATGTİ sədri Faiq Məmmədov TGT-lər arasında aparılmış “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” başlıqlı sorğu haqqında danışıb. O, bildirib ki, ATGTİ olaraq daima tələbələrin fikirlərini dinləmək, onlardan gələn təklifləri dəyərləndirmək bizim üçün prioritet məsələlərdən biridir. Həmçinin, O, Nayoranın təşəbbüsü ilə keçirilən konfransda ATGTİ-nin tərafdaş qismində iştirakını bildirərək sorğunun 101 ali və orta ixtisas təhsil müəssisəsi üzrə aparıldığını diqqətə çatdırıb. Konfrans üç moduldan ibarət olub. Birinci hissə Dayanıqlı İnkişaf Məqsədləri haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9 min gəncin qatıldığı sorğunun nəticələrinin təqdimatına həsr edilib. Konfransın yekununda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi haqqında təqdimat olub. ©
Подробнее >
"Yay Fest" iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Festival iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, tarix elmləri doktoru Solmaz Rüstəmova Tohidinin çıxışında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilmiş soyqırımlar haqqında ətraflı məlumatlandırılıblar.
Подробнее >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin 4 oktyabr təxribatı ilə bağlı bəyanatı
Üzr istəyirik, bu məzmun Azərbaycan dilində deyil. Bu səhifənin rus və ya ingilis versiyalarına baxmaq üçün cəhd edə bilərsiniz.
Подробнее >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Könüllülər ili” ilə bağlı görüşü keçirilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Bakı Gənclər Mərkəzində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəalları ilə görüş təşkil edib. Görüşdə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək “Könüllülər ili” ərzində göstəriləcək fəaliyyət, təşkil olunacaq tədbirlərə dair müzakirələrin aparılması olub. Tələbə gənclər təşkilatlarına öz fəaliyyətlərində və bütün müvafiq tədbirlərdə könüllülük prinsiplərinin nəzərə alınması, bu prinsiplərin geniş təbliği məqsədilə müvafiq həştəqlərin paylaşılması tövsiyə edilib. Görüş zamanı tələbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub və gənclərə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edilib. Daha sonra ATGTİ-nin 2020-ci il ərzində həyata keçirəcəyi layihələrin ilkin müzakirəsi aparılıb. İnteraktiv şəkildə davam edən görüşdə tələbələr sual və təklifləri ilə çıxış ediblər. Həmçinin, tələbələr İttifaq tərəfindən Bakı Gənclər Mərkəzində “Təklif və ideyalar” üçün nəzərdə tutulan, “1 tələbə=1 təklif” şüarı altında yerləşdirilən qutulardan istifadə etməklə, öz təklif və ideyalarını bölüşüblər. Könüllü fəaliyyətinin təşviqi İttifaq üçün əsas prioritet istiqamətlərdən biridir. Belə ki, könüllü fəaliyyəti üzərində qurulan, həm Bakı şəhəri, həm də regionları əhatə edən 101 Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, 2019-cu il ərzində təşkilatçı və iştirakçısı olduğu 123 tədbirdə 20093-ü könüllü olmaqla, ümumilikdə 46736 tələbə sayını əhatə etmişdir və “Könüllülər ili”ndə bu rəqəmin xeyli artacağı nəzərdə tutulur.
Подробнее >
"Gənc istedadların rəsm sərgisi" keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Gənc istedadların rəsm sərgisi" keçirilib. Sərgidə müxtəlif universitetlərin gənc rəssamlarının 50-yə yaxın əl işi nümayiş olunub. ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev bildirib ki, gənclər olaraq Ulu öndər Heydər Əliyevin xatirəsini bu cür layihələr, tədbirlər, müsabiqələrlə yad etmək vətəndaşlıq borcumuzdur. Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar bildirib ki, bu cür layihələrin keçirilməsi gənclərin yaradıcılıq imkanlarının inkişafı üçün mühüb əhəmiyyət kəsb edir.
Подробнее >
Azərbaycan Dillər Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçirilib.
Təqdimatda ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova və Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva iştirak edib. İlk öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev ATGTİ-nin fəaliyyətindən, həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edib. Tələbələrin sosial aktivliyinin əhəmiyyətini vurğulayan Hüseyn Babayev bildirib ki, təhsillə yanaşı gənclər müxtəlif layihələrdə iştirak edərək, könüllülük proqramlarına qoşularaq karyeralarında ilk addımlarını ata bilərlər. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva çıxış edərək kartın gənclərə yaratdığı endirim fürsətləri ilə bağlı məlumat verib. Kartın əldə edilməsi haqqında tələbələri təlimatlandıran Xanım Paşayeva, bununla yanaşı mobil tətbiqetməni istifadə etmənin üstünlüklərindən də söz açdı. Həmçinin, Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Etibaroğlu tələbələri salamlayıb və TGT haqqında ətraflı məlumat verib. Daha sonra təşkilatın sədri Günay Səmədova çıxış edərək ADU TGT-nin tarixindən, tələbəlik illərini səmərəli keçirməkdə TGT-nin rolundan bəhs edib. Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının icraçı direktoru Lamiyə Əhmədzadə çıxış edərək TGT-nin strukturundan, departamentlərdən və onların fəaliyyətləri dövründə keçirtdikləri tədbirlərdən danışıb. Təqdimat TGT-nin keçirtdiyi tədbirlərdən olan video-roliklərin nümayişi ilə davam etdirilib.
Подробнее >