Elanlar
"Poliqon" Strateji İntellekt Oyunu üzrə III Universiadaya yekun qoyulub
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Poliqon Dostlar Klubu və Region Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə Poliqon Strateji İntellekt Oyunu üzrə III Universiadanın final mərhələsi keçirilib. Tədbirdə ATGTİ-nin Korporativ əlaqələr üzrə meneceri Fərhad Sayidov iştirak edib. O, tələbələri salamlayaraq müsabiqədə uğurlar arzuladığını bildirib. Final mərhələsində müxtəlif təhsil müəssisələrindən olan 18 komanda iştirak edib. Yarışın nəticələrinə uyğun olaraq 610 bal toplamış “GentleMans” yığma komandası 1-ci; 565 bal ilə “Queentett” yığma komandası 2-ci; 540 bal toplayaraq “Naxçıvanın Diplomat” komandası 3-cü yerə layiq görülüb. Yarışın sonunda iştirakçılar təltif edilib.
Ətraflı >
Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Gəncə şəhərində “Sağlamlığınızı qoruyun” layihəsi çərçivəsində tədbir həyata keçirilib. Layihə Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Musiqi Kollecində baş tutmaqla, bir neçə təhsil müəssisəsini əhatə edib. Layihənin əsas məqsədi gənc nəslin qidalanma vəziyyətini müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmə xarakterli tədbirlərin təşkilindən ibarətdir. Layihə müddətində təhsil müəssisələrinin müəllim heyəti çıxış edərək tələbələrə gənclik illərində sağlam qidalanmanın mahiyyətindən bəhs edib. Daha sonra tələbələr təlimçinin izahı ilə birlikdə videoçarx izləyib və maraqlı suallar ətrafında müzakirələr edib. Bununla yanaşı tələbələrdən ibarət peşəkar idmançı və məşqçilər də öz növbəsində idmanla məşğul olmağın hər bir insanın fiziki sağlamlığında əhəmiyyətli rolundan bəhs edib.
Ətraflı >
Azərbaycan tələbələrinin II qurultayı keçirilib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. Qurultayın keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb. Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. C.Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib. Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib. O bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi rəhbər çıxışlarında gəncliyin ölkə və xalq üçün hər şeydən qiymətli olduğunu qeyd edirdi. Bu gün dövlətimizin başçısı İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir. Həmçinin, Şahin İsmayılov qeyd edib ki, Azərbaycan gəncliyinin avanqard pilləsi sayılan tələbələr dövlət gənclər siyasətinin daim tərkib hissəsi və maraq dairəsi olmuşdur. Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub. Qurultay tələbələrin çıxışları ilə davam edib Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub. Qurultay tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb.
Ətraflı >
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Tələb ...
Konfransda qonaq qismində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədov və katiblik nümayəndələri iştirak edib. İlk öncə qonaqlar təşkilatın və TGT nəzdində fəaliyyət göstərən musiqi klubunun otağının şəraiti ilə tanış olublar və TGT Sədri Aydan Höccətova tərəfindən burada yeni ildən icra ediləcək dəyişikliklər haqqında məlumat verilib. Sonra konfrans açıq elan edilib və ilk çıxış üçün söz Universitetin Təhsildən kənar və təlim-tərbiyyə işləri üzrə departamentin rəhbəri Leyla Əhmədzadəyə verilib. Konfrans keçmiş TGT Sədri Yusif Şükürov və hazırkı TGT Sədri Höccətova Aydanın hesabat xarakterli çıxışları və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Sədri Faiq Məmmədovun nitqi ilə davam edib. Sonda “İlin qrup nümayəndəsi” nominasiyası üzrə 5 qrup nümayəndəsi və TGT-nin həyatında göstərdikləri uğurlu fəaliyyətə görə 8 tələbə diplomla təltif olunub. Konfrans xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Ətraflı >
Bakı şəhərində yerləşən Tələbə Gənclər Təşkilatları sədrlərinin növbəti iclası baş ...
Cari tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları sədrlərinin Azərbaycan Dövlət Pedoqoji Universitetində növbəti iclası baş tutub. İclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova, İnformasiya texnologiyaları və “Azərbaycan Tələbə Kartı” ilə iş departamentinin direktoru Xanım Paşayeva, ATGTİ-nin nümayəndəsi Ənvər İsmayılzadə iştirak edib. İlk öncə Faiq Məmmədov çıxış edərək TGT-lərdə yaranan problemlərdən, onların həll yollarından danışıb. Daxili strukturun bərpası və tədbirlərin bütün tələbələrə çatdırılmasının təmin olunmasından söz açdı. Ümumilikdə TGT-lərin fəaliyyətindən danışan Faiq Məmmədov qeyd edib ki, TGT-lərin fəaliyyəti tələbələrin ilkin təcrübələri qazanmalarına, liderlik və idarəetmə bacarıqlarının inkişaf etməsinə səbəb olmalıdır. Həmçinin, Tələbə Gənclər Təşkilatlarının birləşərək layihə keçirməsinin önəmindən də bəhs etdi. Daha sonra Xanım Paşayeva tələbələri maraqlandıracaq yeni müəssisələrdə endirim fürsətlərinin olduğunu və yaxın zamanda açıqlanacağını bildirdi. Tələbə Gənclər Təşkilatı sədrlərinə tələbələrin bu kart vasitəsi ilə hansı endirimlərin şamil olunduğunu eyca.az saytına girərək məlumat ala biləcəklərini bildirdi. Həmçinin, Xanım Paşayeva Azərbaycan Tələbə Kartının bu günə qədər olan statistikalarını TGT sədrlərinin nəzərinə çatdırıb, onlayn qeydiyyatda daha aktiv olan təhsil müəssisələrin Tələbə Gənclər Təşkilatlarına öz xüsusi təşəkkürlərini bildirdi. TGT sədrləri isə öz növbəsində, öz fəaliyyətləri zamanı yaranan problemləri və onların qarşısında duran məsələlərini icraedici aparata bildirib.
Ətraflı >
“Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” lahiyəsinin ekspertləri ...
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinə start verilib. Tədbir layihə ekspertləri və könüllüləri arasında tanışlıqla başlayıb. Görüşdə ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak ediblər. AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirakçıları salamlayıb və layihənin məqsədini açıqlayıb. Daha sonra sosioloq Hüseyn İbrahimov çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Sonda ekspertlər tələbələrin suallarını cavablandırıblar. Bildirək ki, layihə Azərbaycanın 4 regionunda və Bakı şəhərində keçiriləcək. Layihə müddətində seminarlar təşkil olunacaq, könüllülər sorğular keçirəcək. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.
Ətraflı >
ATGTİ-nin təşkilatçılığı ilə MDU rektoru Şahin Bayramovla görüş keçirilmişdir
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər çərçivəsində “Distant ali təhsil: çağırışlar və imkanlar” mövzusunda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə görüş baş tutmuşdur. Görüş xüsusilə pandemiyadan sonra bütün dünyanın reallığına çevrilən distant təhsilin müzakirəsinə həsr olunmuşdu. ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə baş tutan tədbirdə, təhsil müəssisələrinin distant təhsilə olan hazırlıq səviyyəsi, onun yaratdığı çətinlik və imkanlar kimi aktual məsələlərə toxunuldu. Tələbələrin mövcud şəraitdəki prosesə uyğunlaşa bilmələri üçün universitetlərin fərqli idarəetmə metodları tətbiq etməyə məcbur olduğu və bu yolda sosial şəbəkələrin rolunun nəzərəçarpacaq dərəcədə artdığı qeyd olundu. Qeyd etmək lazımdır ki, görüşdə pandemiya şəraitində tələbələrin sosial və professional inkişafı üçün lazım olan məsələlərin müzakirəsi əsas diqqət çəkən məqamlardan biri olmuşdu. Belə ki, Şahin Bayramovun dediyinə görə pandemiya dönəmində tələbələri bir çox təşkilatlara təcrübəyə göndərmək universitetlər qarşısında duran ən böyük çətinliklərdən biri idi. Sonda isə Şahin bəy Azərbaycanda distant təhsilin gələcək perspektivlərinə fokuslanaraq, pandemiyadan sonrakı təhsil sistemində ola biləcək dəyişikliklər barəsində tələbələrlə öz fikirlərini bölüşdü. İttifaqın sədri tərəfindən Mingəçevir Dövlət Universitetinin rektoruna ünvanlanan suallar ətrafında qurulmuş müzakirə tələbələrin böyük marağına səbəb oldu və canlı yayımlanan tədbir 300 dən çox tələbə tərəfindən eyni anda izlənildi. Qeyd etmək istərdik ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər tələbələri maraqlandıran məsələləri müzakirə etməyə yönlənmişdir. Bundan öncəki həftə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun iştirakı ilə maraqlı görüş baş tutmuşdu.
Ətraflı >
Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "DAUN Sindrom ...
Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təşkilatın nəzdində "Nəfəs Xeyriyyə Birliyi" fəaliyyətə başlayıb. Birlik ilk layihə kimi "DAUN Sindromlu İnsanlara 1 gününü həsr et" adlı kampaniyaya start verib. Layihəyə əsasən TGT fəalları "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən DAUN Sindiromlu uşaqların Reabilitasiya Mərkəzində olublar. Onlar daun sindromlu uşaqlara əyləncəli oyunlar təşkil edib, birlikdə rəqs nümunələri nümayiş etdiriblər. BAAU TGT fəalları qayğı və diqqətə ehtiyacı olan uşaqlara təbəssüm bəxş etmək və onları daim diqqətdə saxlamaq məqsədilə bu kimi ziyarətlərin təşkilində estafeti adları çəkilən universitetlərə ötürüb: 1.Azərbaycan Dillər Universiteti 2.Azərbaycan Dövlət İqtisad Universiteti 3.Azərbaycan Dövlət Pedaqoji Universiteti BAAU TGT nəzdində əsası qoyulan birliyin devizi: "Onlar fərqli deyil, onları fərqli edən bizlərik!" #Fərqqoyma#DAUN#Sindiromlu#İnsanlara#1#gününü#həsr#et. #BAAUTGT. Açar sözlər: #Fərqqoyma #DAUN #Sindiromlu #İnsanlara #1 #gününü #həsr #et #BAAUTGT
Ətraflı >
ATGTİ Avropa Gənclər Kartı Assosiasiyasının XXXIV konfransında təmsil olunub
https://azertag.az/xeber/1172015 http://salamnews.org/az/news/read/314741 http://palitranews.az/news.php?id=87051 http://azpress.az/index.php?lang=az§ionid=news&id=81274 https://youthportal.az/az/news_details/7623
Ətraflı >