PROJECTS
Tələbə Gənclər Təşkilatlarının "Aprel Zəfəri" ilə bağlı keçirdiyi silsiləvi tədbir və səfərlər yekunlaşıb
Tələbə Gənclər Təşkilatları Aprel döyüşləri ilə bağlı silsiləvi tədbirlər keçirib. Dördgünlük müharibə adı ilə də tanınan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüşlərdən olub. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən bu döyüş sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub. Bununla da Azərbaycan Respublikasının bəzi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bu danılmaz qələbəsi keçirilən tədbir və edilən səfərlərdə bir daha vurğulanıb. Belə ki, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecində Aprel döyüşləri ilə bağlı tamaşa tipli tədbirlər keçirilib. Bu tədbirlərin keçirilməsi ilə Aprel şəhidləri yad edilmiş və həmin təhsil müəssisələrində təhsil alan gənclərə Qarabağ həqiqətləri, həmçinin, Aprel zəfəri bir daha xatırlanmış olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə əcnəbi tələbələrlə birgə Aprel şəhidlərinə həsr edilmiş filmə baxış keçirilib. Bu film, əcnəbi tələbələr tərəfindən böyük marağa səbəb olub və əcnəbi tələbələr tərəfindən həssaslıqla qarşılanıb. Bakı Mühəndislik Universitetinin Tələbə Gənclər Təşkilatı kollektivi Sumqayıt şəhərindəki şəhid ailələrini ziyarət edib. TGT kollektivi şəhid ailələrinə edilmiş ziyarətlə xalqımızın, xüsusən də Azərbaycan gəncliyinin şəhid ailələrinə olan diqqət və qayğısını bariz nümayiş etdirib. Aprel Şəhidlərinin Əziz Xatirəsini yad etmək məqsədilə ADPU Şamaxı Filialının Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də şəhidlər - Kaçayev Samir Ziyəddin oğlu Səmədov Elşən Səlim oğlu Zəkərayev Nazim Nadir oğlu-nun məzarlarını ziyarət edib. Onlar şəhidlərimizin göstərdikləri şücaətlərdən söz açaraq, "Vətən" məfhumun ucalığından bəhs edib. Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri isə Aprel döyüşləri və 31 mart soyqırımı ilə bağlı olaraq "Quba Soyqırımı Memorial Kompleksi"nə səfər edib.
Read More >
Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ATGTİ-nin təşkilatçılığı ilə TGT sədr və müavinlərinin Bakı Gənclər Mərkəzinə ekskursiyası baş tutub.
Ekskursiya zamanı TGT sədr və müavinləri Heydər Əliyevin həyat və yaradıcılığını öyrənmək məqsədilə müxtəlif istiqamətdə söhbətlər aparıb. Onlar ilk öncə H.Əliyevin katiblik və prezidentlik dövrünü əhatə edən videoçarxı izləyib. Daha sonra TGT nümayəndələri Heydər Əliyevə aid fotolarla tanış olub və onlara fotoların aid olduğu tədbirlərdəki H.Əliyevin çıxışları, nitqləri haqqında ətraflı məlumat verilib. Sonda ekskursiya iştirakçıları Bakı Gənclər Mərkəzinin önündəki Heydər Əliyevin heykəli qarşısında birgə xatirə şəkli çəkdirib.
Read More >
“Tələbə Sual Verir” layihəsinə start verildi
Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür. Bu tədbirlər sırasında Nazirlər Kabinetinin 19 May tarixli Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə müvafiq qərarı da yer alıb. Qeyd olunan qərarla, bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ "Tələbə Sual Verir" layihəsinə start vermişdir. Layihə çərçivəsində tələbələrdən daxil olan suallar ünumiləşdirilərək Təhsil Nazirliyi ilə əlaqələndirmə çərçivəsində cavablandırılır və qısa məlumatlandırıcı video çarxlar formatında təqdim olunur. Məlumatlandırıcı videolarla ATGTİ-nin sosial mediya hesabları vasitəsilə tanış ola bilərsiz: İnstagram : https://www.instagram.com/atgti_asyou/ Facebook : https://www.facebook.com/atgti/
Read More >
“Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilib
27 İyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri - Məryəm Məcidova, CAVAN Gənclər Hərəkatının icraçı direktorunun müavini - Murad Ağabəyli və İrəli İctimai Birliyinin Baş Katibi - Fatimə Məsimlinin iştirakı ilə “Gənclər Təşkilatlarında Tələbələr üçün İmkanlar” mövzusunda onlayn görüş keçirilmişdir.Görüş zamanı gənclər təşkilatlarının fəaliyyəti çərçivəsində tələbələr üçün mövcud imkanlar, həyata keçirilən layihələr, təşkilatlara qoşulma və iştirak qaydaları kimi mövzular əhatə olunmuş, gənclər təşkilatlarının rəhbərləri tərəfindən tələbələrin sualları cavablandırılmışdır. Ümumilikdə vebinarda 200ə yaxın gənc iştirak etmişdir. #ATGTI #ASYOU #BizBirlikdəGüclüyük
Read More >
«Show Your Dance 2019» rəqs müsabiqəsi keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Show Your Dance 2019" adlı rəqs müsabiqəsi keçirilib. İdman Akademiyasın 3-cü kurs tələbəsi Murad Süleymanlının layihə rəhbəri olduğu müsabiqə artıq 3-cü dəfədir ki, keçirilir. Müsabiqədə 7 ali təhsil müəssisəsinin rəqs komandası iştirak edib və hər müəssisədən 1 komanda öz rəqslərini nümayiş etdirib. Rəqs müsabiqəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "İncilər", Azərbaycan Dövlət Pedaqoji Universiteti "Xarici", Bakı Ali Neft Məktəbi "Ləzginka", Milli Aviasiya Akademiyası "Arşın Mal Alan", Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli", Azərbaycam Tibb Universiteti "Uzundərə", Azərbaycan Turizm və Menecment Universiteti isə "Tango" rəqsləri ilə çıxış edib. Sonda münsif səsləri toplanaraq 110 balla Azərbaycan Dövlət İqtisad Universiteti "Adjaruli" rəqsi ilə qalib olub. Məlumat üçün bildirək ki, gələn il keçirilməsi nəzərdə tutulan "Show Your Dance 2020" Rəqs Müsabiqəsi qalib komandanın təmsil olunduğu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq.
Read More >
Tələbə Gənclər Təşkilatlarının sədrlərinin Təhsil Naziri Ceyhun Bayramovla görüşü keçirilmişdir
Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq təhsil sferası və tədris prosesində tətbiq edilən yeniliklər və mövcud vəziyyətlə bağlı ölkənin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən Tələbə Gənclər Təşkilatlarına daxil olmuş çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanladığı müraciətə ən qısa zamanda reaksiya vermiş Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun TGT Sədrləri ilə online formatda görüşü baş tutmuşdur. Görüşdə Təhsil naziri ilk öncə müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumatı bölüşmüş, tələbərlə və Tələbə Gənclər Təşkilatları ilə belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır. Nazir çıxışı zamanı tələbələri narahat edən bir sıra məsələlərə aydınlıq gətirmişdir. Belə ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün yaradılmış yeni imkanlar, tədris ilinin uzadılmasının baş verməyəcəyi, imtahanlarda iştirak, distant təhsildə iştirak edə bilməyən tələbələr üçün yeni imkanlar, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklər barədə danışan Ceyhun Bayramov, 4-cü kursda təhsil alan tələbələrin yekun dövlət imtahan qiymətlərinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən aparılacağı və tələbələrə qiymətləri ilə əlaqədar təkrar baxılması üçün müraciət imkanının yaradılacağı, buraxılış işlərinə baxılma qaydalarının təhsil müəssisələrinin elmi şuralar tərəfindən müəyyən ediləcəyi, onlayn dərslərdə iştirak etmə imkanı olmayan tələbələr üçün yayda təkrar təşkil ediləcək icmal dərslərində iştirak imkanının yaradılacağını qeyd etmişdir. O, eyni zamanda, avqust və sentyabr aylarında məsləhət saatlarının təşkil ediləcəyi və bunlarla əlaqədar tələbələrdən əlavə ödənişin alınmayacağı, tələbə təqaüdlərinin imtahanlardan sonra müəyyən ediləcəyi barədə məlumat vermişdir. Görüşdə Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələri maraqlandıran bir sıra suallarını nazirə ünvanlamışlar. Suallar tələbələrin təqaüd, onlayn təhsil ilə bağlı yaranan çətinliklər, təhsil haqlarının ödənilməsi və digər aktual məsələləri əhatə etmişdir. Nazir tələbələrin suallarını təfərrüatı ilə cavablandırmış və eyni zamanda tələbələrin səsləndirdikləri rəy və təkliflərini diqqətlə dinləmiş, onların nəzərdən keçiriləcəyini bildirmişdir. Tələbə Gənclər Təşkilatlarının Təhsil Nazirliyinin məsul şəxsləri ilə bu formatda görüşlərin gələcəkdə də keçirilməsinin faydalı olacağı qeyd edilmişdir.
Read More >
Bakı Avrasiya Universitetində “Biz Gəlirik, Qarabağ!” adlı anım tədbiri keçirilib
Bakı Avrasiya Universitetində "20 Yanvar faciəsi", "Xocalı soyqırımı" və "31 Mart soyqırımı" -nın şəhidlərinə həsr olunmuş “Biz Gəlirik, Qarabağ” adlı anım tədbiri keçirilib. Avrasiya universitetinin TGT fəallarının təşkilatçılığı ilə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, Nərimanov Rayon Gənclər və idman idarəsinin nümayəndələri, həmçinin şəhid ailələri iştirak ediblər. Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan xalqının başına gətirilən üç faciənin oxşarlığından bəhs edərək “Biz Gəlirik, Qarabağ” adlı anım tədbirinin əhəmiyyətini vurğulayıb. O, bütün şəhid ailələrinə səbr diləyib. Sonra şəhid yaxınları və valideynləri övladlarının qəhrəmancasına həlak olmasından danışaraq bütün gənclərə hər zaman mübariz olmağı arzulayıblar. Tələbələr baş verən hadisələri maraqlı kompozisiya ilə nümayiş etdiriblər. Kompozisiya tamaşaçıların göz yaşlarına səbəb olub. Tamaşanın sonunda tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Read More >
“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib
The Baku Congress Center hosted an event entitled "Festival of Solidarity of Azerbaijan Volunteers" organized by the Youth Foundation of the Republic of Azerbaijan, the Ministry of Labor and Social Protection of the Population of the Republic of Azerbaijan, the Ministry of Youth and Sports of the Republic of Azerbaijan and ASAN service, which was attended by hundreds of young people and volunteers organizations. Representatives of the Azerbaijan Student Youth Organizations' Union attended the festival. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib. Forumda ilk öncə Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyacların qarşılanmasına imkan verən üç təməl elementin bir-biri ilə uzlaşdırılmasından danışıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış edərək ÜST-ün Azərbaycan Respublikasındakı hazırkı fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb. Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin, ARPDİA-nın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib. Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini bildirib. Sonda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirin moderatorluğunu ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Ramin Həbibzadə edib. Həmçinin, sonda Forum iştirakçılarının suallarını cavablandırılıb.
Read More >
"Hədəf 5%" proqramı çərçivəsində Milli İncəsənət Muzeyinə ekskursiya
27 noyabr tarixində Azərbaycan Gənclər Fondu və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı və nəzdində fəaliyyət göstərən “Tələbə Əyləncə” klubunun təşkilatçılığı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı #tələbələrimİZ muzeydə olan maraqlı sərgi və əsərlərlə tanış olmuş, dünyagörüşlərini artıracaq və maariflənə biləcəkləri zəruri məlumatlara yiyələnmişdirlər.
Read More >
“XII Liderlik Məktəbi”nin 5-ci günü başa çatıb
Read More >
"Gəl, ey səhər" Tələbə Mahnı Müsabiqəsi keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə "Gəl, ey səhər" Tələbə Mahnı Müsabiqəsi keçirilib. İki turdan ibarət olan layihənin seçmə mərhələləri Bakı Avrasiya Universiteti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyasında keçirilib. Layihənin əsas məqsədi bacarığı olan lakin o ixtisas üzrə təhsil almayan tələbələrin istedadının üzə çıxarılması, onların bacarığlarını kəşf etməkdən ibarətdir. Seçmələr nəticəsində 18 tələbə final mərhələsində çıxış etmə hüququnu qazanıb. Müsabiqənin final mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. İştirakçıların çıxışlarından əvvəl tanıtım videoçarxları nümayiş edilib. Daha sonra iştirakçıların musiqiləri dinlənilib. Münsiflərin qiymətləndirmə nəticəsində qalib Minayə Hüseynova seçilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib. #AzGF #ATGTİ #GəleysəhərTələbəMahnıMüsabiqəsi
Read More >
Regionlarda yerləşən TGT sədrlərinin iclası baş tutub
Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında Gəncə, Mingəçevir, Ağstafa, Lənkəran, Şamaxı, Zaqatala, Quba, Ağcabədi, Ağdam, Ağdaş regionlarında və Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil müəssisələrinin TGT sədrləri ilə iclas keçirilib. İclasda ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov Tələbə Gənclər Təşkilatlarının hazırkı vəziyyəti ilə maraqlanıb və sədrlərə öz tövsiyələrini verib. TGT sədrləri təhsil müəssisələrində Tələbələr Gənclər Təşkilatlarının göstərdikləri fəaliyyət və həyata keçirdikləri layihələr haqqında məlumat verib. Həmçinin, yeni layihələr və bu layihələrdə regionlar arasında əlaqələr qurulması məqsədilə müştərək işlərin aparılması ideyası haqqında müzakirələr aparıblar. Daha sonra Azərbaycan Tələbə Kartı layihəsinin rəhbəri Xanım Paşayeva Azərbaycan Tələbə Kartının regionlarda istifadəsindən söz açıb və kartın istifadəsi üçün müəyyən təlimatlar verib. Təkcə, Bakıda yox, digər bölgələrdə də kartın istifadəsi üçün işlərin davam etdiyini və tezliklə regionlarda da kartdan maksimum istifadənin həyata keçiriləcəyini bildirib. Həmçinin, Tələbə Gənclər Təşkilatlarının sədrlərinin suallarını TGT-lərlə iş departamentinin rəhbəri Ləman Cavadova cavablayıb. Tələbə Gənclər Təşkilatlarının sədrləri yeni dərs ilində yeni layihələrin olacağını və tələbələrin sosiallaşması, dünyagörüşünün artırılması üçün müxtəliftədbirlər keçirəcəkləri bildiriblər.
Read More >
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 10 illik yubiley tədbiri keçirilib
Dekabrın 28-də Elektra Events Hall-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 10 illik fəaliyyəti münasibətilə #10ilimİZ yubiley tədbiri keçirilib. Rəsmi və əyləncəli hissələrdən ibarət yubiley tədbirində 3000-dən çox tələbə, habelə təhsil müəssisələrinin rəhbərliyi, bir sıra dövlət rəsmiləri iştirak edib. Tədbir ATGTİ-nin 10 illik fəaliyyətini əks etdirən hesabat və ölkədə uğurla həyata keçirilən gənclər siyasəti haqqında video-çarxların nümayişi ilə başlayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ATGTİ-ni 10 illik yubileyi münasibətilə təbrik edərək, gənclər siyasətinin həyata keçirilməsində ATGTİ-nin oynadığı rolun əhəmiyyətindən danışıb, İttifaqın tələbə hərəkatının inkişafında gördüyü işlərin əhəmiyyətli olduğunu vurğulayıblar. Çıxış edənlər həmçinin, tələbələri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, onları hər zaman Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini və azərbaycançılıq məfkurəsini fəaliyyətlərində rəhbər tutmağa, fəal olmağa, mütərəqqi, innovativ ideyaları mənimsəməyə çağırıblar. Daha sonra ATGTİ-nin sədri Faiq Məmmədov ATGTİ-nin yeni loqosu və himnini tədbir iştirakçılarına təqdim edib. O qeyd edib ki, ötən 10 il ərzində ATGTİ böyük bir inkişaf yolu keçərək, hazırda demək olar ki, ölkəmizdəki bütün ali təhsil və orta ixtisas müəssisələrindəki tələbə-gənclər təşkilatlarını birləşdirir. Bugün tələbə hərəkatını və gəncliyi ATGTİ-siz düşünmək mümkün deyil. Təkcə 2019-cu il ərzində ATGTİ 70-dək tədbirlərə təşkilatçılıq edib, tələbələrlə iş sahəsində müxtəlif innovativ yanaşmalar tətbiq edilib, təhsil müəssisələrində TGT sədrlərinin daha şəffaf mühitdə seçkiləri təşkil olunub. Mediada və sosial şəbəkələrdə ATGTİ izləyicilərinin sayı durmadan artır. Bütün ATGTİ ailəsini 10 illik yubiley münasibətilə təbrik edən ATGTİ sədri daim gənclərin yanında olduğuna görə, ölkədə tələbələr və gənclər üçün münbit şərait, sağlam gənclər mühiti yaratdığına görə ölkə başçısı cənab İlham Əliyevə Azərbaycan gəncliyi adından təşəkkür edib. Tədbirin davamında ATGTİ ilə sıx əməkdaşlıq edən dövlət və qeyri-hökümət təşkilatları, təhsil müəssisələrinin rəhbərliyi, televiziya kanalları və xəbər saytları təltif olunublar. Həmçinin, ilk dəfə olaraq, zalın girişində quraşdırılmış qutular vasitəsilə tələbələrin təklif, fikir və şərhlərinin yazılı şəkildə toplanması təşkil edilib. Artıq ənənə halını alan, ildə bir neçə dəfə əlamətdar günlər ərəfəsində təşkil edilən bu kimi əyləncəli tədbirlər gənclərin asudə vaxtının daha şən və səmərəli təşkilinə, onlarda həmrəylik və əməkdaşlıq ruhunun güclənməsinə, tələbələrin tədris ilinin gərginliyini kənara qoyaraq, yeni müsbət enerjiylə yüklənmələrinə imkan verir.
Read More >
Zəfər gününə həsr olunmuş dama yarışı.
Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 noyabr - Zəfər gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu:🥇Aslan Musazadə🥈Murad İsmayılov🥉Əli Orucov
Read More >
"Qoşa Saat" layihəsi çərçivəsində "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda vebinar keçirilib
12 iyun 2020-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə "Qoşa Saat" layihəsi çərçivəsində vebinar keçirilib. Vebinarda Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri Murad Qurbanov "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında vebinar iştirakçılarına məlumat vermişdir. Görüşdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, İnstagram sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkəmizdə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılmışdır. Həmçinin iştirakçılara kompüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər və onlardan qaçmaqçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etməkləri məsləhət görülmüşdür. Qeyd edək ki, görüşdə 100-ə yaxın gənc iştirak edib.
Read More >